Baş nazirin müavini Hacıbala Abutalıbov

Abutalıbov yük maşınlarının narazı sürücülərini qəbul etdi

72
40-a yaxın sürücünün iştirak etdiyi qəbulda onları narahat edən məsələlər dinlənilib, sualları cavablandırılıb

BAKI, 2 noyabr — Sputnik. Baş nazirin müavini, Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının sədri Hacıbala Abutalıbov bir qrup narazı yük maşınının sürücüsünü qəbul edib.

Sputnik Azərbaycan "Report" xəbər verir ki, qəbulda Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin bölmə rəisi, polis polkovniki Vaqif Əsədov və digər səlahiyyətli şəxslər iştirak ediblər.

H.Abutalıbov, təxminən, 40-a yaxın sürücünün iştirak etdiyi qəbulda onları narahat edən məsələləri dinləyib, suallarını cavablandırıb.

Sürücülər bildiriblər ki, onlar günün qadağan olunmayan saatlarında Bakı şəhərində hərəkətdə olarkən nəqliyyat vasitələri elektron qaydada cərimələnir. Hətta bir gündə bəzən 5,7 elektron qərar tərtib edilir ki, bu da 200-300 manat məbləğində cərimə deməkdir. Sürücülər etiraz edərək diqqətə çatdırıblar ki, onların maddi vəziyyəti məhz bu yükdaşıma fəaliyyətindən asılıdır. Buna görə də onlara hər hansı şərait yaradılmalıdır.

H.Abutalıbov sürücülərin hər birini fərdi qaydada dinləyib və suallarını cavablandırıb. Sürücülər yeni marşrutlar barədə təkliflər versələr də, H.Abutalıbovun göstərişi ilə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin əməkdaşları onlara qadağa qüvvədə olan saatlarda hərəkət sxemini tərtib edərək siyahı təqdim ediblər. Həmin siyahı 5 bənddən ibrarətdir və şəhərin müxtəlif istiqamətlərində yük maşınlarının hərəkətini tənzimləyir. Həmin siyahıdakı küçə və prospektlərdə yük avtomobillərinin hərəkətinə icazə verilir. Lakin sürücülər H.Abutalıbovdan başqa marşrutlar üzrə də yol verilməsini xahiş ediblər. Baş nazirin müavini isə qeyd edib ki, bununla bağlı araşdırma aparılandan sonra müəyyən addımlar atıla bilər. Hələlik isə bir neçə məqbul variant üzərində iş gedir.

V.Əsədov bildirib ki, görüş çox səmərəli keçib, sürücülər razı qalıblar, onları narahat edən suallara cavab verilib. DYP-nin tərtib etdiyi marşrut siyahısı onlara ayrı-ayrılıqda təqdim edilib və həmin marşrut üzrə hərəkət etmələri tövsiyə olunub. Bildirilib ki, bu marşrutdan kənara çıxan sürücülər noyabrın 15-dən etibarən elektron cərimələrlə cəzalandırılacaqlar.

Qeyd: Azərbaycan Respublikası Nazirlər Kabinetinin Yol Hərəkəti Təhlükəsizliyi Komissiyasının 30 iyun 2015-ci il tarixli, 1 nömrəli protokol Qərarında nəzərdə tutulmuş qadağa saatlarında Bakı şəhərində yük avtomobillərinin sürücüləri yük daşımalarını aşağıdakı küçə və prospektlərdən istifadə etməklə həyata keçirə bilərlər:

1. Lökbatan dairəsi - Xocahəsən yolu - Sulutəpə qəsəbəsi - Binəqədi yolu (Baş Dövlət Yol Polisi İdarəsinin qarşısı) - Mehdiabad yolu - Balaxanı yolu - Zabrat-Maştağa yolu - Albalılıq yolu - Mərdəkan yolu - Şüvalan yolu - Qala yolu - Türkan yolu - Pirallahı yolu - Hövsan yolu - Suraxanı - Yeni Günəşli - General Mehmandarov küçəsi - Neapol dairəsi - Ukrayna dairəsi - Gəncə prospekti - Zığ yolu - Beton yolu - Hövsan;

2. Sumqayıt yolu - Biləcəri yolu (Daş bazarı) - Binəqədi şosesi - sola Baksol yolu - Biləcəri qəsəbəsinin içi (yük boşaltma məntəqəsi) avtovağzal istiqamətində və əksinə, Baksol yolu - "Taxta" bazarı və əksinə;

