Sənədin imzalanması

Ekologiya Təbii Sərvətlər Nazirliyində yeni kadr təyinatı olub

142
(Yenilənib 14:58 10.12.2018)
Bu gün Umayra Tağıyeva Departamentin kollektivinə təqdim edilib

BAKI, 10 dekabr — Sputnik. Ekologiya və Təbii Sərvətlər Nazirliyində yeni kadr təyinatı olub. Bu barədə Sputnik Azərbacan-a Nazirliyin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, Ekologiya və təbii sərvətlər nazirinin 10 dekabr 2018-ci il tarixli əmri ilə Ekoloji Maarifləndirmə və İctimaiyyətlə Əlaqələr şöbəsinin müdiri Umayra Tağıyeva Milli Hidrometeorologiya Departamentinin direktoru vəzifəsinə təyin olunub.

Bu gün Umayra Tağıyeva Departamentin kollektivinə təqdim edilib.

142
Teqlər:
Umayra Tağıyeva, təyinat, kadr, Ekologiya və Təbii Sərvətlər Nazirliyi
Əlaqədar
Səbailin icra başçısının əvvəlki vəzifəsinə təyinat oldu
Gözlənilən təyinat baş tutdu
Dənizkənarı Bulvar idarəsinə təyinat
Dövlət qurumuna yeni təyinat olub
Boş qalan vəzifəyə yeni təyinat
Nurlan İbrahimov, arxiv şəkli

"Qarabağ" klubu onun mətbuat katibinə qarşı UEFA-dan ağlasığmaz qərar

2
Dağlıq Qarabağ münaqişəsi zamanı Facebook sosial şəbəkəsində ermənilərlə bağlı paylaşımına görə, UEFA "Qarabağ" klubunun Mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimovu futboldan ömürlük kənarlaşdırıb.

BAKI, 26 noyabr — Sputnik. UEFA "Qarabağ" klubunun Mətbuat xidmətinin rəhbəri Nurlan İbrahimovu futboldan ömürlük kənarlaşdırmaq barədə qərar verib.

Sputnik Azərbaycan UEFA-nın rəsmi saytına istinadla xəbər verir ki, İbrahimov Dağlıq Qarabağ münaqişəsi zamanı Facebook sosial şəbəkəsində ermənilərlə bağlı paylaşımına görə bu cəzaya məruz qalıb.

Bununla yanaşı, qurum Ağdam klubunu da 100 000 avro məbləğində cərimələyib.

UEFA daha əvvəl İbrahimova qarşı "İrqçi və digər ayrı-seçkilik davranışı" və "Əsas davranış qaydalarının pozulması" maddəsi ilə intizam işi açmışdı.

"Qarabağ" klubu da öz növbəsində Nurlan İbrahimovla bağlı UEFA-nın yekun qərarına etiraz edəcək.

Bu barədə "Report"a Ağdam təmsilçisinin direktoru Emrah Çelikel məlumat verib.

Çelikel bildirib ki, klub bu yöndə lazımi tədbirləri görəcək: "Xəbər hələ çox yenidir, cəmi 15 - 20 dəqiqə əvvəl almışıq. Nə cür addım atacağımıza rəhbərliklə müzakirələrdən sonra qərar verəcəyik".

Çelikəl qərardan apellyasiya veriləcəyini də söyləyib: "Klubun mövqeyindən və Nurlan tərəfdən baxanda cəza çox ağırdır. UEFA-nın tabeliyində olan klub kimi onların qərarlarına hörmət etmək borcumuzdur. Ancaq haqsızlıq olduğunu düşündüyümüz halda lazımi etirazları edəcəyik. Qərarla bağlı UEFA-ya mütləq müraciət olunacaq".

2
Teqlər:
ermənilər, Ermənistan, UEFA, "Qarabağ", Qarabağ FK
Yeni doğulmuş körpə, arxiv şəkli

Oktyabr ayında əhalimiz xeyli artıb

6
(Yenilənib 17:30 26.11.2020)
Bu ilin 9 ayında qeydiyyat şöbələrində psixoloqla söhbətə cəlb edilən şəxslərdən 238 nəfər, yəni 119 cütlük nikahın pozulmasından imtina edib.

BAKI, 26 noyabr — Sputnik. Bu ilin oktyabr ayında qeydiyyat orqanlarında 11.211 doğum qeydiyyata alınıb. Ədliyyə Nazirliyindən Sputnik Azərbaycan-a verilən məlumata görə, doğulanlardan 150-si əkiz, 4-ü isə üçəm olub.

Bundan başqa, qeyd olunub ki, cari ilin 9 ayında qeydiyyat şöbələrində psixoloqla söhbətə cəlb edilən şəxslərdən 238 nəfər, yəni 119 cütlük nikahın pozulmasından imtina edib.

6
Teqlər:
əkiz, üçəm dünyaya gəlib, üçəm, Ədliyyə Nazirliyi