SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

İlham Əliyev Avropa İttifaqının xüsusi nümayəndəsini qəbul edib

© Official website of President of Azerbaijan Republicİlham Əliyev Avropa İttifaqının xüsusi nümayəndəsinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
İlham Əliyev Avropa İttifaqının xüsusi nümayəndəsinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib - Sputnik Azərbaycan
Abunə olmaq
Azərbaycanla Avropa İttifaqı arasında turizm, nəqliyyat, təhsil və digər sahələrdə əməkdaşlığın daha da genişləndirilməsinin perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb

BAKI, 7 noyabr - Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 7-də Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Toivo Klaarın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. Sputnik Azərbaycan bu barədə Prezidentin rəsmi saytına istinadən xəbər verir. 

Görüşdə Azərbaycan-Avropa İttifaqı əməkdaşlığının uğurla inkişaf etdiyi bildirilib, hazırda ölkəmizlə Avropa İttifaqı arasında tərəfdaşlığa dair yeni saziş üzrə danışıqların aparıldığı vurğulanıb və bu sazişin gələcək əməkdaşlığın hərtərəfli inkişafı üçün əlverişli imkan yaradacağı qeyd olunub.

Söhbət zamanı Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə danışıqlar prosesi ətrafında, Azərbaycanla Avropa İttifaqı arasında turizm, nəqliyyat, təhsil və digər sahələrdə əməkdaşlığın daha da genişləndirilməsinin perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.

Xəbər lenti
0