Azərbaycan Respublikasının prezidenti İlham Əliyev

Prezidentdən dünya azərbaycanlılarına: Ümummilli məqsədlər ətrafında sıx birləşməliyik

5770
(Yenilənib 13:09 25.12.2018)
İlham Əliyev: "Diaspor təşkilatlarının fəaliyyəti daha çevik əlaqələndirilməlidir"

BAKI, 25 dekabr — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dünya azərbaycanlılarına təbrik məktubu ünvanlayıb. Sputnik Azərbaycan dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, məktubda deyilir:

Stokholm şəhərində Xocalı soyqırımının 26-cı ildönümü anılıb
© Sputnik / Mikhail Voskresensky

"Əziz həmvətənlər!

Hörmətli soydaşlar!

Milli birliyimizin rəmzi kimi hər il geniş qeyd etdiyimiz 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə sizi səmimi qəlbdən salamlayır, hamınıza xoşbəxtlik və əmin-amanlıq arzulayıram.

Ümummilli lider Heydər Əliyevin azərbaycançılıq ideyalarını yaşadan müstəqil dövlətimiz milli həmrəyliyin gücləndirilməsinə xüsusi əhəmiyyət verir, dünya azərbaycanlılarının mədəni-mənəvi birliyinin daha da möhkəmləndirilməsi ilə bağlı ardıcıl tədbirlər həyata keçirir. Biz xarici ölkələrdə məskunlaşmış həmvətənlərimizin doğma Azərbaycanla əlaqələrinin dərinləşdirilməsi və ümummilli məsələlərin həllində yaxından iştirakının təmin edilməsi istiqamətində irəli sürülən səmərəli təşəbbüslərə hər zaman dəstək veririk.

2018-ci il xalqımızın tarixində şərəfli yer tutan Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinin geniş şəkildə keçirilməsi ilə yaddaşlarda qalacaq. Belə əlamətdar yubileyin təntənə ilə qeyd edilməsi həmvətənlərimizin qəlbində azadlıq və istiqlal duyğularını, ölkəmizin zəngin tarixi ilə haqlı iftixar hissini daha da gücləndirir.

Bu gün əminliklə demək olar ki, 100 il əvvəl mühacir həyatı yaşamağa məcbur olmuş Cümhuriyyət qurucularının və onların varislərinin Azərbaycanı müstəqil və qüdrətli dövlət kimi görmək arzuları artıq xoş gerçəkliyə çevrilib.

Dünyada gedən mürəkkəb geosiyasi proseslərə, müharibə və silahlı qarşıdurmalara, qaçqın və məcburi köçkün problemlərinə, qlobal iqtisadi çətinliklərə baxmayaraq, Azərbaycan Respublikası qarşıya qoyduğu böyük məqsədlərə doğru inamla irəliləyir. Ölkəmizin sosial-iqtisadi sahədə əldə etdiyi uğurların nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirilməsi bunu bir daha əyani surətdə sübut edir. Dünya Bankının "Doing Business 2019" hesabatında Azərbaycan ötən illə müqayisədə 32 pillə irəliləyərək 190 ölkə arasında 25-ci yerdə qərarlaşıb, 10 ən islahatçı dövlət siyahısına daxil edilib.

Ölkəmizin təşəbbüsü və yaxından iştirakı ilə irimiqyaslı transmilli layihələr uğurla icra olunub. 2018-ci ildə Avrasiyanın enerji xəritəsinin zənginləşməsində mühüm rol oynayan "Cənub Qaz Dəhlizi"nin və onun tərkib hissəsi olan TANAP boru kəmərinin istifadəyə verilməsi, həmçinin Ələt-Astara magistral avtomobil yolunun açılışı ilə Azərbaycan ərazisində "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizi layihəsi üzrə bütün işlərin başa çatdırılması dövlətimizin iqtisadi potensialının artması, regionun tranzit və logistika mərkəzinə çevrilməsi, geoiqtisadi mövqeyinin güclənməsi baxımından xüsusi əhəmiyyət daşıyır. Cari ildə həm də növbəti telekommunikasiya peyki "Azerspace-2"nin orbitə buraxılması respublikamızın müasir rabitə və informasiya texnologiyaları sahəsində qazandığı nailiyyətlərin bariz təzahürüdür.

Ölkəmiz inkişaf etdikcə, daha qlobal xarakterli vəzifələri həll etmək imkanları da artır. Qarşımızda Ermənistanın hərbi təcavüzü nəticəsində işğal edilmiş torpaqlarımızın azad olunması kimi taleyüklü vəzifə dayanır. Azərbaycan pozulmuş ərazi bütövlüyünün bərpası yolunda ardıcıl və məqsədyönlü siyasət həyata keçirir. Soydaşlarımız da, öz növbəsində, yaşadıqları ölkələrin yüksək dairələrinin və nüfuzlu beynəlxalq təşkilatların diqqətinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllinə yönəldillməsində, tarixi həqiqətlərin geniş ictimaiyyətə çatdırılmasında fəallıq nümayiş etdirməlidirlər.

