Prezidentin köməkçisi: "Məmur ana dilini bilmirsə, bu, qəbahətdir"

© Sputnik / Murad OrujovAzərbaycan prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov
Azərbaycan prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov - Sputnik Azərbaycan
Abunə olmaq
Əli Həsənov: "Dövlət dilinin qorunması ilə bağlı məsuliyyət ilk olaraq məmurların üzərinə düşür"

Nigar Məhərrəm, Sputnik Azərbaycan.

BAKI, 5 dekabr — Sputnik. "Azərbaycan dilinin inkişafı istiqamətində prezident İlham Əliyev tərəfindən mühüm addımlar atılır. 2000-ci ildən etibarən televiziya məkanında yayımlanan veriliş, proqram və nümayiş olunan filmlərin ana dilində səsləndirilməsi üçün Milli Televiziya və Radio Şurası tərəfindən tədbirlər görülür. Öncə əcnəbi dildə olan belə yayımlar 75 faizədək azaldıldı. Daha sonra isə teleməkanda yayımlanan bütün proqram və verilişlər tamamilə ana dilində nümayiş olundu".

Sputnik Azərbaycan xəbər verir ki, bu fikirləri Milli Televiziya və Radio Şurasının (MTRŞ) sədri Nuşirəvan Məhərrəmli, teleradio yayımçılarının ədəbi dil normalarına riayət edilməsi sahəsində 2018-ci ilin avqust-sentyabr aylarında aparılmış teleradio yayımçılarının proqramlarının (verilişlərinin) monitorinqlərinin nəticələrinə dair bu gün keçirilən mətbuat konfransında səsləndirib.

© Sputnik / Murad OrujovTeleradio yayımçılarının ədəbi dil normalarına riayət edilməsi sahəsində bu ilin avqust-sentyabr aylarında aparılan proqramların (verilişlərin) monitorinqlərinin nəticələrinə dair keçirilən konfrans
Prezidentin köməkçisi: Məmur ana dilini bilmirsə, bu, qəbahətdir - Sputnik Azərbaycan
Teleradio yayımçılarının ədəbi dil normalarına riayət edilməsi sahəsində bu ilin avqust-sentyabr aylarında aparılan proqramların (verilişlərin) monitorinqlərinin nəticələrinə dair keçirilən konfrans

"Lakin bu istiqamətdə nöqsanların aradan qaldırılması, ana dilimizin təbliği üçün müəyyən proqramların hazırlanaraq icra olunmasına baxmayaraq, teleməkanda vəziyyətin ürəkaçan olmadığını deyə bilərik. Onu da qeyd etməliyik ki, hazırda ədəbi dil normalarının pozulması ilə bağlı çoxsaylı nöqsanlar olsa da, öncəki illərlə müqayisədə bu sahədə müəyyən irəliləyişlər əldə olunub. Xəbər, şou proqram aparıcılarının dilində də nöqsanlar var. Xəbər, şou proqram aparıcılarının nitqi ilə yanaşı, dəvət olunan mütəxəssislərin, o cümlədən reklam çarxlarının dilində nöqsan var" – deyə N.Məhərrəmli əlavə edib.

Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov da dilimizin tarixindən, onun əhəmiyyətindən və bu sahədə olan nöqsanlardan söz açıb: "2012-ci ildə Azərbaycan dilinin qloballaşma şəraitində zamanın tələblərinə uyğun istifadəsinə və ölkədə dilçiliyin inkişafına dair dövlət proqramının qəbulu üçün sərəncam imzalanıb. Bu sərəncamda da müxtəlif nöqsanlardan bəhs edilib. Təəssüflər olsun ki, həmin nöqsanlar bu gün aradan qaldırılmayıb. Həmin nöqsanları bədii və elmi tərcümələrdə, elan mətnlərində də görmək mümkündür".

