Milli Məclis

Milli Məclisdə büdcə müzakirələri aparılır

37
(Yenilənib 12:21 14.11.2018)
Noyabrın 14 və 15-də keçiriləcək iclasların gündəliyinə 11 məsələ daxildir

BAKI, 14 noyabr — Sputnik. Hazırda Milli Məclisin növbəti plenar iclası keçirilir. Sputnik Azərbaycan xəbər verir ki, iclasda 2019-cü ilin dövlət büdcəsi ilə bağlı müzakirələr davam etdirilir. Noyabrın 14 və 15-də keçiriləcək iclasların gündəliyinə 11 məsələ daxildir.

Bugünkü iclasda "Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında" qanun layihəsinə baxılır.

İclaslarda sosial təminatı və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının 2019-cu il büdcəsi haqqında", "İşsizlikdən sığorta fondunun 2019-cu il dövlət büdcəsi haqqında", "Azərbaycan Respublikasında 2019-cu il üçün yaşayış minimumu haqqında", "Azərbaycan Respublikasında 2019-cu il üçün ehtiyac meyarının həddi haqqında" qanun layihələri müzakirə ediləcək.

Milli Məclisin və Hesablama Palatasının 2019-cu il üçün xərclər smetasına baxılacaq.

Azərbaycan Respublikası 1996-cı il 17 may tarixli 74-IQ nömrəli Qanunu ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsi"ndə, "Azərbaycan Respublikası Milli Məclisi deputatının statusu haqqında", "Azərbaycan Respublikası Milli Məclisi deputatının etik davranış qaydaları haqqında" qanunlarda dəyişikliklər müzakirəyə çıxarılacaq.

"Notariat haqqında" qanunda dəyişikliyə baxılacaq.

37
Teqlər:
məsələ, qanun, iclas, Milli Məclis
Əlaqədar
Milli Məclisin komitələrində 2019-cu ilin dövlət büdcəsinin müzakirəsi davam edir
Milli Məclis gözlənilən ciddi dəyişikliklərin müzakirəsinə başladı
Milli Məclisdə onkoloji xəstələrlə bağlı təklif: "Yüz minlərlə insanın gözü yoldadır"

Yanvarın 25-nə qədər ölkədə ictimai nəqliyyat işləməyəcək

9
(Yenilənib 00:11 23.01.2021)
Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, bütün ölkə ərazisində şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyəti dayandırılır.

BAKI, 23 yanvar - Sputnik. Bu gündən yanvarın 25-i saat 06:00-dək bütün ölkə ərazisində ictimai nəqliyyatın fəaliyyəti dayandırılıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, Nazirlər Kabineti yanında Operativ Qərargahın qərarına əsasən, bütün ölkə ərazisində şənbə və bazar günləri ictimai nəqliyyatın fəaliyyəti dayandırılır.

Bununla əlaqədar 23 yanvar saat 00:00-dan 25 yanvar saat 06:00-dək ölkə ərazisində ictimai nəqliyyat fəaliyyət göstərməyəcək.

Qeyd edək ki, Bakı metropolitenində də sərnişindaşıma dayandırılıb.

9

Təhsil naziri: "Öyrənmə motivasiya arasında çox böyük əlaqə var"

8
Emin Əmrullayev: "Mövcud problemlərin şagirdin biliyində geriləmə və ya irəliləməyə səbəb olması ilə bağlı müəyyən ölçmələr aparmaq lazımdır".

BAKI, 22 yanvar - Sputnik. Təhsil naziri Emin Əmrullayev pandemiya ilə əlaqədar şagirdlərin dərslərində bəzi geriləmələrin olması ilə bağlı səsləndirilən fikirlərə münasibət bildirib.

Xəzər Televiziyasında yayımlanan “Vaxt gəldi” proqramında nazir övladlarından birinin 1-ci sinfə getdiyini, digərinin isə məktəbəqədər yaşda olduğunu deyib. O, distant təhsilin problemlərindən bəhs edərkən deyib:  

“Distant təhsil və teledərslər öz-özlüyündə izləmə baxımından maraqlı prosesdir. Eyni zamanda bu, çox çağırışlı məsələdir, o mənada ki, problemlidir. Belə ki, avadanlıqdan istifadə və ya müxtəlif problemlər meydana çıxır. Misal olaraq, hava soyuq olanda işıqlar sönə bilər. Bunu uşağa izah etmək məsələsi var. Odur ki, mövcud problemlərin şagirdin biliyində geriləmə və ya irəliləməyə səbəb olması ilə bağlı müəyyən ölçmələr aparmaq lazımdır”.

Nazir ibtidai siniflərdə şagirdlərin sosial-psixoloji, sosial-emosional inkişafına fokuslaşmalı olduğumuzu da qeyd edib:

“Biz emosiyalara və ya hansısa gümanlara yox, faktlara, ölçmələrə, elmə inanmalıyıq. Hazırda bununla bağlı planlar var və bunlardan biri də şagirdlərin biliyinin qiymətləndirilməsinin aparılmasıdır. Təbii, şagirdlər də dərsə qayıtmalıdır ki, biz bunu edə bilək. Yaxud başqa formatlar da düşünə bilərik. İnandığım budur ki, fokuslanmalı olduğumuz məsələ, xüsusilə də ibtidai sinifdə şagirdlərin sosial-psixoloji, sosial-emosional inkişafıdır. Mənə görə məktəb insanın sosial emosional inkişafını irəli aparan yer olmalıdır. Çünki öyrənmə və motivasiya arasında çox böyük əlaqə var”.

8
Teqlər:
Azərbaycanın təhsil naziri, təhsil naziri, Emin Əmrullayev