Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev

Prezident dövlət komitəsi barədə fərman imzaladı

109
(Yenilənib 19:57 04.12.2018)
Dövlət başçısı yeni fərmana imza atıb

BAKI, 4 dekabr - Sputnik. Prezident İlham Əliyev "Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi haqqında Əsasnamənin və Komitənin strukturunun təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 14 may tarixli 95 nömrəli Fərmanında dəyişiklik edilməsi haqqında" fərman imzalayıb. Bu barədə Sputnik Azərbaycan prezidentin rəsmi səhifəsinə istinadən məlumat verir.

Fərmana əsasən, Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 14 may tarixli 95 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2009, № 5, maddə 327, № 12, maddə 983; 2011, № 2, maddə 85; 2017, № 5, maddə 769, № 12 (I kitab), maddə 2332) ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi haqqında Əsasnamə”də aşağıdakı dəyişikliklər olunub:

"1. 8.24-1-ci bəndə “xaricdə” sözündən əvvəl “tabeliyində olan qurum vasitəsilə” sözləri əlavə edilib.

2. 14.3-cü bəndə “qurumlarının” sözündən sonra “(“Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin tabeliyində Azərbaycan Diasporuna Dəstək Fondunun yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 6 iyul tarixli 170 nömrəli Fərmanı ilə müəyyən edilmiş hal istisna olmaqla)” sözləri əlavə olunub.

3. 14.4-cü bəndə “tabeliyində” sözündən əvvəl “Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin tabeliyində Azərbaycan Diasporuna Dəstək Fondunun yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 6 iyul tarixli 170 nömrəli Fərmanı ilə müəyyən edilmiş hal istisna olmaqla,” sözləri əlavə edilib".

109