General-polkovnik Zakir Həsənov Azərbaycan Ordusunda yeni istismara verilmiş Peyk Rabitəsi İdarəetmə Mərkəzinin fəaliyyəti ilə tanış olub

Ordumuzun yeni peyki təqdim olunub - VİDEO

354
(Yenilənib 11:51 02.11.2018)
Hərbçilərimizin Azərbaycan peykindən istifadəsi hərbi imkanlarımızı daha da genişləndirir

BAKI, 2 noyabr — Sputnik. Müdafiə naziri general-polkovnik Zakir Həsənov və nazirliyin digər rəhbər heyəti Azərbaycan Ordusunda yeni istismara verilmiş Peyk Rabitəsi İdarəetmə Mərkəzinin fəaliyyəti ilə tanış olub. Bu barədə Sputnik Azərbaycan-a Müdafiə Nazirliyinin (MN) mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, təhlükəsizlik tədbirləri nəzərə alınmaqla peyk rabitə sistemi, əsasən, avtonom işləyən mərkəzi yerüstü stansiya, mobil və daşınan peyk rabitəsi vasitələri olaraq "Azərkosmos" ASC-nin peyki üzərindən fəaliyyət göstərir.

Bu peyk rabitə sistemi hücum və müdafiə əməliyyatlarında qoşunların mobil hərəkəti və çevik yerdəyişməsi zamanı komanda məntəqələri arasında səsli və mətn (DATA) məlumat mübadiləsinin təmin edilməsi üçün təyin edilib.

  • General-polkovnik Zakir Həsənov Azərbaycan Ordusunda yeni istismara verilmiş Peyk Rabitəsi İdarəetmə Mərkəzinin fəaliyyəti ilə tanış olub
    General-polkovnik Zakir Həsənov Azərbaycan Ordusunda yeni istismara verilmiş Peyk Rabitəsi İdarəetmə Mərkəzinin fəaliyyəti ilə tanış olub
    © AR Ministry of Defense
  • General-polkovnik Zakir Həsənov Azərbaycan Ordusunda yeni istismara verilmiş Peyk Rabitəsi İdarəetmə Mərkəzinin fəaliyyəti ilə tanış olub
    General-polkovnik Zakir Həsənov Azərbaycan Ordusunda yeni istismara verilmiş Peyk Rabitəsi İdarəetmə Mərkəzinin fəaliyyəti ilə tanış olub
    © AR Ministry of Defense
  • General-polkovnik Zakir Həsənov Azərbaycan Ordusunda yeni istismara verilmiş Peyk Rabitəsi İdarəetmə Mərkəzinin fəaliyyəti ilə tanış olub
    General-polkovnik Zakir Həsənov Azərbaycan Ordusunda yeni istismara verilmiş Peyk Rabitəsi İdarəetmə Mərkəzinin fəaliyyəti ilə tanış olub
    © AR Ministry of Defense
  • General-polkovnik Zakir Həsənov Azərbaycan Ordusunda yeni istismara verilmiş Peyk Rabitəsi İdarəetmə Mərkəzinin fəaliyyəti ilə tanış olub
    General-polkovnik Zakir Həsənov Azərbaycan Ordusunda yeni istismara verilmiş Peyk Rabitəsi İdarəetmə Mərkəzinin fəaliyyəti ilə tanış olub
    © AR Ministry of Defense
1 / 4
© AR Ministry of Defense
General-polkovnik Zakir Həsənov Azərbaycan Ordusunda yeni istismara verilmiş Peyk Rabitəsi İdarəetmə Mərkəzinin fəaliyyəti ilə tanış olub

Müdafiə Nazirliyinin rəhbərliyi Azərbaycan Ordusunun rabitə vasitələrinin texniki xidmət və təmiri Mərkəzinin yeni istifadəyə verilmiş bölmələrinin açılışında da iştirak edib. Müdafiə naziri general-polkovnik Zakir Həsənov mərkəzin ərazisində yerləşən rabitə vasitələrinin təmiri üçün nəzərdə tutulmuş laboratoriyalar, eləcə də texniki, xidməti, inzibati otaqlar və saxlanclarda yaradılmış şəraitlə tanış olub.

Məlumat verilib ki, qoşunlarda istifadə edilən bütün növ stasionar və səyyar müasir hərbi kommunikasiya avadanlıqlarına mərkəzdə texniki xidmət göstərilir və onlar qısa müddətdə tam təmir olunaraq yenidən sıraya qaytarılır.

