Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Azərbaycan xalqını təbrik edib

Prezident: "Xalq-iqtidar birliyi ölkənin inkişafı üçün əsas şərtdir"

76
(Yenilənib 20:47 12.02.2019)
"Azərbaycanda sabitliyin möhkəmləndirilməsi hər bir vətəndaşın işi olmalıdır"

BAKI, 13 fevral — Sputnik. Xalq-iqtidar birliyi hər bir ölkənin inkişafı üçün əsas şərtdir. Sabitliyin qorunmasının təminatçısı Azərbaycan xalqıdır. Son prezident seçkilərində mənə göstərilən böyük etimad dediyim sözlərin məntiqi sübutudur. Sabitlik olmayan yerdə ölkələr dağılır, insanlar əziyyət çəkir, fəlakətlər baş verir. Biz bunu yaxın tarixdə görürük.

İlham Əliyev Real TV-yə müsahibə verib
© Official website of President of Azerbaijan Republic

Sputnik Azərbaycan xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev REAL TV-yə müsahibəsində bildirib.

Dövlət başçısı deyib: “Ona görə Azərbaycanda sabitliyin möhkəmləndirilməsi hər bir vətəndaşın işi olmalıdır, ilk növbədə, dövlətin və hər bir vətəndaşın. Mən çox şadam ki, bu gün Azərbaycan dünyada sabitlik adası kimi tanınır. Bu, bizim böyük üstünlüyümüzdür. Bu, bizə imkan verir ki, Azərbaycan islahatlar yolu ilə uğurla getsin. Bu, bizə imkan verir ki, öz iqtisadi imkanlarımızdan istifadə edib, xalqımızın rifah halının yaxşılaşmasına yönəlmiş növbəti addımlar atılsın. Bu, bizə imkan verir ki, Azərbaycan xalqı bundan sonra da sülh və əmin-amanlıq şəraitində yaşasın”.

76