Maliyyə hesabatı, arxiv şəkli

Komitə sədrindən ilginc açıqlama: "Əməkhaqlarının uçotu düzgün aparılmır"

111
(Yenilənib 13:25 13.11.2018)
Komitə sədri bildirib ki, əməkhaqqlarının uçotu düzgün aparılmır

BAKI, 13 noyabr- Sputnik. "Bu gün Azərbaycanda əməkhaqları digər ölkələrlə müqayisədə çox aşağıdır". Sputnik Azərbaycan xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Ziyad Səmədzadə parlamentin bugünkü iclasında büdcə müzakirələri zamanı deyib.

Komitə sədri bildirib ki, əməkhaqlarının uçotu düzgün aparılmır: "Məhz bu səbəbdən də Azərbaycanda əməkhaqları digər ölkələrlə müqayisədə çox aşağıdır. Ona görə də vergilər sistemində nəzərdə tutulan bütün bu nüans, heç şübhəsiz ki, gələcəkdə Azərbaycanda vergi bazasının artmasına, büdcə gəlirlərinin və onun strukturunun daha da yüksəlməsinə öz təsirini göstərəcək". 

Z.Səmədzadə qeyd edib ki, bəzən haqsız olaraq Azərbaycanın neftdən asılı olduğu deyilir: "Amma unutmamalıyıq ki, bu gün Azərbaycan neftlə yanaşı, qaz ixrac edən ölkəyə çevrilib. Biz Neft Fondu hesabına iqtisadiyyatımızı yeniləmişik, bu Fond hesabına su kəməri çəkmiş, neft yataqlarını inkişaf etdirmişik".

"Bu baxımdan, büdcəyə Dövlət Neft Fondundan vəsaitlərin ayrılması müəyyən zamanda realdır. Neft Fondunun şəffaflığı dünya tərəfindənq qəbul edilir. Bu Fondun bir sıra məqsədlər üçün bundan sonra istifadə edilməsi vacibdir" - deputat vurğulayıb.

Komitə sədri söyləyib ki, bu gün Azərbaycan enerji təhlükəsizliyini təmin edən ölkədir: "Ölkəmiz enerji ixrac edir. Azərbaycanın enerji sistemi ölkənin müstəqilliyinin açarıdır. Bu sistemi möhkəmləndirmək müstəqilliyimizi qoruyan amildir. 2019-cu ilin dövlət büdcəsində də bununla bağlı kifayət qədər materiallar var".

Millət vəkili qeyd edib ki, Azərbaycan dünyada yeganə ölkədir ki, ÜDM azalan zamanlar da sosial proqramları azaltmayıb, əksinə bu sahəyə ayrılan vəsaitlərin artmasını təmin edib.

111
Əlaqədar
İnanılmaz rəqəm: 854 milyardlıq büdcə təsdiqləndi
ABŞ borc içində batır, büdcə kəsiri 1 trilyon olacaq
Qalmaqal: Səfir büdcə vəsaitinin mənimsənilməsində ittiham edilir
Gələn ilki büdcə zərfinin müzakirəsinə başlanılıb
Büdcə vergi siyasətində bir sıra vacib dəyişikliklər baş verəcək