Milli Məclis

Milli Məclis toplaşıb, önəmli qərar gözlənilir

56
(Yenilənib 12:04 12.02.2019)
Parlament "Xəzər dənizinin hüquqi statusu haqqında" Konvensiyanı təsdiq edəcək

BAKI, 12 fevral — Sputnik. Hazırda Milli Məclisin növbəti plenar iclası keçirilir. Sputnik Azərbaycan xəbər verir ki, iclasın gündəliyinə 32 məsələ daxil edilib.

Bələdiyyələrin fəaliyyətinə inzibati nəzarəti həyata keçirən orqanın illik məruzəsi dinləniləcək.

"2010-cu il 18 noyabr tarixli "Xəzər dənizində təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında" Sazişə Xəzər dənizində mütəşəkkil cinayətkarlıqla mübarizədə əməkdaşlıq üzrə", "2010-cu il 18 noyabr tarixli "Xəzər dənizində təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında Saziş"ə Xəzər dənizində terrorçuluqla mübarizədə əməkdaşlıq üzrə" protokolların təsdiq edilməsi məsələsinə baxılacaq.

"Xəzər dənizinin hüquqi statusu haqqında" Konvensiyanın, "Xəzəryanı dövlətlərin hökumətləri arasında nəqliyyat sahəsində əməkdaşlıq haqqında" Sazişin təsdiq edilməsi məsələsi müzakirəyə çıxarılacaq.

"Valyuta tənzimi haqqında", "Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında", "Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında", "İcra haqqında", "Vəkillər və vəkillik fəaliyyəti haqqında", "Gənclər siyasəti haqqında", "Kitabxana işi haqqında" qanunlarda dəyişikliklər müzakirə ediləcək.

Əmək, Cəzaların İcrası məcəllələrində, "Dövlət rüsumu haqqında", "Əmtəə nişanları və coğrafi göstəricilər haqqında", "Patent haqqında" və digər qanunlarda dəyişikliklərə baxılacaq.

İclasda "Azərbaycan Respublikasının Dövlət Gerbinin istifadəsi qaydaları haqqında", "Azərbaycan Respublikasının Dövlət Himninin istifadəsi qaydaları haqqında" qanun layihələri ikinci oxunuşda müzakirəyə çıxarılacaq.

 

56
Teqlər:
gündəlik, iclas, məsələ, Milli Məclis
Əlaqədar
Milli Məclisin parlamentlərarası əlaqələr üzrə üç işçi qrupuna rəhbərlər seçilib
Milli Məclisdə hiddət: "Onların söyüşlərinə cavab verməliyik"
Milli Məclis üzvü: "Maddi ehtiyac üzündən oğurluq edənlərə görə cəmiyyət utanmalıdır"