Gədəbəy rayonu Söyüdlü kəndi ərazisindən keçən Qarasu çayı hövzəsi

Vəzifəli şəxs cəzalandırılıb

105
(Yenilənib 10:20 30.10.2018)
Gədəbəy rayonu Kommunal Müəssisələri Kombinatının direktoru Yusif Murğuzov barəsində protokol tərtib edilib

BAKI, 30 oktyabr - Sputnik. Ekologiya və Təbii Sərvətlər Nazirliyinə Gədəbəy rayonu Söyüdlü kəndi ərazisindən keçən Qarasu çayı hövzəsinin tullantılarla çirkləndirilməsi ilə bağlı daxil olan məlumat nazirliyin əməkdaşları tərəfindən yerində araşdırılıb. Bu barədə Sputnik Azərbaycan-a nazirliyin mətbuat xidmətindən məlumat verilib. 

Qeyd olunub ki, araşdırma zamanı Gədəbəy rayon məişət tullantıları poliqonunun hasara alınmaması səbəbindən tullantıların bir qisminin poliqona yaxın Qarasu çayı hövzəsinə atıldığı aşkar edilib.

Gədəbəy rayonu Söyüdlü kəndi ərazisindən keçən Qarasu çayı hövzəsi – əvvəl
© ETSN-nin mətbuat xidməti
Gədəbəy rayonu Söyüdlü kəndi ərazisindən keçən Qarasu çayı hövzəsi – əvvəl

Faktla bağlı tullantıların idarə olunmasına cavabdeh Gədəbəy rayonu Kommunal Müəssisələri Kombinatının direktoru Yusif Murğuzov barəsində protokol tərtib edilib və o, vəzifəli şəxs qismində 2000 manat məbləğində cərimə olunub. 

Tullantıların ərazidən təmizlənməsi və poliqonun hasara alınması məqsədilə kombinatın direktoruna icrası məcburi olan müddətli “məcburi göstəriş” verilib.

Gədəbəy rayonu Kommunal Müəssisələri Kombinatı tərəfindən ərazi tullantılardan təmizlənib və poliqonun ətrafının metal torla hasarlanması istiqamətində işlərə başlanılıb.

Gədəbəy rayonu Söyüdlü kəndi ərazisindən keçən Qarasu çayı hövzəsi – sonra
© ETSN-nin mətbuat xidməti
Gədəbəy rayonu Söyüdlü kəndi ərazisindən keçən Qarasu çayı hövzəsi – sonra
105
Teqlər:
Ekologiya və Təbii Sərvətlər Nazirliyi, vəzifəli şəxs, cərimə, direktor
Əlaqədar
Qadağan olunmuş saatlarda küçəyə çıxanlar cərimə olunacaq
Nazirlik şirkəti cərimə etdi
Pul qazanmaq üçün bizi zəhərləyənlər cərimə edildi
Bu gündən cərimə edilə bilərsiniz, əgər...