Avtomatlaşdırılmış idarəetmə sistemləri, radiostansiyalar və peyk avadanlıqlarının təmiri otaqlarında çalışan mütəxəssislərlə görüşən müdafiə naziri rabitə vasitələrinin müasir ordunun idarəetmə sisteminin əsas elementlərindən biri olduğunu qeyd edib.

General-polkovnik Z.Həsənov müasir döyüşdə bölmələrin fasiləsiz, sabit, operativ və gizli idarə olunması məsələsinin Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin daim diqqət mərkəzində saxladığını bildirərək mərkəzin imkanlarının daha da genişləndirilməsi ilə bağlı müvafiq tapşırıqlar verib.

354
Teqlər:
ordu, peyk, Zakir Həsənov, general-polkovnik, müdafiə naziri
Əlaqədar
Ali Baş Komandan Azərbaycan Ordusu barədə gözlənilən sözü dedi
Azərbaycan ordusu atəş mövqeyinə çıxarıldı - VİDEO
Türkiyə ordusu MİT-ə tapşırıldı
Ordumuzun döyüş hazırlığı yoxlanılır
Azərbaycan Respublikası Müdafiə Nazirliyinin binası

MN: Qubadlı-Zəngilan istiqamətində döyüşlər davam edir

0
(Yenilənib 07:58 20.10.2020)
Fizuli rayonu istiqamətində əks-hücuma keçən düşmən bölmələrindən birinin 30 nəfər şəxsi heyəti Azərbaycan Ordusunun atəşi nəticəsində darmadağın edilib.

BAKI, 20 oktyabr - Sputnik. Oktyabrın 19-u gün ərzində və 20-ə keçən gecə cəbhənin Ağdərə-Ağdam, Füzuli-Hadrut-Cəbrayıl və Qubadlı-Zəngilan istiqamətlərində müqavimət göstərməyə cəhd edən düşmənə qarşı döyüş əməliyyatları müxtəlif intensivliklə davam edib. Düşmən müdafiə mövqelərimizi atıcı silahlar, minaatanlar və toplardan atəşə tutub. Bu barədə Sputnik Azərbaycan Müdafiə Nazirliyinə istinadən məlumat verir.

Azərbaycan Ordusu tərəfindən həyata keçirilən fəaliyyətlər nəticəsində cəbhənin müxtəlif istiqamətlərində düşmənin canlı qüvvəsi, 2 ədəd T-72 tankı, 4 ədəd BM-21 “Qrad” YARS, 1 ədəd D-30 haubitsa topu və 5 ədəd avtomobil texnikası məhv edilib və sıradan çıxarılıb.

Qoşunlarımız bütün cəbhə boyu əməliyyat şəraitinə nəzarət edir.

Eyni zamanda məlum olub ki, Azərbaycan Ordusunun endirdiyi artilleriya zərbələri nəticəsində Ermənistan silahlı qüvvələrinin 1-ci motoatıcı alayının müdafiə sahəsində düşmən bölmələrinin şəxsi heyəti arasında çoxlu sayda ölən və yaralanan olub. Alayın 1-ci motoatıcı taborunun şəxsi heyəti və döyüş texnikası tamamilə sıradan çıxarılıb. Alay komandirinin müavini Hovik Melkumyan, digər vəzifəli şəxs Qor Mirzoyan, həmçinin alayın müdafiə zolağında mövqe tutan xüsusi təyinatlı bölmənin komandiri kapitan Vahab Asetryan da zərərsizləşdirilib.

Azərbaycan Ordusunun həyata keçirdiyi tədbirlər nəticəsində 2-ci motoatıcı alayın müdafiə sahəsində düşmənin bir bölməsi döyüş mövqelərini tərk edərək geri çəkilib.

5-ci motoatıcı alayın müdafiə sahəsində düşmən bölmələrinin şəxsi heyəti arasında çoxlu sayda ölən və yaralanan var. Yaralılar arasında bölük komandiri Norik Ağakelyanın da olduğu bildirilir.

18-ci motoatıcı diviziyasının müdafiə zolağında yerləşdirilən muzdlulardan ibarət “Legion” dəstəsi və ehtiyatdan çağırılmış hərbi vəzifəlilər döyüşlərdə iştirak etməkdən imtina edib. Məlum olub ki, ağır itkilərə məruz qalan bu dəstələr onlara tapşırılmış müdafiə sahələrində tab gətirməyərək kütləvi şəkildə fərarilik edir.

