Студент в аудитории, фото из архива

Magistratura imtahanlarının tarixləri bəlli oldu

128
(Yenilənib 10:52 19.12.2018)
Vətəndaşlara saytın "təqvim" bölməsini mütəmadi olaraq izləmək tövsiyə olunur

BAKI, 19 dekabr — Sputnik. 2019-cu ildə Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən keçirilməsi nəzərdə tutulan magistratura və rezidenturaya qəbul imtahanlarının, sınaq imtahanları və dövlət qulluğuna qəbul imtahanlarının tarixləri müəyyən olunub. Bu barədə Sputnik Azərbaycan-a Dövlət İmtahan Mərkəzindən məlumat verilib. 

Məlumata görə, ali təhsil müəssisələrinin və AMEA-nın magistraturalarına qəbul imtahanının I mərhələsi fevralın 24-də, II mərhələsi mayın 26-da, rezidenturaya qəbulun birinci mərhələsi martın 31-də, II mərhələsi isə iyulun 14-də keçiriləcək.

Fevralın 3-də magistraturaya qəbul olmaq istəyənlər üçün imtahanın I mərhələsi üzrə kağız daşıyıcılar vasitəsilə sınaq imtahanı keçiriləcək.

Fevralın 10-da ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul olmaq istəyənlər üçün qəbul imtahanı modelinə uyğun sınaq imtahanının (I-IV ixtisas qrupları üzrə) keçirilməsi nəzərdə tutulur.

Bakı şəhəri və bölgələr üzrə ümumi (9 illik) orta təhsil bazasında təhsilalanlar üçün buraxılış imtahanlarının (eləcə də əvvəlki illərin məzunlarının kolleclərə qəbul imtahanının) birinci mərhələsi mart ayında, tam (11 illik) orta təhsil bazasında təhsilalanlar üçün buraxılış imtahanları isə aprel ayında təşkil olunacaq. Ali təhsil müəssisələrinə və kolleclərə qəbul olmaq istəyən əvvəlki illərin məzunları üçün buraxılış imtahanı qaydasında keçirilən qəbul imtahanı da aprel ayında təşkil olunacaq.

Dövlət qulluğuna qəbul üçün yeni ilin ilk imtahanları 26 yanvar (A növü) və 17 fevral (B növü) tarixlərində keçiriləcək. Dövlət qulluğuna qəbul imtahanları hər ay keçirilir və növbəti aylarda keçiriləcək imtahan tarixləri haqqında məlumat veriləcək.

Qeyd edək ki, Dövlət İmtahan Mərkəzi tərəfindən keçirilən imtahanlar kütləvi xarakter daşıdığı üçün tədbirlərin qrafiki bir neçə dövlət orqanı ilə birgə müzakirə olunur, razılaşdırılır və yekun qərar qəbul olunduqdan sonra ictimaiyyətə elan olunur. Digər imtahanların da qrafiki müəyyən olunduqdan sonra KİV-də məlumat veriləcək və Mərkəzin saytının "təqvim" bölməsinə əlavə ediləcək. Vətəndaşlara saytın bu bölməsini mütəmadi olaraq izləməyi tövsiyə edirik.

128
Teqlər:
magistratura, Dövlət İmtahan Mərkəzi, imtahan
Əlaqədar
Dövlət İmtahan Mərkəzi qalmaqallı iddiaları təkzib edir: Tamamilə əsassızdır
Dövlət İmtahan Mərkəzinə külli miqdarda ziyan vurulub
Dövlət İmtahan Mərkəzi statistik məlumatları açıqladı
Tam orta təhsil ala bilməyənlər yenidən imtahan verəcək
Camaat ciddi-cəhdlə hazırlıq görüb - Qarşıda "imtahan" var
Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov, arxiv şəkli

Əflatun Amaşov: Sputnik Azərbaycan-ı qısa vaxtda qazandığı status heyrət doğurmaya bilməz

0
Mətbuat Şurasınını sədri deyib ki, "Sputnik Azərbaycan" Beynəlxalq İnformasiya Agentliyi peşəkar insanların media dəyərlərini yüksək şəkildə qoruyaraq faydalı ictimai missiya yerinə yetirdikləri mərkəzdir.

