Milli Məclis

Milli Məclis üzvündən sensasion təklif

499
(Yenilənib 13:50 02.11.2018)
Tahir Kərimli: "Digər dövlətlərin himnləri 2-2.5 dəqiqə olduğu halda, Azərbaycanın dövlət himni 4 dəqiqədir"

BAKI, 2 noyabr — Sputnik. "Dəfələrlə deyilib ki, himnimizin həcmini azaltmaq lazımdır, bunu əzəmətli bir himnə çevirmək lazımdır. Azərbaycan hələ müstəqil olmadığı dövrdən uşaqlarımı məcbur edirdim ki, Azərbaycanın dövlət himnini oxusunlar. Digər dövlətlərin himnləri 2-2.5 dəqiqə olduğu halda, Azərbaycanın dövlət himni 4 dəqiqədir".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən plenar iclasında deputat Tahir Kərimli, "Azərbaycan Respublikası Dövlət himninin musiqisinin və mətninin təsdiq edilməsi haqqında" Konstitusiya qanununun müzakirəsi zamanı deyib.

O bildirib ki, hər kəs himni sevməlidir: "Üzeyir Hacıbəyli Azərbaycan Sovet Sosialist Respublikasının da himninin musiqisini yazıb. O, indikindən daha nikbin idi. Bunlar nəzərə alınmalıdır. Xahiş edirəm, himnin həcmi azaldılsın, yoruculuqdan xilas olsun, bədbin notlar götürülsün".

Deputat Fəzail İbrahimli isə, həmkarının bu təklifinə kəskin etirazını bildirib. O vurğulayıb ki, himnin bir sözünü də dəyişmək olmaz.

499
Teqlər:
Tahir Kərimli, dövlət himni, deputat, Milli Məclis
Əlaqədar
Milli Məclisdə “bahalı hədiyyə” müzakirəsi
Milli Məclisdə böyük qalmaqal: Bir qrup nümayəndə zalı tərk edib
Milli Məclis üzvləri üçün yeni qadağalar gəlir
Bakıda parkomat, arxiv şəkli

Parklama probleminin həlli üçün Bakıya beynəlxalq şirkət dəvət edilib

1
BNA nümayəndəsi: Azərbaycana beynəlxalq məsləhətçi şirkət dəvət olunub və o, parklanma məsələlərini təhlil edir.

BAKI, 25 noyabr — Sputnik. Bakı şəhərində avtomobillərin parklanması ilə bağlı baş plan və tarif siyasəti hazırlanacaq.

Sputnik Azərbaycan xəbər verir ki, bunu "Caspian Energy Club"un təşkilatçılığı ilə keçirilən "Online Baku City Forum"da çıxış edən Bakı Nəqliyyat Agentliyinin (BNA) Yol hərəkətinin təşkili şöbəsinin müdiri Tərlan Səfərov deyib.

Onun sözlərinə görə, bu plan ilk növbədə ictimaiyyətə təqdim olunacaq və daha sonra onun tətbiqinə başlanacaq:

"Hazırda bu istiqamətdə görülən işlər çərçivəsində beynəlxalq məsləhətçi şirkət dəvət olunub, hansı ki, parklanma məsələlərini təhlil edir. Təbii ki, parkanmanın idarə edilməsi ümumiyyətlə şəhər nəqliyyat infrastrukturunun ən vacib amilidir. Çünki bu, həm sahibkarların fəaliyyətinə təsir göstərir, həm də tıxaca təsir edir. Bu gün demək olar ki, Bakı şəhərində parklanma pulsuzdur və ona görə də tıxac problemi mövcuddur".

1
Teqlər:
pullu parklama, parklama, Bakı Nəliyyat Agentliyi, BNA
Köhnə avtobus, arxiv şəkli

Bakıda dizel yanacağı ilə işləyən sərnişin avtobusları istismardan çıxarılacaq

4
(Yenilənib 15:28 25.11.2020)
BNA: "Gələcək planlarda isə həmçinin, elektrik enerjisi ilə işləyən avtobusların gətirilməsi də nəzərdə tutulur".

BAKI, 25 noyabr — Sputnik. Yaxın gələcəkdə Bakı şəhərinin sərnişindaşımasında istismarda olan dizel yanacaqlı avtobuslar kənarlaşdırılacaq. Sputnik Azərbaycan-ın məlumatına görə, bunu "Caspian Energy Club"ın təşkilatçılığı ilə keçirilən "Online Baku City Forum"da çıxış edən Bakı Nəqliyyat Agentliyinin (BNA) Yol hərəkətinin təşkili şöbəsinin müdiri Tərlan Səfərov deyib.

Onun sözlərinə görə, hazırda dövlət sifarişi ilə ölkəyə avtobus gətirən sahibkarlara avtobusların CNG yanacağı ilə işləyən, mütləq ekoloji təmiz olması tapşırılır: "Gələcək planlarda isə həmçinin, elektrik enerjisi ilə işləyən avtobusların gətirilməsi də nəzərdə tutulur".

4
Teqlər:
sərnişin avtobusu, sərnişin, BNA