Bundan əlavə, 10-cu dağatıcı diviziyanın müdafiə zolağına gətirilmiş kəşfiyyat bölüyü də canlı qüvvə baxımından itkilərə məruz qalıb. Şəxsi heyətin üçdə ikisini itirən bölmə mövqeləri ataraq geri çəkilməyə məcbur edilib.

Fizuli rayonu istiqamətində əks-hücuma keçən düşmən bölmələrindən birinin 30 nəfər şəxsi heyəti Azərbaycan Ordusunun atəşi nəticəsində darmadağın edilib.

246-ci alayın müdafiə sahəsində alay komandiri polkovnik Tatul Ğazaryan, alay komandirinin müavini Armen Ohanyan və 3-cü taborun komandiri də xüsusi tədbirlər nəticəsində zərərsizləşdirlib.

0
Mövzu:
Azərbaycan və Ermənistan arasında müharibə
Türkiyə Böyük Millət Məclisinin sədri Mustafa Şentop, arxiv şəkli

Mustafa Şentop: "Türkiyə həmişə birmənalı şəkildə Azərbaycanın yanındadır"

16
(Yenilənib 23:38 19.10.2020)
Ermənistan silahlı qüvvələri cəbhədəki uğursuzluğun heyfini dinc əhalidən, qocalardan, körpələrdən çıxmağa çalışır. Onların Azərbaycanın cəbhə xəttindən kənarda yerləşən şəhər və qəsəbələrinə hücumları məhz bununla bağlıdır.

BAKI, 19 oktyabr — Sputnik. Oktyabrın 19-da Milli Məclisin Sədri Sahibə Qafarova ölkəmizdə rəsmi səfərdə olan Türkiyə Böyük Millət Məclisinin (TBMM) Sədri Mustafa Şentopun başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

Milli Məclisdən Sputnik Azərbaycan-a məlumat verilib ki, əvvəlcə Milli Məclisin Sədri Sahibə Qafarova ilə Türkiyə Böyük Millət Məclisinin Sədri Mustafa Şentop arasında təkbətək görüş keçirilib.

Sonra görüş nümayəndə heyətlərinin iştirakı ilə davam edib. Parlamentin Spikeri qonaqları səmimi salamlayaraq, Azərbaycanla Türkiyənin dost və qardaş ölkələr olduğunu vurğulayıb. O bildirib ki, Azərbaycan Prezidenti İlham Əliyevin dediyi kimi, bu gün dünya miqyasında Türkiyə və Azərbaycan qədər bir-birinə yaxın olan ikinci ölkə yoxdur.

Qeyd edilib ki, iki ölkə arasında mövcud olan münasibətlərdə təqdirəlayiq bir ənənə formalaşıb. Yüksək vəzifəyə seçilmiş hər iki ölkə rəsmiləri ilk səfərlərini qarşılıqlı olaraq qardaş ölkələrə edirlər. Milli Məclisin Sədri kimi ilk səfərini bu ilin sentyabrında Türkiyəyə etdiyini xatırladan Sahibə Qafarova TBMM Sədri Mustafa Şentopun başçılığı ilə nümayəndə heyətinin bu səfərinin də analoji xarakter daşıdığını və Azərbaycan üçün çox həssas bir dönəmə təsadüf etdiyini söyləyib.

"Bildiyiniz kimi, sentyabrın 27-də Ermənistan silahlı qüvvələri Dağlıq Qarabağda növbəti təxribat törədiblər. Buna cavab olaraq, Azərbaycan ordusu əks-hücuma keçərək, 30 ilə yaxındır işğal altında olan torpaqlarını azad etməyə başlayıb. Əməliyyatların ilk günündən Azərbaycan xalqı və dövləti qardaş Türkiyənin dəstəyini hər zaman hiss edir. Hər iki ölkə prezidentləri, xarici işlər nazirləri və digər vəzifəli şəxslər arasında mütəmadi olaraq aparılan telefon danışıqları buna əyani sübutdur. Bu hadisələrlə əlaqədar TBMM-in Sədri cənab Mustafa Şentopun mənə şəxsən zəng etməsini, bu məsələyə xüsusi diqqət göstərməsini yüksək qiymətləndiririk. Öz adımdan, Milli Məclisin deputatları və xalqımız adından Türkiyə tərəfinə bu dəstəyə görə təşəkkür edirəm", - deyə Milli Məclisin Sədri Sahibə Qafarova qeyd edib.

