Şimal-qərb bölgəsinə qar yağıb

Əhaliyə qar xəbərdarlığı

841
(Yenilənib 12:45 26.10.2018)
Ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var

BAKI, 25 - Sputnik. “Oktyabrın 27-də Bakıda və Abşeron yarımadasında gündüz hava əsasən yağmursuz keçəcək. Şimal-qərb küləyi gündüz mülayimləşəcək.
arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində intensiv olacağı ehtimalı var”. Bu barədə Sputnik Azərbaycan-a Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib. 

Məlumata görə, havanın temperaturunun Abşeron yarımadasında gecə 10-12, gündüz 15-18, Bakıda gecə 10-12, gündüz 15-17 dərəcə isti olacağı gözlənilir.
Atmosfer təzyiqi normadan aşağı 752 mm civə sütunundan 759 mm civə sütununa yüksələcək, nisbi rütubət 80-90 faiz olacaq.

Azərbaycanın rayonlarında isə bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə intensiv olacağı, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Gündüz əksər rayonlarda hava, əsasən, yağmursuz keçəcək. Səhər saatlarında duman olacaq. Arabir güclənən qərb küləyi gündüz şərq küləyi ilə əvəz olunacaq.
Havanın temperaturu gecə 9-14, gündüz 17-22, dağlarda gecə 0-4, gündüz 6-11 dərəcə isti, yüksək dağlıq ərazilərdə gecə 1-3 dərəcə şaxta, gündüz 1-5 dərəcə isti təşkil edəcək.

Məlumata görə, ölkə ərazisində qeyri-sabit hava şəraiti oktyabrın 27-si səhərədək davam edəcək.

841
Əlaqədar
Əlverişsiz hava şəraiti gözlənilir
Gözlənilən hava barədə daha bir xəbərdarlıq edildi
Günün sonunadək gözlənilən hava şəraiti
Axşama gözlənilən hava proqnozu açıqlandı
Paytaxt və bölgələr üçün hava proqnozu
Xankəndi şəhərinə mənzərə, arxiv şəkli

Dövlət Tərcümə Mərkəzi "Xankəndi necə Stepanakert oldu" adlı sənədli videoçarx hazırlayıb

0
Beynəlxalq internet məkanında, sosial şəbəkələrdə 10 dildə yayımlanacaq videoçarx xarici ölkələrin Azərbaycanda akkreditə olunmuş səfirlik və nümayəndəliklərinə, dünyanın nüfuzlu kütləvi informasiya vasitələrinə göndərilib.

BAKI, 23 noyabr — Sputnik. Dövlət Tərcümə Mərkəzi qədim Xankəndinin tarixindən, Rusiya və İran arasında bağlanmış 1828-ci il tarixli Türkmənçay müqaviləsinə əsasən, Dağlıq Qarabağa köçürülmüş ermənilərin uzun illər boyu Azərbaycanın bu əzəli torpaqlarında apardığı erməniləşdirmə siyasətindən bəhs edən "Xankəndi necə Stepanakert oldu" adlı sənədli videoçarx hazırlayıb.

Sputnik Azərbaycan xəbər verir ki, beynəlxalq internet məkanında, sosial şəbəkələrdə ingilis, rus, türk, fars, ərəb, gürcü, fransız, ukrayna, ispan və alman dilində yayımlanacaq videoçarx xarici ölkələrin Azərbaycanda akkreditə olunmuş səfirlik və nümayəndəliklərinə, dünyanın nüfuzlu kütləvi informasiya vasitələrinə göndərilib.

0
Teqlər:
kütləvi informasiya vasitələri, ingilis, ərəb, fars, Dağlıq Qarabağ, Azərbaycan, sosial şəbəkələr, Xankəndi
Azərbaycanlı şahmatçı Teymur Rəcəbov, arxiv şəkli

Teymur Rəcəbov Levon Aronyana qalib gəlib

9
Ağ fiqurlarla oynayan Rəcəbov qələbə qazanıb. Bununla da Teymur 7 oyundan sonra xal hesabını 3,5-ə çatdırıb.

BAKI, 23 noyabr - Sputnik. Onlayn şahmat üzrə “Skilling Open” turniri davam edir.

Apasport.az saytının məlumatına görə, Azərbaycan qrossmeysteri Teymur Rəcəbov VII turda prinsipial qarşılaşmaya çıxıb.

Şahmatçımız ermənistanlı Levon Aronyanla qarşılaşıb. Ağ fiqurlarla oynayan Rəcəbov qələbə qazanıb. Bununla da Teymur 7 oyundan sonra xal hesabını 3,5-ə çatdırıb.

Qeyd edək ki, turnirin əsas mərhələsində 16 şahmatçı bir dövrəlik dairəvi sistemlə mübarizə aparır. Üçgünlük mübarizədən sonra pley-off start götürəcək.

9
Teqlər:
şahmat turniri, Teymur Rəcəbov, qalib, qələbə, şahmat