Lampa

Abşeronun bir hissəsi işıqsız qalacaq

283
(Yenilənib 14:31 08.11.2018)
"Bəzi qəsəbələrdə elektrik enerjisinin verilişində məhdudiyyətlər olacaq"

BAKI, 8 noyabr — Sputnik. Bu gün Abşeron rayonu ərazisində dayanıqlı və keyfiyyətli elektrik enerjisi təchizatı ilə əlaqədar olaraq bəzi qəsəbələrdə elektrik enerjisinin verilişində məhdudiyyətlər olacaq. Bu barədə Sputnik Azərbaycan-a "Azərişıq" ASC-nin mətbuat xidmətindən məlumat verilib.

Məlumata görə, bu gün saat 12.30-dan 14.30-a qədər Saray, Yeni Saray və Ceyranbatan qəsəbələrinin bəzi ərazilərində elektrik enerjisinin verilişində qısa müddətli fasilələr yaranacaq. Yaranmış narahatçılığa görə "Azərişıq" ASC abonentlərdən üzr istəyir.

283
Teqlər:
"Azərişıq" ASC, elektrik enerjisi, elektrik
Əlaqədar
Vətəndaşlar daha asan şəkildə işıq pulu ödəyəcəklər
Azərbaycanda əcnəbilər üçün "yaşıl işıq" təklifi: Mənzillərimizə əlləri çatmalıdır
ABŞ türkiyəli nazirlərə “yaşıl işıq” yandırdı
Abşeronun bir hissəsində işıq olmayacaq
Bu ərazilərdə işıq olmayacaq
Laçın şəhərinə mənzərə, arxiv şəkli

Laçının gəzməli-görməli yerləri haqqında videoçarx hazırlanıb

12
Videoçarxda Laçının Ağoğlan qəsri, Dəmirovlu pir məbədi, Məlik Əjdər türbəsi, "Kar günbəz" türbəsi, Həmzə Soltan sarayı haqqında məlumatlar təqdim olunur.

BAKI, 18 yanvar — Sputnik. Dövlət Turizm Agentliyi tərəfindən işğaldan azad edilmiş Laçının gəzməli-görməli yerləri haqqında tanıtım videoçarxı hazırlanıb. Bu haqda Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev rəsmi "Twitter" səhifəsində etdiyi paylaşımla məlumat verib. "Qədim tarixi abidələrə və gözəl təbiətə malik olan Laçında turizmin inkişafı üçün imkanlar genişdir. Növbəti videoçarxımız düşməndən azad olunan Laçınımızın gəzməli-görməli yerlərinə həsr olunub", - deyə Fuad Nağıyev qeyd edib.

Videoçarxda Laçının gəzməli-görməli yerləri, o cümlədən Qafqaz Albaniyasının mədəni irs nümunlərindən IX əsrə aid bazilika Ağoğlan qəsri və XI əsrə aid edilən Dəmirovlu pir məbədi, Elxanilər dövründə tikildiyi güman edilən Məlik Əjdər türbəsi, XVII əsrə aid edilən və tikintisində Albaniya xristian memarlığının təsiri duyulan "Kar günbəz" türbəsi, 1761-ci ildə tikilməsi haqqında məlumat mövcud olan Həmzə Soltan sarayı, rayonun bir və ikitağlı körpüləri, müxtəlif at və qoç fiqurlarından ibarət daş abidələri haqqında məlumatlar təqdim olunur.

Qeyd edək ki, Agentlik tərəfindən bundan əvvəl erməni işğalından azad edilmiş Qubadlı, Zəngilan, Şuşa və Kəlbəcərin gəzməli-görməli yerləri haqqında videoçarx təqdim olunub. Layihə çərçivəsində digər azad edilmiş torpaqlarımızın da turizm potensialını əks etdirən bu növ video çarxların hazırlanması nəzərdə tutulub.

12
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin binası

Müdafiə Nazirliyi: Vətən müharibəsində 2855 nəfər şəhid olub - SİYAHI

14
Müdafiə Nazirliyindən verilən məlumata görə, itkin düşmüş hesab olunan hərbi qulluqçuların tapılması və identifikasiyası üzrə işlər davam etdirilir.

BAKI, 18 yanvar - Sputnik. Müdafiə Nazirliyi Silahlı Qüvvələrin Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçularından yanvarın 18-dək dəfn edilən 2855 nəfərin, eləcə də itkin düşmüş hesab olunan 50 nəfərin foto şəkilləri, adları, soyadları, hərbi rütbəsi və doğum tarixi haqqında məlumatları təqdim edib.

Müdafiə Nazirliyindən verilən məlumata görə, itkin düşmüş hesab olunan hərbi qulluqçuların tapılması və identifikasiyası üzrə işlər davam etdirilir.

Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Şəhidlərimizin ruhu qarşısında baş əyirik!

Vətən müharibəsində şəhid olmuş hərbi qulluqçuların siyahısı

14