Müdafiə naziri, general-polkovnik Zakir Həsənov

Müdafiə naziri orduya döyüş hazırlığını artırmaq tapşırığını verdi

3328
Zakir Həsənov müşavirə keçirib, döyüş hazırlığının artırılması barədə tapşırıq verib

BAKI, 9 fevral - Sputnik. Bu gün Mərkəzi Komanda Məntəqəsində müdafiə naziri general-polkovnik Zakir Həsənovun rəhbərliyi ilə xidməti müşavirə keçirilib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, müdafiə nazirinin müavinləri, qoşun növləri komandanları, nazirliyin baş idarə, idarə və xidmət rəisləri, birlik komandirlərinin iştirakı ilə keçirilən müşavirəyə videobağlantı vasitəsilə birləşmə komandirləri və digər məsul zabitlər də cəlb olunub.

Müdafiə naziri yeni tədris dövründə qoşun növləri, birlik, birləşmə və hərbi hissələrdə döyüş hazırlığı üzrə məşqlərin müvafiq direktiv və təlimatlara uyğun olaraq daha da effektiv və keyfiyyətli təşkili, rəhbəredici sənədlərin dərindən öyrənilməsi, eləcə də peşəkarlığın artmasına yönəlmiş digər tədbirlərin keçirilməsi ilə bağlı fikirlərini müşavirə iştirakçılarının diqqətinə çatdırıb.

Müdafiə naziri Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin ordu quruculuğu ilə bağlı qarşımızda qoyduğu tapşırıqlar, o cümlədən torpaqlarımızın işğaldan azad edilməsi ilə əlaqədar səsləndirdiyi tövsiyə və tələblərin gündəlik fəaliyyətdə əks etdirilməsini tapşırıb.

Ali Baş Komandanın tapşırığına əsasən 2019-cu ildə də Azərbaycan Ordusunda, xüsusilə cəbhəboyu zonada yerləşən hərbi hissələrdə şəxsi heyətin döyüş hazırlığının yüksəldilməsi və sosial-məişət şəraitinin yaxşılaşdırılması istiqamətində fəaliyyətin davam etdiriləcəyini bildirən general-polkovnik Z.Həsənov bu sahədə yerinə yetirilən işlərin müasir tələblərə uyğun aparılması ilə əlaqədar cavabdeh vəzifəli şəxslərə müvafiq göstərişlər verib.

Müdafiə naziri döyüş hazırlığının daha keyfiyyətli təşkili, hərbi peşəkarlıq səviyyəsinin artırılması, islahatların davam etdirilməsi, ideoloji işin və mənəvi-psixoloji təminatın gücləndirilməsi və digər xidməti məsələlərin həlli ilə bağlı tapşırıqlar verib.

Müşavirənin yekununda müdafiə naziri bütün səviyyələrdən olan komandir və rəis heyətinə düşmənin hər bir təxribatına adekvat cavab vermələri və onun fəaliyyətinin qarşısının qətiyyətlə alınması barədə əmr və tələblərini çatdırıb.

3328

Qabardılmış cizgilər, tanınan tipajlar: Lənkəranın yeganə keramika ustası

2
(Yenilənib 15:45 13.08.2020)
Keramika ustadan zövq, bacarıq, səbr və dəqiqlik tələb edir. Lənkəranda isə bu işi yalnız Tərlan Sadıqov bacarır. Onun buna necə nail olduğunu və ustanın maraqlı işlərini videomuzda izləyin.

Lənkəranlı keramika ustası Tərlan Sadıqovun işləri arasında maraqlı tipajlara rast gəlmək olar. Çox vaxt o, ilhamı elə yaşadığı Lənkəranda rast gəldiyi insanlardan alır. Onun işləri arasında müxtəlif lənkəranlı nənə və ya çayçı personajlarına rast gəlmək adi haldır. Rəssam maraqlı saydığı cizgiləri daha da qabarıq göstərir, beləliklə də onları daha yaddaqalan edir.

Hal-hazırda Tərlan Sadıqov daha çox sifariş əsasında rəsmlər və suvenirlər hazırlayır. Onlar çox vaxt bir nüsxədə olduğu üçün, hazırladığı keramika işlərini müəyyən qəliblə deyil, özü əli ilə işləyir.

Bütün ailənin “çörək təknəsinə” çevrilən dulusçuluq>>

Onun işlərini daha yaxından videomuzda izləyin.

2
Pandemiya zamanı imtahan, arxiv şəkli

Üç nəfər qəbul imtahanından xaric olundu

11
(Yenilənib 15:44 13.08.2020)
İmtahanlarda istifadə olunan qapalı və cavabları kodlaşdırıla bilən açıq tipli tapşırıqların düzgün cavabları isə (Azərbaycan və rus bölmələri) yaxın saatlarda DİM-in saytında yerləşdiriləcək.

BAKI, 13 avqust — Sputnik. Bugünkü qəbul imtahanında 3 nəfərdə mobil telefon aşkarlandığı üçün imtahandan xaric olunub.

Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, imtahan prosesinin idarə olunması üçün operativ qərargah fəaliyyət göstərib, müntəzəm olaraq imtahanın keçirildiyi binalarla əlaqə saxlanılıb və imtahanın gedişi nəzarətdə olub.

Bütün binalarda imtahan təlimata uyğun şəkildə keçirilib, iştirakçılara öz bilik səviyyələrini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.

Avqustun 14-dən etibarən DİM-də imtahan protokollarının, cavab vərəqləri və kartlarının emalı aparılacaq.

İmtahanlarda istifadə olunan açıq tipli tapşırıqların yoxlanılması uzun müddət tələb etdiyindən nəticələrin yaxın 2 həftə ərzində elan olunması nəzərdə tutulur.

