Bu ölkənin vətəndaşları ölkəmizdə rusiyalılardan çox otel nömrəsi sifariş edirlər

© Sputnik / Murad OrujovHotel otağı, arxiv şəkli
Hotel otağı, arxiv şəkli - Sputnik Azərbaycan
Abunə olmaq
Xarici vətəndaşlar ən çox Bakıdakı otellərdə nömrə sifariş edirlər, ikinci yerdə isə Gəncə gəlir

BAKI, 25 oktyabr — Sputnik. 2018-ci ilin yanvar-sentyabr aylarında ölkə üzrə mehmanxanalarda 2 mln 446,8 min nəfər gecələyib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 24,4% çoxdur.

Sputnik Azərbaycan Dövlət Statistika Komitəsinə istinadla xəbər verir ki, gecələmələrin 57,8 faizi Bakıda, 10,6 faizi Qəbələdə, 6,6 faizi Xaçmazda, hər birində 3,9 faiz olmaqla Naftalan və Qubada, 3,8 faizi Qusarda, 2,7 faizi Naxçıvan Muxtar Respublikasında, 1,1 faizi Qaxda, hər birində 0,8 faiz olmaqla Gəncə və Lənkəranda, 8,0 faizi isə digər rayonlardakı (şəhərlərdəki) mehmanxanalarda qeydə alınıb.

Əcnəbilər və vətəndaşlığı olmayan şəxslər tərəfindən keçirilmiş gecələmələrin sayı əvvəlki ilin müvafiq dövrünə nisbətən 31,3 faiz artaraq 1651,7 min olub ki, bu da ümumi gecələmələrin 67,5 faizini təşkil edir. Gecələmələrin 13,3 faizi Birləşmiş Ərəb Əmirlikləri, 11,4 faizi Rusiya Federasiyası, 9,9 faizi Səudiyyə Ərəbistanı, 5,2 faizi İran, 4,0 faizi Türkiyə, 3,8 faizi İsrail, 3,6 faizi Hindistan, 3,3 faizi Küveyt, hər biri üzrə 2,7 faiz olmaqla Böyük Britaniya və İraq, 2,6 faizi ABŞ, 2,5 faizi Qətər, 2,2 faizi Pakistan, 1,5 faizi Qazaxıstan, 1,4 faizi Oman, 1,2 faizi Almaniya, 1,1 faizi Bəhreyn,1,0 faizi Ukrayna, 26,6 faizi isə digər ölkələrin vətəndaşlarının payına düşür. 

Yür kürəsinin kosmosdan görünüşü, arxiv şəkli - Sputnik Azərbaycan
Həftəlik qiyməti 40 milyon dollar – Kosmosda da otel qururlar

Azərbaycan Respublikası vətəndaşları üzrə keçirilmiş gecələmələr ötən ilin eyni dövrü ilə müqayisədə 12,0% artaraq 795,1 min olub.

Cari ilin doqquz ayında mehmanxanaların gəlirləri 286,1 milyon manat olub. Onun da 68,1 faizi nömrələrin (otaqların) təqdim olunması üzrə xidmətlərdən, 23,4 faizi içkilər də daxil olmaqla qida məhsullarının satışı üzrə xidmətlərdən, 3,0 faizi müalicə və sağlamlıq xidmətlərindən, 5,5 faizi isə digər xidmətlərin göstərilməsindən əldə edilib.

Mehmanxanaların nömrə fondundan istifadə səviyyəsinin orta göstəricisi ölkə üzrə 21,9 faiz olub. Bu göstərici Naftalanda 62,0%, Ağstafada 36,7%, Qəbələdə 35,3%, Bakıda 30,5%, Zərdabda 24,7%, Qubada 24,3%, Şəmkirdə 23,1%, Şirvanda 22,4%, digər şəhər və rayonlarda isə orta ölkə göstəricisindən aşağı olub.

Mehmanxanaların nömrə fondundan istifadə səviyyəsinin orta göstəricisi avqust ayında ən yüksək – 35,1 faiz olub. Bu göstərici iyul ayında 32,3 faiz, sentyabr ayında isə 23,2 faiz təşkil edib.

Xəbər lenti
0