Səyyar ASAN xidmət avtobusu

Daha bir neçə rayonda əhaliyə xidmət "ASAN"laşacaq

90
(Yenilənib 10:27 17.12.2018)
Xırdalan, Qobustan və Şirvanda vətəndaşlara səyyar formada xidmət göstəriləcək

BAKI, 17 dekabr — Sputnik. "Səyyar ASAN xidmət" 27 noyabr–26 dekabr Astarada, 30 noyabr–29 dekabr Salyan və Yevlaxda, 3-27 dekabr Zaqatalada, 7–26 dekabr Pirallahıda, 8-27 dekabr Naftalanda, 10–29 dekabr Şabranda, 14-28 dekabr Xırdalan, Qobustan və Şirvanda vətəndaşlara səyyar formada xidmət göstərəcək.

"ASAN xidmət"dən Sputnik Azərbaycan-a verilən məlumata görə, səyyar şəkildə göstərilən xidmətlər Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Daxili İşlər Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Əmlak Məsələləri Dövlət Komitəsi və "Azəriqaz" İB tərəfindən təqdim olunur. 

Bu xidmətlərə aşağıdakılar daxildir:

- Notariat fəaliyyəti;

- Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı;

- Şəxsiyyət vəsiqələrinin verilməsi və dəyişdirilməsi;

- Ümumvətəndaş pasportlarının verilməsi və dəyişdirilməsi;

- Sürücülük vəsiqələrinin dəyişdirilməsi;

- Əmək pensiyalarının təyin edilməsi;

- Mənzillər üzərində mülkiyyət hüquqlarının ilkin və təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi;

- Daşınmaz əmlakın təsvirinə, dövlət qeydiyyatına alınmış hüquqlara və onların məhdudlaşdırılmasına (yüklülüyünə) dair dövlət reyestrindən arayışların verilməsi;

- Fərdi yaşayış evləri üzərində mülkiyyət hüquqlarının təkrar dövlət qeydiyyatına alınması barədə çıxarışların, texniki pasportların verilməsi;

- "Azəriqaz" İB tərəfindən göstərilən xidmətlər.

 

90
Teqlər:
Naftalan, Şabran, Xırdalan şəhəri, Səyyar ASAN, səyyar, Asan Xidmət
Əlaqədar
“ASAN Pay” gömrüyə gəlir, sahibkarların işi yüngülləşəcək
Səyyar ASAN xidmət 10-dan çox şəhər və qəsəbədə xidmət göstərəcək
Şabranda 3 gün əvvəl özünü asan şəxs vəfat edib
Səyyar ASAN 9 rayonda xidmət göstərəcək
Yanğın şlanqı, arxiv şəkli

Bakının mərkəzində çaxnaşma: dördmərtəbəli binada yanğın oldu

3
(Yenilənib 00:19 21.04.2021)
Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğının baş verdiyi ünvana cəlb olunublar.

BAKI, 21 aprel - Sputnik. Bakının mərkəzində yanğın olub.

Sputnik Azərbaycan bildirir ki, Fövqəladə Hallar Nazirliyinin (FHN) "112" qaynar telefon xəttinə Bakı şəhəri, Nəsimi rayonu, 28 May küçəsi 4 ünvanında yerləşən dördmərtəbəli binada yanğın olması barədə məlumat daxil olub.

Nazirliyin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri yanğının baş verdiyi ünvana cəlb olunublar. Yanğın söndürülüb.

 

3
Teqlər:
yanğın, Bakı
Vergi Məcəlləsi, arxiv şəkli

Aktiv vergi ödəyicilərinin sayı artır - Rəqəmlər

4
(Yenilənib 22:53 20.04.2021)
2020-ci ilin mart ayından başlamaqla müşahidə olunmuş ardıcıl 12 aylıq azalma dövründən sonra, ilk dəfə olaraq cari ilin mart ayında qeydiyyatın sayında artım müşahidə edilib.

