Nazirlər Kabineti

Nazirlər Kabineti ali təhsillə bağlı nizamnaməni təsdiqləyib

174
Ali təhsil müəssisəsində siyasi partiyaların və dini qurumların strukturlarının yaradılmasına və fəaliyyətinə yol verilmir

BAKI, 16 yanvar — Sputnik. Nazirlər Kabineti "Dövlət və bələdiyyə tərəfindən yaradılan ali təhsil müəssisəsinin nümunəvi Nizamnaməsi"ni təsdiqləyib. Sputnik Azərbaycan Nazirlər Kabinetinə (NK) istinadən Nizamnamədən çıxarış təqdim edir: 

"Nizamnaməyə əsasən, ali təhsil müəssisəsi ictimai əhəmiyyət daşıyan fəaliyyətlə məşğul olub, "Təhsil haqqında" Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müvafiq səviyyələr üzrə ali təhsil, habelə orta ixtisas və əlavə təhsil proqramlarını həyata keçirən, "Elm haqqında" qanununa əsasən fundamental, nəzəri-metodoloji, pedaqoji-metodiki və tətbiqi elmi tədqiqatlar aparan publik hüquqi şəxsdir.

Bələdiyyə tərəfindən ali təhsil müəssisəsini müvafiq bələdiyyə yaradır.

Dövlət ali təhsil müəssisəsinə Azərbaycan Prezidentinin müəyyən etdiyi səlahiyyətlər çərçivəsində muxtariyyət hüququ (statusu) verilə bilər. Muxtariyyət hüququna malik ali təhsil müəssisəsi qanunvericiliyə və öz nizamnaməsinə uyğun olaraq, tədris, elmi tədqiqat, kadr, maliyyə-təsərrüfat və digər fəaliyyəti həyata keçirməkdə sərbəstdir.

Ali təhsil müəssisəsinin fəaliyyətinə lisenziya "Lisenziyalar və icazələr haqqında" və "Təhsil haqqında" qanunlarına uyğun olaraq verilir.

Ali təhsil müəssisəsində siyasi partiyaların və dini qurumların strukturlarının yaradılmasına və fəaliyyətinə yol verilmir.

Dövlət tərəfindən yaradılan ali təhsil müəssisəsində təhsil dövlət hesabına və (və ya) ödənişli, bələdiyyə tərəfindən yaradılan ali təhsil müəssisəsində təhsil bələdiyyə hesabına və (və ya) ödənişli əsaslarla həyata keçirilir.

Qanunvericiliklə müəyyən edilmiş şəxslərin dövlət və bələdiyyə tərəfindən yaradılan ali təhsil müəssisələrində təhsil xərcləri müvafiq qaydada dövlət büdcəsinin vəsaiti hesabına ödənilir. 

Dövlət tərəfindən yaradılan ali təhsil müəssisəsinin rektorunu Azərbaycan Respublikasının Prezidenti, bələdiyyə tərəfindən yaradılan ali təhsil müəssisəsinin rektorunu bələdiyyə vəzifəyə təyin və ya vəzifədən azad edir. Rektor ali təhsil müəssisəsinin mənafeləri üçün vəzifələrini yerinə yetirərkən, vicdanla, peşəkar qaydada və məntiqlə hərəkət etməyə, ali təhsil müəssisəsinin maraqlarına sadiq olmağa, onun maraqlarını öz maraqlarından üstün tutmağa, ehtiyatlı olmağa, qərarların qəbulu zamanı ədalətli və qərəzsiz olmağa, habelə adına xələl gətirə biləcək hərəkətlərə və çıxışlara yol verməməyə borcludur.

Rektor bu vəzifələrin ali təhsil müəssisəsinin maraqlarına uyğun olaraq yerinə yetirilməsi üçün məsuliyyət daşıyır. O, öz vəzifələrini pozduğu halda, pozuntu nəticəsində ali təhsil müəssisəsinə dəymiş zərərin əvəzini ödəməlidir.

Dövlət tərəfindən yaradılan ali təhsil müəssisəsi bilavasitə mənfəət əldə etmək məqsədi güdmür.

İcra hakimiyyəti orqanının tabeliyində olan ali təhsil müəssisəsi büdcədənkənar mənbələrdən əldə etdiyi vəsaiti Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi dövlət orqanlarının strukturuna daxil olmayan tabeliyindəki qurumlar tərəfindən işlər görülməsindən və xidmətlər göstərilməsindən əldə edilən vəsaitdən istifadə qaydasına uyğun olaraq xərcləyir.

Dövlətin yaratdığı digər ali təhsil müəssisəsi büdcədənkənar mənbələrdən əldə olunan vəsaitin xərclənməsi istiqamətlərini sərbəst (bu Nümunəvi Nizamnamənin 5.13-cü bəndi nəzərə alınmaqla) müəyyən edir, təhsilverənlərə və təhsilalanlara maddi yardım göstərir.

Dövlət tərəfindən yaradılan ali təhsil müəssisəsində dövlət hesabına göstərilən xidmətlərin dəyəri Nazirlər Kabinetinin təsdiq etdiyi maliyyə normativləri ilə müəyyən edilir. Ali təhsil müəssisəsinin ödənişli təhsil xidmətlərinin və bu Nümunəvi Nizamnamənin 5.11-ci bəndində nəzərdə tutulmuş fəaliyyətlə bağlı müvafiq məhsulların (malların, işlərin, xidmətlərin) qiymətləri dövlət tərəfindən tənzimlənməyən qiymətlərə aiddir".

