CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Bir gündə 100-dən çox cinayət törədilib

© Sputnik / Leyla AbdullayevaPolis maşını hadisə yerində
Polis maşını hadisə yerində - Sputnik Azərbaycan
Abunə olmaq
Cinayət törətməkdə şübhəli bilinən 25 nəfər saxlanılıb

BAKI, 7 noyabr — Sputnik. Respublikanın daxili işlər orqanları tərəfindən ötən gün 104 cinayət faktı qeydə alınıb, onların da 15-nin üstü açılıb. Bu barədə Sputnik Azərbaycan-a Daxili İşlər Nazirliyindən məlumat verilib.

Məlumata görə, əvvəlki dövrlərdən bağlı qalan 15 cinayətin açılması təmin olunub. Axtarışda olduğuna görə ümumilikdə 22 nəfər, o cümlədən mülki-hüquqi öhdəliklərin icrasından yayındığına görə 1 nəfər, borclu şəxs qismində axtarışda olan 9 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib. 

Нож, фото из архива - Sputnik Azərbaycan
CƏMİYYƏT
Cinayət Məcəlləsinin "ölü" maddələri günahsız insanların həyatını məhv edir

Respublikanın avtomobil yollarında 2 yol-nəqliyyat hadisəsi baş verib, nəticədə 2 nəfər xəsarət alıb.

Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 6, qanunsuz saxlanılan silah-sursatla bağlı 1 fakt müəyyən edilib.

Cinayət törətməkdə şübhəli bilinən 25 nəfər saxlanılıb.

Xəbər lenti
0