Məmur çantası, arxiv foto

Dövlət qulluqçusu olmaq istəyənlərin nəzərinə

163
(Yenilənib 14:56 13.02.2019)
Göstərilən sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda namizəd imtahana buraxılmayacaq

BAKI, 13 fevral — Sputnik. Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 17 fevral 2019-cu il tarixində dövlət qulluğunda inzibati vəzifələrin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun olan vəzifələr üzrə dövlət qulluğuna qəbul üçün test imtahanı keçiriləcək. Bu barədə Sputnik Azərbaycan-a DİM-dən məlumat verilib. 

Məlumata görə, imtahan Bakı şəhərində təşkil olunacaq. İmtahanada iştirak etmək üçün BA qrupu üzrə 456, BB qrupu üzrə 1422, ümumilikdə isə 1878 namizəd qeydiyyatdan keçib.

Bu imtahanda iştirak etmək üçün qeydiyyatdan keçmiş namizədlər DİM-in internet saytına daxil olaraq "İmtahana buraxılış vərəqəsi"ni çap etməlidirlər. Buraxılış vərəqəsi ilə yanaşı onlara "Namizədin yaddaş kitabçası" da təqdim olunur. Burada namizədlərə imtahan prosesi ilə bağlı vacib tövsiyələr, onların əməl etməli olduqları qaydalar və digər zəruri məlumatlar çatdırılır.

İmtahan bütün binalarda eyni vaxtda – saat 11:00-da başlanacaq və 3 saat davam edəcək.

Namizədlərlər imtahana aşağıdakı sənədləri gətirməlidirlər:

şəxsiyyəti təsdiq edən sənədin əsli;

"İmtahana buraxılış vərəqəsi".

Göstərilən sənədlərdən biri olmadıqda və ya sənədlər arasında uyğunsuzluq olduqda namizəd imtahana buraxılmayacaq.

İmtahan binasına giriş zamanı üzərində mobil telefon, konspekt və digər yardımçı vasitələr aşkar olunan namizədlər barədə akt tərtib olunacaq və imtahan binasına buraxılmayacaqlar.

163
Teqlər:
Dövlət qulluğuna, dövlət qulluqçusu, imtahan, Dövlət İmtahan Mərkəzi
Əlaqədar
Dövlət qulluqçusu olmaq istəyənləri növbəti sınaq gözləyir
Dövlət qulluqçusu olmaq istəyənlərə mühüm xəbər
Dövlət qulluqçusu olmaq istəyənlərin gözlədiyi xəbər
DİM-dən dövlət qulluqçusu olmaq istəyənlərə məyusedici xəbər