BAKI, 25 may — Sputnik. "Sputnik Azərbaycan" Beynəlxalq İnformasiya Agentliyi beş ildir ki, fəaliyyətdədir. Ancaq adama elə gəlir ki, bu müddət beş il yox, daha artıqdır.

Bu sözləri Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşov Sputnik Azərbaycan-ın beş illik fəaliyyətinə qiymət verərkən deyib. Onun fikrincə, belə təəssüratın yaranması sıradan məsələ deyil və bu, onu göstərir ki, ötən beş ildə "Sputnik" özünü oturuşmuş media orqanı kimi təsdiqləyə bilib.

"Nəzərə alsaq ki, cəmiyyət tərəfindən qəbuledilmə fədakar əməyin, gərgin zəhmətin nəticəsidir, Sputnik Azərbaycan-ın qısa zamanda qazandığı status heyrət doğurmaya bilməz. "Sputnik Azərbaycan" Agentliyi peşəkar insanların media dəyərlərini yüksək şəkildə qoruyaraq faydalı ictimai missiya yerinə yetirdikləri mərkəzdir. Hadisə və proseslərə yanaşma, üslub və dəst-xətt, dil keyfiyyətlərinin qorunması baxımından ön sıralarda qərarlaşan agentliyin daha böyük uğurları irəlidədir. Qətiyyətlə bildirmək mümkündür ki, bunu söyləmək üçün zəruri əsaslar ötən beş ildə formalaşıb", - deyə Amaşov bildirib.

O, Sputnik Azərbaycan-ın rəhbərliyini və əməksevər kollektivinin hər bir üzvünü fəaliyyətlərinin beş illiyi münasibətilə təbrik edib, jurnalistikamız, cəmiyyətimiz naminə tutduqları yolda müvəffəqiyyətlər arzulayıb:

"Arzu edirəm ki, 5 yaşın verdiyi sevinc və qürur hissi onları heç zaman tərk etməsin. Həyatlarını daim gördükləri işdən zövq alaraq yaşasınlar. Uca Tanrı yar və yardımçınız olsun, əziz və dəyərli "Sputnik"çilər!"

0
Uşaq əli qipsdə

Mingəçevirdə qəzaya düşən uşaqlardan biri Bakıya gətirildi

3
(Yenilənib 11:44 25.05.2020)
Xəstəxanada qalan 4 uşaqdan biri dünən təcili şəkildə Bakı Sağlamlıq Mərkəzinə göndərilib. Qalan 3 uşaq Mingəçevir xəstəxanasında müalicə alır, valideynləri yanlarındadır.

BAKI, 25 may — Sputnik. "İndi Mingəçevir şəhər xəstəxanası ilə əlaqə saxlayaraq dünən Mingəçevirdə baş verən ağır yol-nəqliyyat hadisəsində xəsarət alan insanların vəziyyəti ilə bir daha məlumat aldım. Dünən onlarla bağlı bir neçə dəfə şəhərə zəng etmişdim".

Sputnik Azərbaycan-ın məlumatına görə, bunu Mingəçevirdən seçilmiş deputat Aydın Mirzəzadə deyib. Deputat bildirib ki, 13 nəfər xəsarət alanlardan 9 nəfərinə ilikn yardım göstərilərək evə buraxılb: "Xəstəxanada qalan 4 uşaqdan biri dünən təcili şəkildə Bakı Sağlamlıq Mərkəzinə göndərilib. Qalan 3 uşaq Mingəçevir xəstəxanasında müalicə alır, valideynləri yanlarındadır. Bu gün Bakıya göndərilimiş uşağın yanına gedəcəyəm".

3