Parlamentin Sədri daha sonra deyib ki, müzəffər Azərbaycan Ordusu öz torpaqlarını işğaldan azad edir. Döyüş meydanında məğlub olması ilə barışa bilməyən işğalçı ölkə Azərbaycanın mülki insanlarını hədəfə alır. Cəbhə xəttindən kənarda yerləşən Gəncə, Mingəçevir şəhərlərinə edilən hücumlar, Tərtər və digər rayon mərkəzlərinin ağır artilleriyadan atəşə tutulması bunun əyani göstəricisidir. Ermənistanın bu cür hərəkətləri beynəlxalq humanitar hüququn kobud şəkildə pozulması, müharibə cinayətidir.

Spiker Azərbaycan ilə Türkiyə arasında əlaqələrin təkcə siyasi deyil, iqtisadi sahədə də sürətlə inkişaf etdiyini söyləyib. Qeyd edilib ki, ötən il iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 4,5 milyard ABŞ dolları olub. Cari ilin yanvar-sentyabr aylarında isə bu göstərici 3 milyarda yaxınlaşıb. Qarşılıqlı investisiyaların həcminin artması ticarət dövriyyəmizin yüksəlməsinə müsbət təsir göstərir. Bugünədək ölkələrimiz arasında 249 sənəd imzalanıb. Bu hüquqi sənədlər həyatın müxtəlif sahələrində əməkdaşlığımızın möhkəm hüquqi təməlini təşkil edir.

Görüşdə Azərbaycanla Türkiyənin Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum kimi neft və qaz kəmərlərinin reallaşmasında birgə fəaliyyətini vurğulayan Sədr bu cür layihələrin ölkələrimizin beynəlxalq nüfuzuna da müsbət təsir etdiyini deyib.

Milli Məclisin Sədri dövlətlərarası münasibətlərin inkişafında parlamentlərin mühüm rol oynadıqlarını vurğulayaraq, hər iki ölkənin qanunvericilik orqanında dostluq qruplarının fəaliyyət göstərməsinin əhəmiyyətini qeyd edib. Bildirilib ki, parlamentlərimiz ikitərəfli əməkdaşlıqla yanaşı, beynəlxalq parlament təşkilatlarında da prinsipial məsələlərlə bağlı birgə mövqe nümayiş etdirirlər.

Milli Məclisin Sədri TBMM nümayəndə heyətinin ölkəmizə budəfəki səfərinin parlamentlərarası əlaqələrimizin daha da möhkəmləndirilməsinə öz töhfəsini verəcəyinə əminliyini ifadə edib.

Səmimi görüş üçün minnətdarlığını bildirən Türkiyə Böyük Millət Məclisinin Sədri Mustafa Şentop dost və qardaş Azərbaycana səfərindən məmnunluğunu söyləyib. Səfərin Azərbaycan üçün çox həssas bir dönəmə təsadüf etdiyini dilə gətirən türkiyəli Spiker Azərbaycan xalqına torpaqlarının işğaldan azad olunması uğrunda apardığı mübarizədə uğurlar arzulayıb, Şəhidlərimizə Allahdan rəhmət, yaralılara şəfa diləyib. Qonaq deyib ki, qardaş Türkiyə dövləti həmişə birmənalı şəkildə Azərbaycanın yanındadır və bir millət iki dövlət olaraq ölkəmizin haqq işinə dəstək verir.

Qeyd edilib ki, hələ bu ilin iyul ayında Tovuzda Ermənistanla sərhəddə baş verən toqquşmalar zamanı TBMM-də təmsil olunan 4 siyasi partiya birgə bəyanat qəbul edərək, Azərbaycanı dəstəkləmişdir.

Mustafa Şentop deyib ki, Ermənistan silahlı qüvvələri cəbhədəki uğursuzluğun heyfini dinc əhalidən, qocalardan, körpələrdən çıxmağa çalışır. Onların Azərbaycanın cəbhə xəttindən kənarda yerləşən şəhər və qəsəbələrinə hücumları məhz bununla bağlıdır: "Biz işğalçı Ermənistanın bu cür hərəkətlərini qətiyyətlə pisləyirik. Bu, insan hüquqlarının kobud şəkildə pozulmasıdır. Çox təəssüf ki, beynəlxalq ictimaiyyət Ermənistanın Azərbaycan torpaqlarını 30 ilə yaxın işğalda saxlamasına və onun bu cür hərəkətlərinə biganə yanaşır. Biz problemin tezliklə ədalətli həllinə inanırıq və Azərbaycanın yanındayıq. Azərbaycan Prezidenti İlham Əliyevin dediyi kimi, "Qarabağ Azərbaycandır!".

Görüşdə qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

16