Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

"Azərbaycanla Rusiya arasında hərbi-texniki əməkdaşlıq inkişaf edir"

© Sputnik / Murad OrujovПосол Российской Федерации в Азербайджанской Республике Бочарников Михаил
Посол Российской Федерации в Азербайджанской Республике Бочарников Михаил - Sputnik Azərbaycan
Abunə olmaq
Mixail Boçarnikov: "Bizim üçün sanksiyalar xarici ölkələrlə qurduğumuz münasibətlərdə faktor rolunu oynamır"

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 24 dekabr — Sputnik. "Azərbaycan ilə Rusiya arasında hərbi-texniki sahədə əməkdaşlıq inkişaf edir, özü də aktiv şəkildə".

Посол Российской Федерации в Азербайджанской Республике Бочарников Михаил - Sputnik Azərbaycan
İQTİSADİYYAT
"Azərbaycanla Rusiyanın Xəzərlə bağlı yeni planı var" – Səfir

Sputnik Azərbaycan xəbər verir ki, bunu bu gün Sputnik Azərbaycan Multimedia Mətbuat Mərkəzində keçirilən mətbuat konfransında Rusiya Federasiyasının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Mixail Boçarnikov deyib.

"Rusiya hərbi müəssisələrinə tətbiq edilən sanksiyalar bu sahədə Azərbaycanla əməkdaşlığa təsir edə bilərmi" sualını cavablandıran səfir bildirib ki, Rusiya müəssisələrinə tətbiq olunan sanksiyalar legitim deyil: "Biz praktikada görürük ki, onlar daha çox sanksiya tətbiq edən ölkələrin bizneslərinin beynəlxalq arenada digər ölkələrdən olan rəqibləri üzərində üstünlüyünü tətbiq etmək üçün şamil olunur. Ona görə də bizim üçün sanksiyalar xarici ölkələrlə qurduğumuz münasibətlərdə faktor rolunu oynamır".

"Bizim ölkələrin müdafiə nazirləri il ərzində bir neçə dəfə görüşürlər. Bu il Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Bakıya üç dəfə gəlib. Rusiya Hərbi Dəniz Qüvvələrinə məxsus hərbi gəmilər Azərbaycan limanlarına daxil olur" - deyə Boçarnikov vurğulayıb.

Onun sözlərinə görə, Azərbaycan son bir neçə ildə aktiv şəkildə Rusiyanın hərbi müsabiqələrində iştirak edir: "Bu isə, bir daha ölkələrimiz arasında qarşılıqlı anlaşma ruhunu göstərir".

Xəbər lenti
0