Тбилиси

Azərbaycan XİN "dəvət qalmaqalı"na sərt reaksiya verdi

284
(Yenilənib 15:04 22.11.2018)
"Fakt öz təsdiqini taparsa, bu, əlbəttə ki, Şərq Tərəfdaşlığı üçün müsbət hal olmayacaq"

BAKI, 22 noyabr — Sputnik. Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidməti bu ilin dekabr ayında Tbilisidə təşkil ediləcək Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumunun onuncu illik iclasına rəsmi Bakının dəvət olunmaması ilə bağlı KİV-də yayılan məlumata münasibət bildirib.

Sputnik Azərbaycan xəbər verir ki, mətbuat xidmətinin bununla bağlı açıqlamasında deyilir:

"Qeyd edilən məsələ Azərbaycan Respublikasının Avropa İttifaqı yanındakı nümayəndəliyi tərəfindən araşdırılır. Şərq Tərəfdaşlığı Vətəndaş Cəmiyyəti Forumuna Azərbaycanın rəsmi nümayəndələrinin dəvət olunmaması faktı öz təsdiqini taparsa, bu, əlbəttə ki, Şərq Tərəfdaşlığı üçün müsbət hal olmayacaq.

Məsələ ilə bağlı kütləvi informasiya vasitələrinin suallarını, eyni zamanda, Avropa İttifaqının Bakıdakı nümayəndəliyinə və tədbirə ev sahibliyi edəcək Gürcüstanın ölkəmizdəki səfirliyinə ünvanlaması məqsədəuyğun hesab edilir".

284
Əlaqədar
Azərbaycan XİN: Həmsədrlərin Yerevanı konstruktiv mövqeyə gətirmək təklifini dəstəkləyirik
XİN: Fransanın obyektivliyi və qərəzsizliyi ciddi sual altındadır
Belarus XİN-dən Paşinyana sərt cavab: “Özünü prokuror kimi aparır”
XİN Saakyanla bağlı ABŞ-a da etiraz etdi