Azərbaycan-Türkiyə 11-ci Yüksək Səviyyəli Hərbi Dialoq İclası başa çatıb

Azərbaycanla Türkiyə arasında hərbi əməkdaşlığa dair mühüm razılıq əldə olunub

15
(Yenilənib 11:01 20.12.2018)
Gələn il üçün qarşıda duran vəzifələrin yerinə yetirilməsi üçün əsas istiqamətlər müəyyənləşdirilib və fəaliyyət planı razılaşdırılıb

BAKI, 20 dekabr — Sputnik. Ankarada Azərbaycan-Türkiyə 11-ci Yüksək Səviyyəli Hərbi Dialoq iclası başa çatıb. Müdafiə Nazirliyinin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, toplantıda Azərbaycan ilə Türkiyə arasında təhlükəsizlik, hərbi, hərbi-texniki, hərbi tibb, hərbi təhsil və digər sahələrdə əməkdaşlığın vəziyyəti, inkişaf perspektivləri, o cümlədən iki ölkənin orduları arasında mövcud olan dostluq əlaqələrinin daha da möhkəmləndirilməsi məsələləri müzakirə edilib.

Həmçinin 2019-cu ildə qarşıda duran vəzifələrin yerinə yetirilməsi üçün əsas istiqamətlər müəyyənləşdirilib və fəaliyyət planı razılaşdırılıb. Görüşün sonunda 11-ci Yüksək Səviyyəli Hərbi Dialoq İclasının yekunlarına dair, eləcə də "Azərbaycan Respublikası hökuməti ilə Türkiyə Respublikası hökuməti arasında hərbi-tibb sahəsində təhsil və əməkdaşlıq haqqında" protokollar imzalanıb.

Azərbaycan-Türkiyə 11-ci Yüksək Səviyyəli Hərbi Dialoq İclası başa çatıb
© AR Müdafiə Nazirliyinin mətbuat xidməti
Azərbaycan-Türkiyə 11-ci Yüksək Səviyyəli Hərbi Dialoq İclası başa çatıb

Qeyd edək ki, iclasın Azərbaycan tərəfindən həmsədri Müdafiə nazirinin şəxsi heyət üzrə müavini-Şəxsi Heyət Baş İdarəsinin rəisi general-leytenant Kərim Vəliyev, Türkiyə tərəfindən isə Baş Qərargahın ikinci rəisi korpus generalı Mətin Gürakdır. Bu formatda növbəti 12-ci Yüksək Səviyyəli Hərbi Dialoq İclasının 2019-cu ilin sonunda Azərbaycanda keçirilməsi planlaşdırılır.

15
Teqlər:
dialoq, hərbi, Türkiyə, Azərbaycan, Ankara
Əlaqədar
Gürcüstan azərbaycanlıları kütləvi şəkildə Türkiyəyə üz tuturlar
Azərbaycan prezidenti türkiyəli həmkarına başsağlığı verdi
Azərbaycanlı qadınlar Türkiyədə saxlanılıb
Azərbaycan və Türkiyə birgə aqrar müəssisələr yarada bilər