Milli Məclisin sədri Oqtay Əsədov, arxiv şəkli

Vətəndaşlara tibbi xidmət üçün 223 milyon manat vəsait ayrılacaq

43
(Yenilənib 13:34 13.11.2018)
Gələn il vergi sistemində köklü dəyişikliklər nəzərdə tutulub, Vergi Məcəlləsində və digər qanunlarda prinsipal dəyişikliklər gözlənilir

BAKI, 13 noyabr-Sputnik. "Prezident İlham Əliyevin uğurlu iqtisadi inkişaf strategiyası ölkəmizdə iqtisadi inkişafın prioritetlərini və məqsədlərini əlde etməyə imkan verib. 2018-ci ilin 9 ayı ərzində ölkəmizdə bütün makro iqtisadi göstəricilərdə artım olub". 

Sputnik Azərbaycan xəbər verir ki, bunu Milli Məclisin spikeri Oqtay Əsədov parlamentin bu gün keçirilən plenar iclasında çıxış edərkən deyib. Spiker bildirib ki, bu dövr ərzində valyuta ehtiyatlarımız 3 milyard ABŞ dolları artaraq 45 milyard dollara çatıb: "Əhalinin gəlirlərinin artımı inflyasiyanı üstələyib ki, bu da sosial vəziyyətin yaxşılaşmasının əsas göstəricilərindən biridir. 2019-cu ilin büdcə zərfi ölkə həyatında müşahidə olunan dinamik göstəriciləri əks etdirir. 2019-ci ilin dövlət büdcəsinin ən mühüm cəhətlərindən biri vəsaitlərin məqsədli proqramlar əsasında xərclənməsidir. Büdcə xərclərinin 42 faizi bu proqramlar sayəsində xərclənəcək. Bu da 2018-ci illə müqayisədə 2 milyard 77 milyon artıqdır".

O.Əsədov söyləyib ki, 2019-cu ilin büdcəsi sosial yönümlülüyünü qoruyub saxlayacaq: "Büdcə xərclərinin 32 faizini sosialyönümlü xərclər təşkil edir. Diqqəti çəkən məqamlardan biri əhalinin sağlamlığı nın qorunması üçün ayrılan vəsaitlə bağlıdır. Növbəti ildə səhiyyə sahəsinə yönəldiləcək vəsait bu ilin müvafiq dövründən 309 milyon manat, 32 faiz çoxdur. İcbari tibbi sığortanın tətbiqi ilə bağlı əlavə olaraq 223 milyon manat vəsait ayrılması nəzərdə tutulub. Bütün bunlar göstərir ki, əhalinin sağlamlığının qorunması dövlətin prioritetlərindən biridir".

O, qeyd edib ki, 2019-cu ildə təhsil xərcləri 2018-ci illə müqayisədə 11 faiz artaraq və 2 milyar 275 milyona çatacaq: "Büdcə zərfi mükəmməl tərtib olunub. Sənədlərdən görünür ki, 2019-cu ildə iqtisadi artım davam edəcək. Növbəti ildə ÜDM-nin artımı 3.6 faiz səviyyəsində proqnozlaşdırılır. Aparılan islahatlar göstərir ki, kölgə iqtisadiyyatının qarşısınının alınması ilə bağlı işlər həyata keçirilsə, bu rəqəm real ola bilər".

"2019-cu ildə makro iqtisadi proqnozlar yüksək səviyyədə hazırlanıb. 2019-cu ildə vergi sistemində köklü dəyişikliklər nəzərdə tutulub. Vergi Məcəlləsində və digər qanunlarda prinsipal dəyişikliklər gözlənilir. Bu, öz nəticəsini verəcək" - deyə O.Əsədov vurğulayıb. 

43
Teqlər:
müzakirə, büdcə, Oqtay Əsədov, Milli Məclis
Əlaqədar
ABŞ borc içində batır, büdcə kəsiri 1 trilyon olacaq
İnanılmaz rəqəm: 854 milyardlıq büdcə təsdiqləndi
Gələn ilki büdcə zərfinin müzakirəsinə başlanılıb
Qalmaqal: Səfir büdcə vəsaitinin mənimsənilməsində ittiham edilir
Büdcə vergi siyasətində bir sıra vacib dəyişikliklər baş verəcək