Televiziya Qülləsi yaxınlığında sürüşmə sahəsi

Badamdar sürüşmə zonasından yeni xəbər var

33
(Yenilənib 10:13 30.10.2018)
Sürüşmə müstəvisində olan çatların ölçüsündə də nisbi artım müşahidə olunub

BAKI, 30 oktyabr - Sputnik. Badamdar sürüşmə sahəsində monitorinqlər davam etdirilir. Bu barədə Sputnik Azərbaycan-a Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən yaradılan Qərargahdan məlumat verilib. 

Badamdarda sürüşmə zonası
© Sputnik / Irade CELIL

Bildirilib ki, sürüşmə zonasında 30 oktyabr saat 10:00-a olan monitorinqlərin nəticəsinə əsasən, ərazidə gərginlik qalmaqdadır. Həmçinin sürüşmənin yuxarı hissəsində asılı halda olan süxur kütləsinin qopması qeydə alınıb.

Sürüşmə müstəvisində olan çatların ölçüsündə də nisbi artım müşahidə olunub. Yuxarı hissədə yerləşən fərdi yaşayış evlərinin hasarlarında quraşdırılmış mayaklarda isə dəyişiklik qeydə alınmayıb.

Xatırladaq ki, Badamdar - 20-ci sahə yolunun sağ kənarında sürüşmə oktyabrın əvvələrindən müşahidə edilir. Ərazidə 11 fərdi ev və 3 obyekt var. Məlumata görə, evlərin divarlarında müxtəlif ölçülü çatlar yaranıb. Çatlara mayaklar qoyulub. Vəziyyət nəzarət altındadır.

33
Teqlər:
sürüşmə zonası, Badamdar qəsəbəsi
Əlaqədar
Qərargahdan açıqlama: Badamdar sürüşmə zonasındakı çatlar artıb
Badamdar sürüşməsindən yeni xəbər var
Badamdar sürüşmə zonasında son vəziyyət
Badamdar göz görə-görə sürüşür
Badamdar sürüşmə zonasında gərginlik davam edir