CƏMİYYƏT
Cəmiyyətin həyatında baş verən aktual hadisələr

Kim sürətli, birinci olsa o da qalib gələcək

© Priit Simson / DelfiEstoniya parlamentinin vitse-spikeri Kalle Laanet, arxiv şəkli
Estoniya parlamentinin vitse-spikeri Kalle Laanet, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Estoniyalı rəsmi Bakıda yalan məlumatlarla necə mübarizə aparmağın yollarını açıqladı

Eldar Tanrıverdiyev, Sputnik Azərbaycan

BAKI, 26 oktyabr — Sputnik. “Biz elektron dünyada yaşayırıq. Biz böyük informasiya axınları ilə əhatələnmişik. Biz onlardan hansının saxta, yalan, hansının isə doğru olduğunu anlamalıyıq. Praktiki nöqteyi-nəzərdən biz belə vəziyyətdə nə edə bilərik? Belə bir informasiyanın həm ənənəvi KİV-də, həm də sosial şəbəkələrdə yayılmasının qarısını almaq üçün onları bloklamalıyıqmı?”

Sputnik Azərbaycan xəbər verir ki, bu sözləri Bakı Humanitar Forumunda "Yanlış məlumatlandırma siyasəti - müasir dünyada sabitlik təhdid" mövzusunda işçi sessiyanda çıxışı zamanı Estoniya parlamentinin vitse-spikeri Kalle Laaneti bildirib.

Azərbaycan Prezidentinin İctimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov - Sputnik Azərbaycan
SİYASƏT
Əli Həsənov Paşinyanın qiymətini verdi: Siyasətçi adına parodiya

"Bəs bunu necə edək? Bunun üçün nə lazımdır? Biz senzura tətbiq etməliyik? KİV-lərə nəzarət etməliyik? Sosial şəbəkələrə nəzarət etməliyik? Bizim böyük əksəriyyətimiz bilir ki, demokratik, azad cəmiyyətlərdə bunu etmək mümkün deyil. Bəs, onda biz nə edə bilərik? Biz elə etməliyik ki, doğru informasiyalar yanlış informasiyanı üstələsin. Biz elə etməliyik ki, saxta xəbərləri heç kim görməsin və onu eşitməsin" - Laaneti qeyd edib.

Vitse-spikersin sözlərinə görə, doğru informasiyalar bu tip məlumatları üstələməlidir: "Bəli, bu mümkündür. Lakin bunun üçün böyük resurslar lazımdır. Bu resurslar həm maliyyə, həm də kadr baxımından güclü, yüksək keyfiyyətli olmalıdır. Belə bir şeyi Estoniyada etmək mümkün deyil. Çünki Estoniya kiçik ölkədir, lakin nəzəri olaraq bu Avropa İttifaqı səviyyəsində həyata keçirilə bilər. Yalan və doğru olmasından asılı olmayaraq ilk xəbər çox təsirli olacaq. Onu təkzib edən kəs həmişə ikinci olacaq. Əgər təkzib gec olsa, onda siz yalnız saxta xəbərin təsirini gücləndirəcəksiniz. Yəni, bu elə də effektiv üsul deyil. Ən yaxşısı, hədəf qruplarında bizim öz hekayəmizi, öz mövqeyimizi yayımlamaqdır. Mənə elə gəlir ki, bu ən yaxşı variantlardan biridir. Lakin bu strateji kommunikasiyadan asılı olacaq. Biz nəyi, nə vaxt və hansı yollarla öz hədəf qruplarımıza göndərməli olduğumuzu bilməliyik. Kiçik ölkələrə bu istiqamətdə böyük ölkələrlə mübarizə etmək olduqca çətindir. Onlar özlərinə müttəfiqlər tapmalıdırlar. Sonda demək istəyirdim ki, dezinformasiya ilə mübarizədə uğur sürətdən asılıdır. Kim sürətli, birinci olsa o da qalib gələcək".

Xəbər lenti
0