İmtahanlarda istifadə olunan qapalı və cavabları kodlaşdırıla bilən açıq tipli tapşırıqların düzgün cavabları isə (Azərbaycan və rus bölmələri) yaxın saatlarda DİM-in saytında yerləşdiriləcək.

11
Edvgerial.az saytının istifadəçisi, arxiv şəkli

Altı milyon manata yaxın ƏDV geri qaytarılıb

0
(Yenilənib 15:47 13.08.2020)
Pərakəndə ticarət və ya iaşə obyektlərindən alınmış mallara görə ödənilən ƏDV-nin bir hissəsi istehlakçılara geri qaytarılıb.

BAKI, 13 avqust — Sputnik. İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən qlobal çağırışlara uyğun olaraq vergi inzibatçılığının rəqəmsallaşdırılması, xidmətlərin elektronlaşdırılması və yeni elektron məhsulların tətbiqi uğurla davam etdirilir. Naizlrikdən Sputnik Azərbaycan-a verilən məlumata görə, bu ilin may ayından etibarən pərakəndə ticarət və ya iaşə obyektlərindən alınmış mallara görə ödənilən ƏDV-nin bir hissəsinin geri qaytarılması prosesi həyata keçirilir. Bu sistem vasitəsilə, həmçinin, supermarket və digər pərakəndə ticarət obyektləri, restoran və kafelərdən alınmış mallara, göstərilmiş xidmətlərə görə də ödənilmiş ƏDV-nin bir hissəsi istehlakçılara qaytarılır.

Qeyd olunan prosesin effektivliyini təmin etmək məqsədilə istehlakçıların müraciətlərinin qeydiyyata alındığı informasiya sistemi olan xüsusi portal da (www.edvgerial.az) yaradılıb. Bu mexanizmin işə salındığı vaxtdan avqustun 10-na olan məlumata əsasən, kimi keçən müddət ərzində artıq portalda 466.948 nəfər qeydiyyatdan keçib. Qeydiyyata alınmış istifadəçilərdən 375.536-sı və ya 80 faizi əldə etdiyi kassa çekləri barədə məlumatları portaldakı elektron kabinet vasitəsilə sistemə daxil ediblər.

Hesabat dövrü ərzində vətəndaşlar tərəfindən 20,6 milyondan çox kassa çeki barədə məlumat www.edvgerial.az portalında qeydə alınıb. Həmin çeklər üzrə geri ödənilməsi tələb olunan ƏDV-nin məbləği 9,8 milyon manat təşkil edir. Artıq təsdiq olunmuş çeklər üzrə 5,9 milyon manat ƏDV məbləği geri ödənilib və istehlakçıların elektron kabinetindəki virtual "pul qabı"na yerləşdirilib, qalan məbləğ isə geri ödənilmə müddəti üzrə gözləmədədir.

Xatırladaq ki, qaydalara əsasən, ƏDV-nin müəyyən hissəsinin qaytarılması zamanı bir neçə məqama diqqət yetirilməlidir. İlk növbədə, istehlakçı, yəni alış-veriş edən və ya xidmətdən yararlanan tərəf fiziki şəxs olmalıdır. İkincisi, satıcı və ya xidmət göstərən tərəf mütləq ƏDV ödəyicisi olmalıdır. Eyni zamanda, alınan mal və ya xidmətlər də ƏDV-yə cəlb edilməlidir. Digər məqam isə satıcının yeni nəsil kassa aparatlarından istifadə etməsidir. ƏDV-nin bir hissəsinin qaytarılması yalnız bu tip kassa aparatlarının tətbiq olunduğu obyektlərdə mümkündür.

İstehlakçı alınmış malların dəyərini nağd və ya nağdsız qaydada ödəyə bilər. Nağd ödəmələr zamanı satıcı istehlakçıya onlayn nəzarət-kassa aparatının çekini təqdim edir. İstehlakçı nəzarət-kassa aparatının çekini aldığı tarixdən 90 gün ərzində www.edvgerial.az portalına müraciət etməli və çek barədə məlumatları, yəni NKA çekinin 12 simvollu fiskal İD-sini elektron kabineti vasitəsilə sistemə daxil etməlidir. Həmçinin, BirBank tətbiqinə malik olan və onu müvafiq qaydada yükləyən bütün istifadəçilər bu tətbiq vasitəsilə də çekin QR kodunu (çekdə yerləşdirilmiş sürətli məlumat kodu) oxudaraq ƏDV-ni daha rahatlıqla geri qaytara bilərlər.

İstehlakçının sistemə daxil etdiyi nəzarət-kassa aparatı çeki barədə məlumatların Dövlət Vergi Xidmətinin məlumat bazasındakı məlumatlarla uyğunluğu yoxlanılır. Nəzarət-kassa aparatı çekinin təsdiqlənməsi istehlakçının elektron kabinetində dərhal əks olunur. Çekin çap edildiyi tarixdən 30 gün sonra ƏDV məbləğinin nağdsız ödənişlər üzrə 15 faizi, nağd ödənişlər üzrə 10 faizi müvəkkil bank tərəfindən alıcının elektron kabineti açılarkən yaradılmış virtual "pul qabı"na yerləşdirilir. İstifadəçilər toplanmış vəsait ilə kommunal, mobil, internet, TV, cərimə və sığorta ödənişlərini həyata keçirə, həmçinin ölkədaxili bank kartlarına köçürmələr edə bilərlər. Hər bir istifadəçi, balansına uyğun olaraq, bir tranzaksiya çərçivəsində minimum 5, maksimum 500 manat məbləğində vəsaiti kart hesabına köçürə bilər. Layihənin maliyyə partnyoru “Kapital Bank”dır.

0