174
Teqlər:
ali təhsil müəssisələri, Nazirlər Kabineti
Əlaqədar
Nazirlər Kabineti dövlət standartlarını təsdiqləyib
Nazirlər Kabineti cəmiyyəti düşündürən suala aydınlıq gətirdi
Nazirlər Kabineti Azərbaycanın gələcəyi ilə bağlı taleyüklü məsələni müzakirə etdi
Nazirlər Kabineti borclular və pul öhdəlikləri barədə qərar verib
İlham Əliyev Türkmənistan Nazirlər Kabineti Sədrinin müavinini qəbul edib

Sərt karantin başladı: Metro dayandı, avtobuslar 2 gün işləməyəcək

28
Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, Bakı metrosu 2020-ci il 4 iyul saat 00:00-dan 20 iyul saat 06:00-dək işləməyəcək.

BAKI, 4 iyul – Sputnik. Bakıda xüsusi karantin rejiminin 5 iyul saat 06:00-dan 20 iyul saat 06:00-dək uzadılması ilə əlaqədar metropolitenin fəaliyyəti dayandırılıb. Xüsusi karantin rejiminin uzadılması ilə əlaqədar ictimai nəqliyyatın fəaliyyətinə məhdudiyyət tətbiq edilib.

Sputnik Azərbaycan-ın məlumatına görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, Bakı metrosu 2020-ci il 4 iyul saat 00:00-dan 20 iyul saat 06:00-dək işləməyəcək.

Tibb işçisi Dövlət Gömrük Komitəsinin hospitalında, arxiv şəkli
© Photo : The State Customs Committee of AR

Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, xüsusi karantin rejiminin sərtləşdirildiyi Goranboy, Göygöl və Mingəçevir şəhərləri, Bərdə, Xaçmaz, Samux, Siyəzən və Şəki rayonları daxil olmaqla, Bakı, Cəlilabad, Gəncə, Lənkəran, Masallı, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron rayonunda aşağıdakı tarixlərdə həftəsonları bütün ictimai nəqliyyatın hərəkəti dayandırılıb:

4 iyul saat 00:00-dan 6 iyul saat 06:00-dək;

11 iyul saat 00:00-dan 13 iyul saat 06:00-dək;

18 iyul 00:00-dan 20 iyul saat 06:00-dək.

Qərarla əlaqədar bu gün saat 00:00-dan 6 iyul saat 06:00-dək ictimai nəqliyyatın fəaliyyəti qadağan edilib.

Qeyd edək ki, Operativ Qərargahın qərarı ilə Goranboy, Göygöl və Mingəçevir şəhərləri, Bərdə, Xaçmaz, Samux, Siyəzən və Şəki rayonları daxil olmaqla, Bakı, Cəlilabad, Gəncə, Lənkəran, Masallı, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron rayonunda xüsusi karantin rejiminin 2020-ci il 5 iyul saat 06:00-dan 20 iyul saat 06:00-dək uzadılması ilə əlaqədar ictimai nəqliyyatın fəaliyyətinə də məhdudiyyət tətbiq edilir.

28
Cərimə, arxiv şəkli

İndi karantini pozanları hamı cərimə edəcək - Hətta onlar da

11
(Yenilənib 00:05 04.07.2020)
Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulmasına görə nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə baxacaq qurumlar məlum olub

BAKI, 3 iyul — Sputnik. Dövlət başçısı bu gün ""Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının 2015-ci il 29 dekabr tarixli 96-VQ nömrəli Qanununun tətbiqi barədə" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 15 fevral tarixli 795 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında" fərman imzalayıb.

Sputnik Azərbaycan xəbər verir ki, dəyişikliyə görə, aşağıdakı məzmunda 5.6-2-ci bənd əlavə edilir: "5.6-2. həmin Məcəllənin 211-ci maddəsində nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə həmin işlər üzrə inzibati icraata başlamış Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, sahibkarlıq fəaliyyəti subyektlərinə və onların vəzifəli şəxslərinə münasibətdə isə həmçinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi baxır".

Dəyişikliyə əsasən, İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsində (epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə həmin işlər üzrə inzibati icraata başlamış Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, sahibkarlıq fəaliyyəti subyektlərinə və onların vəzifəli şəxslərinə münasibətdə isə həmçinin Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi baxacaq.

İndiyədək 211-ci maddədə nəzərdə tutulmuş inzibati xətalar haqqında işlərə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi baxırdı.

11
 İranda epdimioloji vəziyyət

İranda bir gündə 150-dən çox şəxs koronavirusdan öldü

0
(Yenilənib 00:14 04.07.2020)
Son 24 saat ərzində koronavirusa 2566 yoluxma halı qeydə alınıb ki, bununla da ölkədə virusa yoluxanların sayı 235429-a çatıb

BAKI, 4 iyul — Sputnik. İranda koronavirusa yoluxanların sayı bir gün ərzində 2566 nəfər artıb. Sputnik Azərbaycan xəbər verir ki, bunu İranın Səhiyyə Nazirliyinin rəsmi nümayəndəsi Sima Sədat Lari bildirib.

Hospitalda koronavirus xəstəsinin yoxlanılması
© Sputnik / Vladimir Astapkovich

"Son 24 saat ərzində koronavirusa 2566 yoluxma halı qeydə alınıb ki, bununla da ölkədə virusa yoluxanların sayı 235429-a çatıb. Bir gün ərzində 154 nəfər virusdan ölüb, bununla da ölkədə koronavirusdan ölənlərin sayı 11260-a çatıb", - deyə məlumatda bildirilib.

O həmçinin qeyd edib ki, virusa yoluxan 235429 şəxsdən 196,5 mindən çoxu sağalıb.

Xatırladaq ki, SARS-CoV-2 koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 10,8 milyonu keçib, 521 mindən çox adam isə virus səbəbilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

0
Mövzu:
Dünyanı cənginə almış bəla