İlham Əliyev Mənzil İnşaatı Dövlət Agentliyinin Yasamal yaşayış kompleksinin açılışında iştirak edib

İlham Əliyev Yasamal yaşayış kompleksinin açılışında iştirak edib

42
(Yenilənib 12:32 26.12.2018)
Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov yeni yolda görülən işlər barədə Prezident İlham Əliyevə məlumat verib

BAKI, 26 dekabr - Sputnik. Dekabrın 26-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Bakı şəhəri Dairəvi avtomobil yolunu Şərifzadə küçəsi ilə birləşdirən yeni yolun, həmçinin Mənzil İnşaatı Dövlət Agentliyinin Yasamal yaşayış kompleksinin açılışında iştirak edib, Agentliyin yeni yaşayış kompleksinin təməlini qoyublar.

Sputnik Azərbaycan Prezidentin rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin İdarə Heyətinin sədri Saleh Məmmədov yeni yolda görülən işlər barədə Prezident İlham Əliyevə məlumat verib.

Mənzil İnşaatı Dövlət Agentliyinin Yasamal yaşayış kompleksinin açılışı olub
© Official web-site of President of Azerbaijan Republic
Mənzil İnşaatı Dövlət Agentliyinin Yasamal yaşayış kompleksinin açılışı olub

Dövlətimizin başçısı yeni yolun rəmzi açılışını bildirən lenti kəsib. Sonra xatirə şəkli çəkdirilib.

Daha sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Mənzil İnşaatı Dövlət Agentliyinin Yasamal yaşayış kompleksinin açılışında iştirak ediblər. Mənzil İnşaatı Dövlət Agentliyinin İdarə Heyətinin sədri Sadiq Sadıqov görülən işlər barədə məlumat verib. 

Kompleksin ərazisində 161 saylı tam orta məktəbin binası da inşa edilib. Dövlətimizin başçısı və birinci xanım burada yaradılan şəraitlə tanış olublar. Təhsil naziri Ceyhun Bayramov məlumat verib ki, 960 şagird yerlik tam orta məktəbdə 36 sinif otağı var. Onlardan 15-i ibtidai, 21-i isə yuxarı sinif şagirdləri üçündür. Siniflərin hamısı zəruri tədris avadanlığı ilə təchiz olunub. Burada, həmçinin 6 tədris laboratoriyası şagirdlərin istifadəsinə veriləcək.

Sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva kompleksin ərazisində inşa edilən 240 yerlik uşaq bağçasında yaradılan şəraitlə də tanış olublar. Onlara görülən işlərlə bağlı ətraflı məlumat verilib.

Daha sonra Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva yeni yaşayış kompleksinin ümumi sahəsi 15,4 hektar olacaq növbəti mərhələsinin təməlqoyma mərasimində iştirak ediblər. Onlara bildirilib ki, kompleksdə 40 yaşayış binasının inşası nəzərdə tutulub. Onlardan 22-si 9 mərtəbəli, 18-i 12 mərtəbəli olacaq. Bu kompleksdə 160 birotaqlı, 114 studio tipli, 674 ikiotaqlı, 1128 üçotaqlı, 126 dördotaqlı mənzil tikiləcək. Binalar üzrə mənzillərin ümumi sayı 2200-dən çoxdur. Bu mənzillər də tam təmirli, mətbəx mebeli ilə təchiz olunmuş vəziyyətdə vətəndaşlara təklif ediləcək. Yaşayış binaları ilə yanaşı, ərazidə sosial-məişət obyektləri, uşaq oyun meydançaları, 3 uşaq bağçası, 1200 şagird yerlik tam orta məktəb binasının inşası da nəzərdə tutulur. Yaşayış kompleksi üzrə bütün lazımi infrastruktur yaradılacaq.

İlham Əliyev Mənzil İnşaatı Dövlət Agentliyinin Yasamal yaşayış kompleksinin açılışında iştirak edib
© Official web-site of President of Azerbaijan Republic
İlham Əliyev Mənzil İnşaatı Dövlət Agentliyinin Yasamal yaşayış kompleksinin açılışında iştirak edib

Prezident İlham Əliyev yeni yaşayış kompleksinin təməlini qoyub.

Dövlətimizin başçısı və birinci xanım bu gün, həmçinin Yasamal rayonunun Yeni Yasamal yaşayış massivi, Məhəmməd Xiyabani küçəsində yerləşən istirahət parkında yenidənqurmadan sonra yaradılan şəraitlə də tanış olublar. 

Yasamal Rayon İcra Hakimiyyətinin başçısı Əziz Əzizov parkda aparılan yenidənqurma və abadlıq işləri barədə məlumat verib. Bildirib ki, istirahət parkı müasir səviyyədə yenidən qurulub. Ümumilikdə, 1,7 hektar ərazidə abadlıq işləri aparılıb, 9 min kvadratmetr sahədə yaşıllıq salınıb. Parkda suvarma və işıqlandırma sistemləri quraşdırılıb, gəzinti meydançaları salınıb, oturacaqlar qoyulub, dekorativ hasar çəkilib. Bu istirahət məkanında çay evi, kafe, gənclər evi, internet klub, qocalar evi inşa olunub.

İlham Əliyev Yasamal rayonunun Yeni Yasamal yaşayış massivindəki istirahət parkında yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olub
© Official web-site of President of Azerbaijan Republic
İlham Əliyev Yasamal rayonunun Yeni Yasamal yaşayış massivindəki istirahət parkında yenidənqurmadan sonra yaradılan şəraitlə tanış olub

Parkda, həmçinin idman və uşaq əyləncə qurğuları və fəvvarə də quraşdırılıb.

42
Teqlər:
açılış mərasimi, Mehriban Əliyeva, Yasamal Yaşayış Kompleksi, İlham Əliyev
Əlaqədar
İlham Əliyev “Bakı Ağ Şəhər”də görülən və görüləcək işlərlə tanış olub
İlham Əliyev: "Gələn il Qarabağ münaqişəsinin həlli üçün önəmli il ola bilər"
İlham Əliyev Polis Akademiyasının yeni tədris binasının açılışında iştirak edib
İlham Əliyev vacib Fərman imzaladı