Azərbaycanın inkişafı və dünya birliyində mövqeyini möhkəmləndirməsi üçün hər bir həmvətənimiz ümummilli məqsədlər ətrafında sıx birləşməli, diaspor təşkilatlarının fəaliyyəti daha çevik əlaqələndirilməlidir.

Əminəm ki, dünyanın hansı guşəsində yaşamasından asılı olmayaraq, bütün soydaşlarımız və həmvətənlərimiz bu prinsiplərə əsaslanaraq qarşıdakı illərdə də üzərlərinə düşən vəzifələrin yerinə yetirilməsində qüvvə və bacarıqlarını əsirgəməyəcəklər.

Sizi Dünya Azərbaycanlılarının Həmrəylik Günü münasibətilə ürəkdən təbrik edir, hər birinizə səadət, firavanlıq və işlərinizdə uğurlar diləyirəm!

Bayramınız mübarək olsun!"

5770
Teqlər:
məktub, təbrik, azərbaycanlı, dünya, İlham Əliyev, prezident
Əlaqədar
İlham Əliyev Rəcəb Tayyib Ərdoğanı təbrik etdi
İlham Əliyev Gürcüstanın yeni prezidentini təbrik edib
Nursultan Nazarbayev İlham Əliyevi təbrik edib
Vladimir Putin İlham Əliyevi təbrik edib
Türkiyənin Xarici İşlər naziri Mövlud Çavuşoğlu

Mövlud Çavuşoğlu Azərbaycanı təbrik etdi

4
(Yenilənib 23:09 24.05.2020)
Nazirlər, həmçinin iki ölkə arasındakı dostluq və qardaşlıq əlaqələrinin uğurla inkişafı ətrafında fikir mübadiləsi aparıblar

BAKI, 24 may — Sputnik. Xarici İşlər naziri Elmar Məmmədyarovun türkiyəli həmkarı Mövlud Çavuşoğlu ilə telefon söhbəti baş tutub.

Azərbaycan XİN-dən Sputnik Azərbaycan-a verilən məlumata görə, nazir Elmar Məmmədyarov həmkarı Mövlud Çavuşoğlunun Azərbaycanın 28 May- Respublikası Günü münasibətilə səmimi təbriklərini qəbul edib. Tərəflər, habelə bir-birlərini Ramazan bayramı münasibətilə təbrik edərək ən xoş arzularını dilə gətiriblər

Nazirlər, həmçinin iki ölkə arasındakı dostluq və qardaşlıq əlaqələrinin uğurla inkişafı ətrafında fikir mübadiləsi aparıblar.

4
Əlaqədar
Azərbaycanla Türkiyə bəzi mallara görə rüsumları sıfırlayacaqlar
Rəcəb Tayyib Ərdoğan Azərbaycanı təbrik etdi
Türkiyəli aktyor azərbaycanlı tələbələrə yardım etdi
Türkiyə islam ölkələrini toplayır - Fələstin üçün
Azərbaycanlı müğənni Coni (Cahid Hüseynli), arxiv şəkli

Sevgilisindən ayrılan azərbaycanlı müğənniyə qızlar təklif yağdırırlar

20
(Yenilənib 22:16 24.05.2020)
Bu yaxınlarda yeni hitini təqdim edən müğənni Coni (Cahid Hüseynli) sevdiyi qızdan ayrılmasından danışıb

BAKI, 24 may — Sputnik, Kəmalə Əliyeva. Rusiyada məşhurlaşan azərbaycanlı müğənni Coni (Cahid Hüseynli) öz pərəstişkarı ilə ailə qura bilər. Sputnik Azərbaycan bildirir ki, bu barədə o, Rusiyanın ENERGY radiostansiyasına müsahibəsində deyib.

“Əgər sevsəm, pərəstişkarım olan qızla evlənə bilərəm. Bu barədə bir neçə dəfə demişəm”, - Coni qeyd edib.

Onun sözlərinə görə, mahnılarının çoxunda məhz özünün gerçəkdən hiss etdiyi duyğular barədə oxuyur. Məsələn, sonuncu “Sən qəddarsan” ("Ты беспощадна") hitini də elə sevdiyi qızdan ayrıldıqdan sonra yazıb.

İfaçı müsahibə zamanı qeyd edib ki, hazırda yeni albomunun üzərində işləyir.

