SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

Dövlət başçısı Ramzan Kadırovu qəbul etdi

© Official website of President of Azerbaijan Republicİlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısının rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
İlham Əliyev Rusiyanın Çeçenistan Respublikasının başçısının rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib - Sputnik Azərbaycan
Abunə olmaq
Ramzan Kadırovla görüşdə prezidentlə yanaşı Allahşükür Paşazadə, Fuad Ələsgərov və Şahin Mustafayev də iştirak edib

BAKI, 27 noyabr — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 27-də Rusiya Federasiyası Çeçenistan Respublikasının başçısı Ramzan Kadırovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Sputnik Azərbaycan prezidentin saytına istinadla xəbər verir ki, görüşdə həmçinin Azərbaycan tərəfdən Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Allahşükür Paşazadə, Azərbaycan Respublikası Prezidentinin Hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi - şöbə müdiri, 1-ci dərəcəli dövlət müşaviri Fuad Ələsgərov və iqtisadi inkişaf naziri Şahin Mustafayev iştirak edib.

Ramzan Kadırov Rusiya Federasiyasına bağlı Çeçenistan Respublikasının üçüncü dövlət başçısıdır. O, RF-dakı respublika başçıları içində ən populyar şəxslərdən biridir. Rusiya Prezidenti Vladimir Putinin yaxın dostu, ölkənin müsəlman əhalisi arasında ciddi nüfuz sahibidir. O, dəfələrlə Azərbaycana səfər edib.

Xəbər lenti
0