3. Ə.Rəcəbli küçəsində geriyədönmə yeri, "Şır-şır" restoranının yanı, "Taxta" bazarı;

4. "Çermet" körpüsünün altı - Z.Bünyadov prospekti - Koroğlu metrostansiyası istiqamətində tunelin üstü - Ziya Bünyadov prospektindən Ələsgər Qayıbov və Xalqlar dostluğu küçələrinə (Heydər Əliyev prospektinə çıxmamaq şərti ilə) "Lukoil" YDM-nin yanından geriyədönmə yeri - "Baku Streel Company" istiqmətində;

5. Qaradağ rayonu, ümumilikdə, Pirallahı rayonu, Mehdiabad qəsəbəsi, Balaxanı qəsəbəsi, Zabrat qəsəbəsi, Maştağa qəsəbəsi, Kürdəxanı qəsəbəsi, Albalılıq qəsəbəsi, Nardaran qəsəbəsi, Bilgəh qəsəbəsi, Mərdəkan qəsəbəsi, Şüvalan qəsəbəsi, Qala qəsəbəsi, Türkan qəsəbəsi, Biləcəri qəsəbəsi, Binəqədi kəndi, Sulutəpə qəsəbəsi, Xocahəsən qəsəbəsi, Yeni Günəşli qəsəbəsi, Suraxanı qəsəbəsi.

72
Teqlər:
qəbul, narazılıq, sürücü, yük maşını, Hacıbala Abutalıbov
Əlaqədar
Abutalıbov: Yanan bina ilə bağlı hələ çox həbslər olacaq
Parlamentdə Hacıbala Abutalıbov "topa tutuldu"
Hacıbala Abutalıbov mer vəzifəsindən azad edildi
Hacıbala Abutalıbov: Əxlaqsız gecə klubunu Yazıçılar Birliyi icarəyə verib
Şəhid məzarı. Arxiv şəkli

Müdafiə Nazirliyi Tovuzda şəhid olan hərbçilərimizin adlarını açıqladı

80
(Yenilənib 22:15 12.07.2020)
Həkimlərimizin səyinə baxmayaraq ağır yaralanan hərbi qulluqçumuz əsgər Daşdəmirov Xəyyam Məhəmməd oğlu da şəhid olub

BAKI, 12 iyul — Sputnik. Düşmən hücumunun qarşısı alınarkən hərbi qulluqçularımız şəhid olublar. 

Sputnik Azərbaycan Müdafiə Nazirliyinə istinadən bildirir ki, iyulun 12-də Ermənistan silahlı qüvvələrinin bölmələri Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz istiqamətində mövqelərimizi ələ keçirmək məqsədilə artilleriya atəşindən istifadə edərək hücuma keçməyə cəhd göstərib.

Düşmən hücumunun qarşısını alarkən döyüşdə Azərbaycan Ordusunun  hərbi qulluqçuları müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçuları çavuş Sadıqov Vüqar Lətif oğlu və baş əsgər Məmmədov Elşad Dönməz oğlu şəhid olublar.

Həkimlərimizin səyinə baxmayaraq ağır yaralanan hərbi qulluqçumuz əsgər Daşdəmirov Xəyyam Məhəmməd oğlu da şəhid olub.

Müdafiə Nazirliyinin rəhbərliyi şəhid olanların ailələrinə başsağlığı verir və səbr diləyir. Allah rəhmət eləsin!

80
Əlaqədar
Tovuz istiqamətində döyüş gedir: hər iki tərəfdən itki var
İtki verən Ermənistan ordusu geri oturdulub
Hikmət Hacıyev: "Ermənistan tərəfi hər-hansı ərazi əldə etməyə müvəffəq olmayıb"
Ermənistan mətbuatının iddialarına Azərbaycan Müdafiə Nazirliyindən cavab
"Ermənistan üçüncü ölkələri Ermənistan-Azərbaycan münaqişəsinə cəlb etməyə çalışır"
Gəncədə Hacı Zeynalabdin Tağıyevin adına bulaq kompleksi

Su qədər ömrün olsun: Tağıyevin əməllərini indi elə savabla yaşadırlar - FOTO

23
(Yenilənib 21:33 12.07.2020)
O, bir neçə il müddətində əmək sərf etdiyi abidəyə çəkdiyi xərci dilə gətirməyi sevmir, bunun üçün isə öz səbəbləri var

