Qəbirstanlıqlarla bağlı yeni qərar verildi

© AZƏRTACNazirlər Kabineti
Nazirlər Kabineti - Sputnik Azərbaycan
Abunə olmaq
Qərara görə, yerli icra hakimiyyəti orqanlarına qəbirstanlıqların bələdiyyələrə təhvil verilməsi üçün 3 ay zaman verilib

BAKI, 7 dekabr — Sputnik. "Qəbiristanlıqların salınması və idarə olunması Qaydaları"na dəyişiklik edilib. Sputnik Azərbaycan Nazirlər Kabinetinə (NK) istinadla xəbər verir ki, baş nazir Novruz Məmmədovun qərarı ilə bundan sonra qəbirstanlıqlar yerli bələdiyyələr tərəfindən idarə ediləcək.

Qərara görə, yerli icra hakimiyyəti orqanlarına qəbirstanlıqların bələdiyyələrə təhvil verilməsi üçün 3 ay vaxt verilib.

Qərarla qəbiristanlıqların salınması və idarə olunması qaydaları da təsdiq edilib. 

Yevlax rayonunun Yuxarı Qarxun kənd qəbiristanlığı - Sputnik Azərbaycan
CƏMİYYƏT
Azərbaycanda ölülərin üz döndərdiyi qəbiristanlıq - Müəmma çözüldü

Bu qaydalar tələbləri (5.5-ci və 5.6-cı bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla) Fəxri xiyabanlarında, Şəhidlər xiyabanlarında və kütləvi (qardaşlıq) məzarlıqlarında aparılan dəfnlərə, habelə Vətən uğrunda şəhid olan hərbçilərin dəfn mərasimlərinə şamil edilmir.

Və bu qaydaların 4.6.4-cü yarımbəndi, 5-10-cu hissələri (10.1-ci bənd istisna olmaqla), 19.1-ci və 22.2-ci bəndləri bu qaydalar qüvvəyə minənədək mövcud olan qəbiristanlıqlara şamil edilmir.

Qərara görə, bağlı elan olunmuş qəbiristanlıqda son dəfn tarixindən 25 il keçdikdən sonra, onunla yaşayış məntəqəsi arasındakı məsafə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəyi əsasında 100 metrədək azaldıla bilər.

Qərarda qeyd edilir ki, qəbiristanlığın salınması üçün ayrılan torpaq sahələri sürüşməyə və çökməyə meyilli olmamalı, məişət (təsərrüfat) içməli su üçün istifadə edilən açıq və yeraltı su hövzələrindən və yaşayış məntəqələrindən əks (aşağı)

istiqamətdə mailliyə malik olmalıdır, daşqın və digər təbii fəlakət hadisəsi zamanı su altında qalma riski nəzərə alınmalıdır, qrunt sularının yuxarı hissələrinin axma səviyyəsi torpağın səthindən ən azı 2 metr dərinlikdə olmalıdır, ərazidəki torpaq sahəsi hava keçiriciliyinə və tez quruma qabiliyyətinə, quru məsaməliliyə (qumlu, qumluca, az gilli və s.) malik olmalıdır.

Seçilən ərazi torf və ağır gilli torpaq sahələri olmamalıdır. 

Daşkəsən şəhərinin girişi - Sputnik Azərbaycan
CƏMİYYƏT
Azərbaycanda qəbiristanlıq olmayan şəhər: bunu bilirdiniz?

Qəbiristanlıqlar məişət (təsərrüfat) içməli su mənbələrinin mühafizə zonalarında, müalicə sağlamlaşdırma yerlərinin və kurortların sanitariya mühafizə zonalarının birinci və ikinci qurşaqlarında, əhali tərəfindən məişət (təsərrüfat), çimərlik və digər mədəni sağlamlıq məqsədləri üçün istifadə olunan dəniz, göl, çay və digər açıq su hövzələrinin sanitariya mühafizə zonalarında, karstlaşmış (suyun təsiri altında torpağı asanlıqla həll olunan süxurlardan ibarət olan sahələrdə relyefin spesifik formaları) və güclü çatlar yaranmış süxurların səthində, həmçinin bataqlıq yerlərində, həddən artıq rütubətli, su saxlayan səthlərin mövcud olduğu ərazilərdə, xüsusi mühafizə olunan təbiət ərazilərində, meşə fondu torpaqlarında, yerin təkində faydalı qazıntılar olan və kənd təsərrüfatına yararlı torpaqlarda, neft və qaz kəmərlərinin və yüksəkgərginlikli elektrik xətlərinin mühafizə zonalarında,dəmir yollarının təhkim zolaqlarında, dövlət və bələdiyyə avtomobil yollarının torpaqlarında salına bilməz.

Qəbiristanlıqlar bələdiyyə tərəfindən bu Qaydaların tələbləri gözlənilməklə ayrılmış torpaq sahələrində Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq qeyri-kommersiya qurumu statusunda yaradılır.

Xəbər lenti
0