BAKI, 20 aprel — Sputnik. 2021-ci ilin aprel ayının 1-nə respublika üzrə uçotda olan 1.240.652 vergi ödəyicisinin 87,7%-i fiziki şəxs, 12,3%-i hüquqi şəxs və digər təşkilatlar olub.

Sputnik Azərbaycan-ın məlumatına görə, 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə vergi ödəyicilərinin ümumi sayı 167.992 vahid və ya 115,7% artıb ki, bunun da 94,6%-i fiziki şəxslərin, 5,4%-i hüquqi şəxslərin hesabına baş verib. Hüquqi şəxs kimi uçotda olan vergi ödəyicilərinin sayının artması əsasən kommersiya qurumları hesabına baş verib.

2020-ci ilin mart ayından başlamaqla müşahidə olunmuş ardıcıl 12 aylıq azalma dövründən sonra, ilk dəfə olaraq cari ilin mart ayında qeydiyyatın sayında artım müşahidə edilib.

Cari ilin I rübündə 2.714 kommersiya qurumu dövlət qeydiyyatından keçib. Kommersiya qurumlarının 2253-ü (83%) elektron qaydada, 461-i isə (17%) kağız daşıyıcılarda edilmiş müraciətlər əsasında qeydə alınıb. İlkin qeydiyyat prosedurunun yerinə yetirilməsi zamanı 460 hüquqi şəxsin (ümumi qeydiyyatın 17%-i) ƏDV məqsədləri üçün qeydiyyata alınması təmin edilib.

Cari ilin I rübündə 2.494 yerli investisiyalı kommersiya qurumu dövlət qeydiyyatına alınıb ki, bu da yerli investisiyalı kommersiya qurumlarının dövlət qeydiyyatının sayında 25%-lik artım deməkdir.

2021-ci ilin I rübündə fəaliyyəti aktivləşmiş (bərpa edilmiş) hüquqi şəxslərin sayı 2.840 vahid təşkil edib. Bu zaman fəaliyyəti aktivləşmiş ƏDV ödəyicilərinin sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə 6,4% artıb. 2021-ci ilin I rübündə fəaliyyətini dayandırmış hüquqi şəxslərin sayı 3.682 vahid təşkil edərək 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 19,5% azalıb. Fəaliyyəti passivləşmiş ƏDV ödəyicilərinin sayı isə 18,8% azalıb.

2021-ci ilin I rübündə qeydiyyata alınmış və fəaliyyətini bərpa etmiş kommersiya qurumlarının sayı fəaliyyəti passivləşmiş qurumların sayından 1.788 vahid çox olub.

Hesabat dövründə fəaliyyəti aktiv olan hüquqi şəxslərin 86,4%-i kommersiya qurumlarıdır. Ümumiyyətlə, 136.997 kommersiya qurumundan 58,5 faizinin vəziyyəti aktiv olub. 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə aktiv kommersiya qurumlarının sayı 13,9 faiz artıb. Bu zaman kommersiya qurumlarının tərkibində aktiv ƏDV ödəyicilərinin sayı 16% artıb.

2021-ci ilin I rübündə kommersiya qurumlarının 83%-i elektron qaydada qeydiyyata alınıb. Yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin e-qeydiyyatının xüsusi çəkisi isə 91%-ə yaxın olub.

Yeni qeydiyyat üsulu ilə (fin kod+mobil nömrə) cari ildə 438 yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyət qeydə alınıb ki, bu da 2020-ci ilin müvafiq dövrü ilə müqayisədə 62,2 faiz çoxdur. Bu üsulun ümumi qeydiyyatda xüsusi çəkisi artaraq 16,1%, yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin qeydiyyatında isə 17,7% təşkil edib.

2021-ci ilin 1 aprel tarixinə 272 publik hüquqi şəxs, 16.066 xarici investisiyalı kommersiya hüquqi şəxs dövlət qeydiyyatından keçib.

4