Ağ Ev

Vaşinqtondan Bakıya mühüm telefon zəngi

5747
Söhbət zamanı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar prosesi müzakirə edilib

BAKI, 30 yanvar - Sputnik. Yanvarın 29-da axşam ABŞ Prezidentinin milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə telefonla zəng edib. Sputnik Azərbaycan bu barədə Prezidentin rəsmi saytına istinadən xəbər verir.

Söhbət zamanı qarşılıqlı maraq doğuran bir sıra məsələlər, o cümlədən enerji təhlükəsizliyi, təhlükəsizlik sahəsində əməkdaşlıq və Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi ilə bağlı danışıqlar prosesi müzakirə edilib.

5747
Teqlər:
ABŞ, telefon zəngi, İlham Əliyev, Con Bolton
Əlaqədar
Nikol Paşinyan: "İlham Əliyevə zəng etmək yaxşı ideyadır"
Vladimir Putin İlham Əliyevə zəng edib
Rusiya prezidenti və Gürcüstanın baş naziri İlham Əliyevə zəng edib
Ərdoğan İlham Əliyevə zəng vurub