İlham Mustafayev, Sputnik Azərbaycan

BAKI, 12 iyul — Sputnik. Gəncə sakini Elbrus Hüseynov yaşadığı küçədə böyük Azərbaycan xeyriyyəçisi Hacı Zeynalabdin Tağıyevin xatirəsini əbədiləşdirib. Sputnik Azərbaycan bildirir ki, E.Hüseynov xeyriyyəçinin adını daşıyan küçədə bulaq kompleksi tikib, üzərinə onun lövhəsini vurub, ətrafında yaşıllıq yaradıb. 42 yaşlı şəhər sakini əsas məqsədinin H.Z.Tağıyevin daha yaxından tanıdılmasına cüzi də olsa xidmət etmək, həm də onun xeyriyyəçilik ideyalarının yaşadılmasına töhfə vermək olduğunu söyləyib.

“Uşaqlıqdan Tağıyev haqda bizə öyrədilən, danışılan xeyirxahlıqları məndə ona bir rəğbət yaradıb. Onun şərəfinə bir iş görmək istədim və bulağı ərsəyə gətirdim. Bu işə yeni başlayanda məndən soruşurdular ki, qohumundurmu, babanmı düşür? Onlara başa salırdım ki, bu adam su çəkdiyinə görə, insanların əlindən tutduğuna görə, xalqının gələcəyini düşündüyünə, çətinliklərdən çıxardığına görə layiqdir bu işə”, - deyə müsahibimiz məlumat verib.

© Sputnik / Ilham Mustafa
Elbrus Hüseynov

İxtisasca memar olan Elbrus Hüseynov bulağın layihəsini də özü hazırlayıb, inşasını da özü həyata keçirib. Həm də pula qənaət etməyib, inşaat üçün ağ mərmərdən istifadə edib. Lakin o, abidə üçün çəkdiyi xərci dilə gətirməyi sevmədiyini bildirib:

“Layihəsini də özüm çəkmişəm. Bütün fəhlə, usta işlərini də özüm görmüşəm. Bu işə çəkdiyim xərci həmişə soruşurlar məndən. Amma mən onu dilə gətirməyi ehtiyac bilmirəm. Xeyriyyəçiliyin bir şərti də odur ki, bunu elə xeyriyyəçilik kimi edəsən, ona çəkilən xərci hesablamayasan”.

© Sputnik / Ilham Mustafa
Gəncədə Hacı Zeynalabdin Tağıyevin adına bulaq kompleksi

E.Hüseynov buranın həm də bir su mənbəyi olduğunu, yolla keçən şəhər sakinlərinin, qonaqların bu sudan istifadəsinin də savab olduğunu bildirib. Bulaq kompleksinə istifadə edilən su isə öz evindən gəlir.

"Hamı oturub pul fikirləşəndə mən bu işi görmüşəm. Bu pula maşın da almaq olardı, başqa işlər görərdin deyirdilər. Dedim, yox, mən bu işi görürəmsə, deməli, mənimçün ən yaxşı iş budur. Bu, həm də su mənbəyidir. Turistlər gəlirlər Gəncəyə. Suyun özü bir ehsandır. Yoldan keçən uşaq-böyük oradan bir stəkan su içəndə elə onun özü bir savabdır. Tağıyev əhali üçün su çəkdirmişdi, mən də buraya çəkdim. Buranın suyu evimdən verilir". 

Elbrus Hüseynovun məhz bulaq variantını seçməsi də səbəbsiz deyil. O, bununla Bakıya su çəkdirən Tağıyevin nəcib əməlini bir daha yada salmaq, insanları xeyirxah işlərə ruhlandırmaq istəyib: "Küçəmiz H.Z.Tağıyevin adını daşıyır. Soruşurdular, qohumundurmu, babandırmı, hansı əlaqə var? Deyirdim yox. Amma bu insana bir baba kimi hörmətim var.

© Sputnik / Ilham Mustafa
Gəncədə Hacı Zeynalabdin Tağıyevin adına bulaq kompleksi

2006-da başladım, 2010-da bitirdim. Yerinin balaca olmağına baxmayaraq dekorativ bir iş görmək çətindir. Həm artıq detal olmasın, həm yerə uyğunlaşsın. Bunun özü bir zövqlə işlənir.