Ə.Həsənov mövcud problemlərin həlli üçün ölkə başçısı tərəfindən bu il ərzində atılan addımları qeyd edib: "Cari il noyabrın 1-də Azərbaycan dilinin saflığının qorunması və dövlət dilindən istifadənin daha da təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında fərman imzalandı. Artıq mövcud problem və nöqsanların araşdırılması üçün monitorinq qrupu da hesabat hazırlayıb. Dövlət dilinin qorunması ilə bağlı məsuliyyət ilk olaraq məmurların üzərinə düşür. Məmur ana dilini bilmirsə, bu, qəbahətdir. Onun xarici dili biməməsi isə çatışmazlığıdır".

Daha sonra monitorinq qrupunun üzvləri, Bakı Dövlət Universitetinin Filologiya kafedrasının müəllimləri Təranə İsmayılzadə və Mehriban Əzizova çıxış edib. Mehriban Əzizova bu ilin sentyabr-avqust aylarında aparılan monitorinqlərin nəticələrini açıqlayıb. O, xüsusən 3 telekanalda aparılan monitorinqlərin nəticələrindən danışıb.

© Sputnik / Murad OrujovTeleradio yayımçılarının ədəbi dil normalarına riayət edilməsi sahəsində bu ilin avqust-sentyabr aylarında aparılan proqramların (verilişlərin) monitorinqlərinin nəticələrinə dair keçirilən konfrans
Prezidentin köməkçisi: Məmur ana dilini bilmirsə, bu, qəbahətdir - Sputnik Azərbaycan
Teleradio yayımçılarının ədəbi dil normalarına riayət edilməsi sahəsində bu ilin avqust-sentyabr aylarında aparılan proqramların (verilişlərin) monitorinqlərinin nəticələrinə dair keçirilən konfrans

Mütəxəssisin sözlərinə görə, "Xəzər Televiziyası", "Lider" telekanalı və "ARB" televiziyasında xəbər və qeyri-xəbər proqramlarının dilində nöqsanlar aşkarlanıb: "Xəbər proqramlarındakı nöqsanlar poetik dillə bağlı qeydə alınıb. Bununla yanaşı, intonasiya, diksiya ilə bağlı da müəyyən nöqsanlar aşkarlanıb".

"Qeyri-xəbər proqramlarında aşkarlanan nöqsanlar isə müxtəlif məzmunlu olub. Bu nöqsanlar əsasən hazır mətnin olmaması ilə əlaqədar meydana çıxıb. Ümumilikdə, fonetik norma ilə bağlı pozuntulara görə 4 min 633 nöqsan qeydə alınıb. Xəbər proqramlarında qeydə alınan nöqsanların 59 faizi "Xəzər Televiziyası", 65 faizi "Lider", 72 faizi isə "ARB" telekanalının payına düşüb. Əsas nöqsanlar uzun saitlərin qısa, qısa saitlərin isə uzadılaraq deyilməsi ilə əlaqədar meydana gəlib" - deyə M.Əzizova vurğulayıb.

"Bununla yanaşı, vurğu ilə bağlı da ciddi nöqsanlar aşkarlanıb. Monitorinq zamanı uzun saitli heca ilə vurğunun səhv salındığı müşahidə olunub. Aparıcıların nitqində gərəksiz həyəcan, dramatizm, tələskənlik, yaxud da ləngimə müşahidə edilib. Yerli sözlərlə yanaşı əcnəbi sözlərin də tələffüzündə nöqsanlar aşkarlanıb" – deyə o, əlavə edib.

Təranə İsmayılzadə isə veriliş adlarında olan nöqsanlara diqqət çəkib: "İllərlə yayımlanan verilişlər var ki, onların adlarında nöqsanlar olsa da, olduğu kimi qalır. Belə verilişlər sırasında "Azad Azərbaycan Televiziyası"nda yayımlanan "Onlarla" verilişini nümunə göstərə bilərik. Belə qənaətə gəlmək olar ki, qeyri-professional aparıcıların sırf reytinq xatirinə efirə dəvət olunması bu cür nöqsanlara yol açır".

Qeyd edək ki, monitorinqlər 12 radio və 6 telekanalda aparılıb. Verilişlərlə, proqramlarla yanaşı dublyaj olunan filmlərin də monitorinqi həyata keçirilib.

Xəbər lenti
0