Prezident İlham Əliyev Bakıda məşhur fransalı futbolçu Robert Pireslə görüşüb

Prezident İlham Əliyev məşhur futbolçu Robert Pireslə görüşüb

20
(Yenilənib 08:57 05.12.2018)

BAKI, 5 dekabr - Sputnik. Azərbaycan Prezident İlham Əliyev məşhur futbolçu, fransız Robert Piresləgörüşüb.

Sputnik Az'rbaycan xəbər verir ki, görüş Bakı Ekspo Mərkəzində XXIV Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar Sərgisi - “Bakutel-2018”-də baş tutub.

Qeyd edək ki, sərgidə, ilk dəfə olaraq, alman alimlərinin ixtirası olan ultra-modern texnologiyası əsasında “RoboKeeper” təqdim olunur. Bu, dünyanın ən sürətli qapıçısı hesab edilir. Hətta bir çox məşhur dünya futbol ulduzları da bu qapıçını məğlub edə bilmir. Robert Pires Prezident İlham Əliyevə Avroliqanın rəsmi topunu təqdim edib.

Pires 1998-ci ildə dünya çempionu, 2000-ci ildə isə Avropa çempionu olub. “Arsenal”komandasının liderlərindən olan Pires, həmçinin İngiltərə kubokunun qalibi və İngiltərə çempionudur. FIFA-nın 2000-ci il reytinqinə görə, o, dünyanın ən yaxşı 100 futbolçusundan biri olub. O, həmçinin gələn il Bakıda keçiriləcək Avroliqa finalının səfiridir.

20