Mərmərdir, mozaika daşlarıdır. Ən çox mərmərdən istifadə olunub. Saf niyyətli insan olduğu üçün fikirləşdim, abidəni kompleks şəkildə - həm abidə, həm şəlalə, həm bulaq - qurum. Burada təmiz niyyət, təmiz istək və saflıq rol oynayıb.

  • Gəncədə Hacı Zeynalabdin Tağıyevin adına bulaq kompleksi
    © Sputnik / Ilham Mustafa
  • Gəncədə Hacı Zeynalabdin Tağıyevin adına bulaq kompleksi
    © Sputnik / Ilham Mustafa
  • Gəncədə Hacı Zeynalabdin Tağıyevin adına bulaq kompleksi
    © Sputnik / Ilham Mustafa
1 / 3
© Sputnik / Ilham Mustafa
Gəncədə Hacı Zeynalabdin Tağıyevin adına bulaq kompleksi

Mane olmaq istəyənlər olsa da, çox üstümə gəlmirdilər. Hər kəsə maraqlıydı, bunun burada xeyri yoxdursa, niyə bu işi görür. Heç bir təmənna olmadan.

Bir gün Hacının şəklini döydürüb gətirmişəm. Polislər gəldilər. Soruşdular ki, nə iş görürsən. Daşı evə qoymuşdum. Polis baxdı. Dedim, tanıyırsız? Dedi, tanıyıram. Dedim, bu kişinin abidəsini tikdirirəm burada. Dedilər, əlini soyutma, biz bildik ki, sən burada nə iş görürsən".

23
Mövzu:
Azərbaycanın görməli yerləri, turizm obyektləri
Əlaqədar
Metal lövhələri sənət əsərinə çevirən adam: qonşu ölkələr onun işlərinə maraq göstərir
Daşları danışdıran adam: Bizim yerli materiallardan dünyanın heç yerində yoxdur
İçərişəhərdə gəzinti üçün yeni yerlər hazırdır – Bakı Xan Sarayı, Xan bağı və hamam
Nə turist var, nə qonaq, amma Naftalan nə edəcəyini bilir - FOTO
Bu da "distant alver": Azərbaycanda ilk satıcısız mağaza - FOTO
Koronavirus testi, arxiv şəkli

Bu gün COVID xəstələri antirekord vurublar

0
Əvvəlki rekord iyulun 10-da qeydə alınmışdı. Həmin gün sutka ərzində yeni yoluxanların sayı 228 mindən çox olmuşdu

BAKI, 12 iyul — Sputnik. Son sutka ərzində dünyada rekord sayda koronavirusa yoluxma halı qeydə alınıb.

Sputnik Azərbaycan bildirir ki, bu barədə Ümumdünya Səhiyyə Təşkilatı məlumat yayıb. Bir sutkada 230370 nəfərdə yoluxma aşkarlanıb, 24 saat ərzində 5285 xəstə dünyasını dəyişib. 

Pandemiya başlayandan indiyədək 12 552 765 nəfər SARS-Cov-2 virusuna yoluxub. Virusun səbəb olduğu COVID-19 xəstəliyindən 561 617 insan ölüb.

Əvvəlki rekord iyulun 10-da qeydə alınmışdı. Həmin gün sutka ərzində yeni yoluxanların sayı 228 mindən çox olmuşdu.

Dünya ölkələrində koronavirus pandemiyası səbəbindən aclıqdan ölənlərin sayının artacağı deyilir. Beynəlxalq xeyriyyə təşkilatı Oxfam iddia edir ki, “aclıq böhranı” infeksiyadan daha çox insan öldürə bilər. Mütəxəssislərin rəyinə görə, 2020-ci ilin sonunadək aclıqdan və ya qida çatışmazlığından gündə 12 minədək insan ölə bilər. Koronavirusdan bir gündə ölənlərin rekord sayı isə aprelin 17-də qeydə alınıb – 8890 ölüm.

0
Mövzu:
Dünyanı cənginə almış bəla
Əlaqədar
ÜST köməyə gəlir?! Siqaret çəkən koronavirus xəstələrinə yardım ediləcək
Koronavirusu neytrallaşdıran 28 anticisim aşkar edilib
Koronavirus cəbhəsində itkilərimiz: 520 yeni yoluxma, daha səkkiz nəfər dünyasını dəyişdi
Dünyada ilk koronavirus vaksininin sınağı bitdi
Rusiyada ciyərinin 50 faizi zədələnmiş 93 yaşlı kişi koronavirusdan sağaldı