Coni dörd yaşı olanda valideynləri ilə birlikdə Azərbaycandan Moskvaya gedib. O, uşaqlıqdan populyar olmağı arzulayıb və nəhayət, bu arzusunu reallaşdıra bilib. Coninin sözlərinə görə, onun məşhurluğunda sosial şəbəkələrin böyük rolu olub. O, Bakıda ilk dəfə "Jara-2019" Beynəlxalq Musiqi Festivalında çıxış edib. Coni digər azərbaycanlı müğənni Elman Zeynalovun yaratdığı "Raava Music" leyblına daxildir.

2019-cu ildə Coni ВКонтакте-nin versiyasına görə “İlin tapıntısı” elan olunub, onun “Xiyaban” (“Аллея”) sinqli isə beşqat platin statusu qazanıb.

20
Əlaqədar
Avroviziyada finala çıxa bilməyən müğənni öz dilimizdə oxumağa keçdi - VİDEO
Üç müğənnimizi bir qız yaman dərdə salıb: "Axı niyə?" – VİDEO
Samirə Əfəndi Səfurə Əlizadənin hitinə ikinci nəfəs verib
Emin Ağalarov boşanır
"Təhminə və Zaur" un altıncı mərtəbəsi
Avstriya Prezidenti Aleksandr Van der Bellen, arxiv şəkli

Polis prezidenti... bağlı restoranda tapdı

0
(Yenilənib 23:36 24.05.2020)
Avstriyada restoranlar 23:00-dan sonra bağlanmalıdır, yəni həmin vaxtdan etibarən qonaqlara heç nə təqdim etmək olmaz, mətbəx və bar işləməməlidir

BAKI, 24 may — Sputnik. Vyana polisi Avstriya Prezidenti Aleksandr Van der Belleni və xanımını gecə vaxtı bir italyan restoranında “yaxalayıb”. Ölkədə mövcud olan karantin qaydalarına görə, 23:00-dan sonra ictimai iaşə müəssisələri bağlı olmalıdır.

Sputnik Azərbaycan bildirir ki, bu barədə “Kronen Zeitung” qəzeti yazıb.

“Lokdaundan sonra ilk dəfə xanımım və iki dostumla birlikdə şam etməyə getdik. Biz söhbətləşirdik, təəssüf ki, saata baxmağı unutduq. Çox təəssüf edirəm. Bu, səhv idi. Əgər restoran sahibinin hansısa itkiləri olacaqsa, buna özüm cavabdeh olacam”, - deyə Prezident Twitter-də yazıb, üstəlik qəzetin məqaləsini də paylaşımına əlavə edib.

Polis “Sole” adlı italyan restoranına 00:20-də gəlib və eyvanda əyləşmiş qonaqların içki içdiklərini görüb. Əslində isə bura saat yarım əvvəl bağlanmalı imiş. Qəzet yazır ki, tanınma zamanı qonaqlar özlərini mehriban aparıblar.

​“Federal Prezident bir çox artistlər kimi tez-tez qonağım olur. Şama bu dəfə balıq sifariş etmişdi. Mən hər şeyi doğru elədim, qanunun tələbi ilə: saat 23:00-da biz sonuncu içkiləri gətirib kafeni bağladıq. Sonra Prezident hələ bir müddət də - əvvəl mən də orada idim – xanımı ilə bayırdakı örtülü eyvanda söhbət elədi”, - deyə restoranın direktoru Aki Nuredini “Kronen Zeitung”a bildirib.

Avstriyada restoranlar 23:00-dan sonra bağlanmalıdır, yəni həmin vaxtdan etibarən qonaqlara heç nə təqdim etmək olmaz, mətbəx və bar işləməməlidir. Ancaq eyni zamanda, nəzəri olaraq restoran qonaqlara masa arxasında əyləşməyə icazə verə bilər. İndi Vyananın magistratı restoran sahibini 30 min avro cərimələmək, ya da günahını bağışlamaq haqda qərar verməlidir. Prezident və xanımına görə idə hadisəyə görə heç bir cərimə nəzərdə tutulmur.

Avstriyada martın 16-da bağlanan kafe və restoranlar mayın 15-də fəaliyyətlərini bərpa edib. Onlar səhər 6:00-dan 23:00-dək işləyə bilər. Bir masa arxasında maksimum dörd böyük adam (uşaqlar istisna) əyləşə bilər, qonaqlar arasındakı məsafə ən azı 1 m olmalıdır. Müştərilərlə birbaşa ünsiyyətdə olan personal ya qoruyucu maska, ya da üz sipəri taxmalıdır, müştərilər isə maska taxmaqda sərbəstdirlər.

0