Prezident İlham Əliyev Rusiyanın Jurnalistlər İttifaqının sədrini qəbul edib

Azərbaycan Prezidenti Rusiya Jurnalistlər İttifaqının sədrini qəbul edib

19
İlham Əliyev: "Azərbaycan və Rusiya KİV nümayəndələrinin mütəmadi qarşılıqlı səfərləri ictimaiyyətin ölkələrimizdə baş verən proseslər barədə daha çox məlumatlı olması işinə kömək edə bilər"

BAKI, 20 noyabr — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 20-də Rusiya Federasiyasının Jurnalistlər İttifaqının sədri Vladimir Solovyovu qəbul edib. Sputnik Azərbaycan AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı Azərbaycan ilə Rusiya arasında digər sahələrdə olduğu kimi, kütləvi informasiya vasitələri nümayəndələrinin arasında da ənənəvi olaraq uğurlu əməkdaşlıq həyata keçirildiyini bildirdi, eyni zamanda, bu sahədə əlaqələrin daha da fəallaşdırılmasının vacibliyini qeyd edib.

Bu baxımdan Prezident İlham Əliyev bildirib ki, Azərbaycan Respublikası və Rusiya Federasiyası KİV nümayəndələrinin mütəmadi qarşılıqlı səfərləri ictimaiyyətin ölkələrimizdə baş verən proseslər barədə daha çox məlumatlı olması işinə kömək edə bilər. Eyni zamanda, dövlətimizin başçısı qeyd edib ki, bu cür səfərlər ölkələrimiz arasında bu gün çox uğurla inkişaf edən ikitərəfli münasibətlərin daha da genişləndirilməsi baxımından da önəmlidir.

Prezident İlham Əliyev Rusiyanın Jurnalistlər İttifaqının sədrini qəbul edib
© Official web-site of President of Azerbaijan Republic
Prezident İlham Əliyev Rusiyanın Jurnalistlər İttifaqının sədrini qəbul edib

Prezident İlham Əliyev əlaqələrimizin möhkəmlənməsində Azərbaycanın və Rusiyanın dövlət başçılarının qarşılıqlı səfərləri və mütəmadi görüşlərinin xüsusi rol oynadığını qeyd edib. Dövlətimizin başçısı Vladimir Solovyovun səfərinin jurnalistika sahəsində əməkdaşlığın möhkəmlənməsi işinə öz töhfəsini verəcəyinə əminliyini ifadə edib.

Rusiya Federasiyasının Jurnalistlər İttifaqının sədri Vladimir Solovyov Prezident İlham Əliyevlə görüşündən dərin məmnunluq hissi keçirdiyini bildirib. O qeyd edib ki, bu gün Azərbaycan ilə Rusiya arasında ikitərəfli əlaqələr uğurla inkişaf edir və çox yüksək səviyyədədir.

Qonaq Azərbaycanda Rusiya mədəniyyətinə, mətbuatına böyük hörmətlə yanaşıldığını qeyd edərək, məmnunluq hissi ilə ölkəmizdə bütün Rusiya televiziya kanallarının yayımlandığını bildirib. O, Rusiya jurnalistlərinin azərbaycanlı həmkarları ilə daim qarşılıqlı əlaqələr saxlamaq istəyində olduqlarını deyib.

Vladimir Solovyov bu baxımdan noyabrın 19-da Azərbaycan Mətbuat Şurası və Rusiya Federasiyası Jurnalistlər İttifaqı arasında imzalanmış əməkdaşlıq haqqında Memorandumun əhəmiyyətini vurğulayıb.

19
Teqlər:
İlham Əliyev, prezident, Rusiya Federasiyası, Azərbaycan Respublikası
Əlaqədar
Prezident İlham Əliyevin Belarus səfəri davam edir
İlham Əliyevlə Aleksandr Lukaşenko təkbətək görüşüb
Prezident İlham Əliyevin Belarusa rəsmi səfəri başa çatıb
İlham Əliyev Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisini qəbul edib