“Onlayn media və müəllif hüquqları” mövzusunda konfrans

“Onlayn media müəllif hüquqları” mövzusunda konfrans keçirilib

47
(Yenilənib 16:32 21.12.2018)
Tədbir “İnternet media resurslarında müəllif hüquqlarının qorunmasının mexanizmləri və hüquqi bazası” layihəsi çərçivəsində baş tutub

BAKI, 21 dekabr - Sputnik. Jurnalistlərin Həmkarlar İttifaqının təşkilatçılığı (JuHİ) ilə Bakı şəhərində “Onlayn media və müəllif hüquqları” mövzusunda konfrans keçirib. "Sputnik Azərbaycan" Multimedia Mətbuat Mərkəzində keçirilən konfransa ənənəvi KİV, onlayn media təmsilçiləri və internet fəalları qatılıblar.

Пресс-конференция на тему Авторские права в онлайн-медиа
© Sputnik / Kemale Aliyeva
“Onlayn media və müəllif hüquqları” mövzusunda konfrans

Tədbir Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə yardımı ilə həyata keçirilən “İnternet media resurslarında müəllif hüquqlarının qorunmasının mexanizmləri və hüquqi bazası” layihəsi çərçivəsində baş tutub.

Layihənin koordinatoru Müşfiq Ələsgərli bildirib ki, tədbirin keçirilməsində məqsəd KİV işçilərində, xüsusən, internet üzərindən xəbər yayan informasiya istehsalçılarında müəllif hüquqlarının qorunmasının vacibliyi barədə təsəvvür formalaşdırmaqdan ibarətdir: “İnternetin inkişafı KİV-də müəllif hüqqlarının qorunmasını çətinləşdirib. Baxmayaraq ki, müəllif hüquqları həm qanunlarla qorunur, həm də ona hörmətlə yanaşılması Jurnalistlərin Peşə Davranışı Qaydalarının əsas tələblərindən biridir".

Bakıda  “Onlayn media və  müəllif hüquqları” mövzusunda konfrans keçirilib
© Sputnik / Kemale Aliyeva
Bakıda “Onlayn media və müəllif hüquqları” mövzusunda konfrans keçirilib

"Amma təəssüflə qeyd edilməlidir ki, bu gün əksər xəbər istehsalçıları müəllif hüquqlarına nəinki hörmətlə yanaşmırlar, ümumiyyətlə bu sahədə anlayış geniş yayılmayıb. İnternetin inkişafı, medianın rəqəmsal müstəviyə köçməsi müəllif hüquqlarının qorunmasını çətinləşdirib. Həyata keçirdiyimiz layihə və tədbirlər bu problemin aradan qaldırılmasına yardım xarakteri daşıyır”.

Konfransda Azərbaycan Respublikası Əqli Mülkiyyət Agentliyinin Hüquq, apellyasiya və daxili nəzarət şöbəsinin müdiri İqbal Əsgərov da çıxış edib. O, tədbir iştirakçılarına KİV-də müəllif hüquqlarının qorunmasına təminat verən qanunlar və mexanizmlər barədə məlumat çatdırıb. Təmsil etdiyi Agentliyin KİV-lə sıx əməkdaşlıq etdiyini və bu sahədə nailiyyətlər əldə etdiyini də diqqətə çatdırıb.

Bakıda  “Onlayn media və  müəllif hüquqları” mövzusunda konfrans keçirilib
© Sputnik / Kemale Aliyeva
Bakıda “Onlayn media və müəllif hüquqları” mövzusunda konfrans keçirilib

Tədbirdə, həmçinin Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli, "The busines times" qəzetinin baş redaktoru Nəzirə Nurullayeva, “Azadinform” İnformasiya Agentliyinin baş redaktoru Niyaz Niftiyev, “Region plus” Jurnalının baş redaktoru Namiq Mailov, “Aktor.az” saytının baş redaktoru Telman İsa, “Millətçilik” qəzetinin redaktoru Sevda Elay, Jurnalist Araşdırmalar Mərkəzinin sədri Seymur Verdizadə və başqaları çıxış ediblər. Çıxışçılar müəllif hüquqlarının qorunmasının KİV-lər və jurnalistlər üçün öznəmini vurğulayaraq, bu sahədə mövcud olan problemlərdən danışıblar. Onlar keçirilən konfransın bu sahədə yeni proseslərə yol açacağını qeyd ediblər.

Məlumat üçün qeyd edək ki, layihə çərçivəsində ölkənin Qərb və Cənub bölgəsində fəaliyyət göstərən media təmsilçiləri üçün seminarlar da keçirilib. Həmçinin layihə çərçivəsində media ekspertləri və hüquqşünasların iştirakı ilə mövzu üzrə cib kitabçası da çap edilib, jurnalistlər arasında pulsuz paylanılır.

47
Teqlər:
Müşviq Ələsgərli, konfrans, media, onlayn
İlham Əliyev, arxiv şəkli

Dövlət başçısı: Hər gün bayrağımız yeni bir yaşayış məntəqəsində ucaldılır

3
Ölkə başçısı Azərbaycan vətəndaşlarının bu gün işğaldan azad edilmiş bütün torpaqlara qayıdacağına əmin olduğunu vurğulayıb.

BAKI, 21 oktyabr — Sputnik. "Öz doğma torpaqlarını görməyən, işğaldan sonra dünyaya göz açan hər bir azərbaycanlı həmin torpaqlara qayıtmaq arzusu ilə yaşayıb".

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev öz "Twitter" hesabında yazıb.

Ölkə başçısı Azərbaycan vətəndaşlarının bu gün işğaldan azad edilmiş bütün torpaqlara qayıdacağına əmin olduğunu vurğulayıb.

"Hər gün bayrağımız yeni bir yaşayış məntəqəsində ucaldılır. Budur Azərbaycan dövlətinin, Azərbaycan xalqının gücü", - deyə o əlavə edib.

3
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Bakıda yağışlı hava

Sabaha hava proqnozu açıqlandı

5
Tibbi-meteoroloji proqnoza gəldikdə isə, oktyabrın 22-23-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.

BAKI, 21 oktyabr — Sputnik. Sabah Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı, günün birinci yarısında bəzi yerlərdə duman olacağı, çiskinli yağış yağacağı gözlənilir. Mülayim cənub küləyi əsəcək.

Sputnik Azərbaycan Milli Hidrometeorologiya Xidmətinin verdiyi məlumata istinadla xəbər verir ki, havanın temperaturu Bakıda və Abşeron yarımadasında gecə 12-14, gündüz 18-20 dərəcə isti olacaq. Atmosfer təzyiqi normadan yüksək 771 mm civə sütunundan 767 mm civə sütununa enəcək, nisbi rütubət gecə 70-80, gündüz 55-60 faiz təşkil edəcək.

Oktyabrın 22-də Azərbaycanın rayonlarında hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gecə və səhər bəzi yerlərdə duman olacağı, yağış yağacağı gözlənilir. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 10-15, gündüz 18-23, dağlarda gecə 3-7, gündüz 14-18 dərəcə isti olacaq.

Tibbi-meteoroloji proqnoza gəldikdə isə, oktyabrın 22-23-də Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.

5