İlham Əliyev ISESCO-nun baş direktoru ilə görüşüb

İlham Əliyev önəmli təşkilatların rəhbərlərini qəbul edib

14
(Yenilənib 15:12 25.10.2018)
Prezident İlham Əliyev daha sonra UNESCO-nun baş direktorunun müavini Qu Ksinqi də qəbul edib

BAKI, 25 oktyabr - Sputnik. Xəbər veridiyimiz kimi, bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev bir sıra mühüm görüşlər keçirib. Sputnik Azərbaycan Prezidentin rəsmi saytına istinadən xəbər verir ki, rəsmi görüşlər çərçivəsində ölkə başçısı ISESCO-nun baş direktoru Əbdüləziz bin Osman əl-Tuveycri ilə görüşüb.

Prezident İlham Əliyev daha sonra UNESCO-nun baş direktorunun müavini Qu Ksinqi də qəbul edib.

Ölkə başçısı, həmçinin Parlamentlərarası İttifaqın prezidenti xanım Qabriela Baron ilə görüşüb.

Prezident İlham Əliyev Rusiya Federasiyası Hökuməti sədrinin müavini xanım Olqa Qolodetsin başçılıq etdiyi nümayəndə heyətini də qəbul edib.

  • Президент Ильхам Алиев встретился с заместителем генерального директора ЮНЕСКО
    Президент Ильхам Алиев встретился с заместителем генерального директора ЮНЕСКО
    © Official website of President of Azerbaijan Republic
  • Президент Ильхам Алиев встретился с президентом Межпарламентского союза
    Президент Ильхам Алиев встретился с президентом Межпарламентского союза
    © Official website of President of Azerbaijan Republic
  • İlham Əliyev Rusiya Hökuməti sədrinin müavininin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
    İlham Əliyev Rusiya Hökuməti sədrinin müavininin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb
    © Official website of President of Azerbaijan Republic
1 / 3
© Official website of President of Azerbaijan Republic
Президент Ильхам Алиев встретился с заместителем генерального директора ЮНЕСКО
14
Teqlər:
UNESCO-nun və ISESCO-nun xoşməramlı səfiri, UNESCO, İlham Əliyev
Əlaqədar
İlham Əliyev Səudiyyə kralı ilə görüş təəssüratlarını açıqladı
Soçidə İlham Əliyev və Vladimir Putin arasında görüş olub
İlham Əliyev ABŞ-da mühüm görüş keçirdi
İlham Əliyev önəmli görüş keçirib
Dalğalar

Xəzərdə dalğaların hündürlüyü 5 metrə çatıb - Faktiki hava

4
(Yenilənib 12:06 04.08.2020)
Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 25-27, aran rayonlarında 29-31, dağlıq rayonlarda 18-21, Naxçıvan MR-da 31-34 dərəcə isti olub.

BAKI, 4 iyul – Sputnik. Faktiki hava açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən Sputnik Azərbaycan-a bildirilib ki, avqustun 4-ü  səhərədək olan məlumata əsasən ölkə ərazisində qeyri-sabit hava şəraiti davam edib, şimşək çaxıb, arabir yağış yağıb, bəzi yerlərdə leysan xarakterli intensiv olub, şimal-qərb küləyi güclənib. 

Düşən yağıntının miqdarı Ağdərədə (Ordubad) 22 mm, Astarada 16 mm, Salyanda 10 mm, Lerikdə 8 mm, Beyləqanda 6 mm, Biləsuvarda 5 mm, Qubada 4 mm, Daşkəsən, Göygöl, Balakən, Qrız, Xınalıqda 3 mm, Gədəbəy, Ağdam, Qəbələ, Qusar, Neftçala, Yardımlı, Lənkəran, Ağsuda 2 mm, Sumqayıt, Bakı, Maştağa, Pirallahı, Naftalan, Şəmkir, Zaqatala, Şəki, İsmayıllı, Şamaxı, Altıağac, Xaltan, Yevlax, Göyçay, İmişli, Sabirabad, Cəfərxan, Qazıməmməd, Kişçay (Şəki), Şabran, Nabran, Şahdağda 1 mm olub. Yağan leysan xarakterli yağış nəticəsində avqustun 3-də Talaçay Zaqatala və Əyriçay Başdaşağıl məntəqələrindən sel keçib.

Şimal-qərb küləyi gün ərzində arabir Neftçalada 26 m/s, Naftalanda 23 m/s, Bakı, Qum adasında 28 m/s, Maştağada 25 m/s, Çilov adasında 23 m/s, Ələt, Pirallahıda 20 m/s, Sumqayıt, Binədə 19 m/s, Neft Daşlarında 23 m/s-dək güclənib. Neft Daşları stansiyasının məlumatına əsasən dalğanın hündürlüyü 5 metrə çatıb. 

Havanın maksimal temperaturu Bakıda və Abşeron yarımadasında 25-27, aran rayonlarında 29-31, dağlıq rayonlarda 18-21, Naxçıvan MR-da 31-34 dərəcə isti olub.

4
Milli Məclis

Milli Məclis təcili toplaşır –  Deputatları məzuniyyətdən geri çağırıblar

9
(Yenilənib 11:34 04.08.2020)
Milli Məclisin Daxili Nizamnaməsinə uyğun olaraq parlamentin üzvləri iyulun 15-dən avqust ayının 30-dək istirahətə buraxılmışdı.

BAKI, 4 iyul – Sputnik. Bu gündən Azərbaycan Milli Məclisinin növbədənkənar sessiyası öz işinə başlayır.

Sputnik Azərbaycan xəbər verir ki, parlamentin 59 deputatı Konstitusiyanın 88-ci maddəsinin II hissəsinə əsasən, növbədənkənar sessiyanın çağırılmasını tələb edib.

Bu tələbi nəzərə alan Milli Məclisin Sədri S.Qafarova avqustun 4-dən etibarən parlamentin növbədənkənar sessiyasının çağırılması haqqında sərəncam imzalayıb.

Növbədənkənar sessiyanın çağırılması ilə əlaqədar olaraq bu gün – avqustun 4-də Milli Məclisin Əmək və sosial siyasət, İqtisadi siyasət, sənaye və sahibkarlıq komitələrinin iclası keçiriləcək. Komitə iclaslarında 2020-ci ilin dövlət büdcəsinin zərfinə daxil olan məsələlər müzakirə olunacaq. Avqustun 5-i, 6-ı və 7-də isə Milli Məclisin plenar iclasları keçiriləcək.

Bundan əlavə, qanunvericiliyə uyğun olaraq, deputatlar avqustun 4-dən sessiyanın bitəcəyi tarixə qədər məzuniyyətdən geri çağırılıblar.

Qeyd edək ki, Milli Məclisin Daxili Nizamnaməsinə uyğun olaraq parlamentin üzvləri iyulun 15-dən avqust ayının 30-dək istirahətə buraxılmışdı.

9
Moskvada koronavirusa yoluxanan xəstələrin müalicə aldığı hospital

Bir gündə 5 min yoluxma: Rusiyada ölənlərin sayı artır

0
(Yenilənib 12:21 04.08.2020)
Ümumilikdə Rusiyada bu xəstəliyə yoluxanların sayı 861423-ə çatıb. Rusiyada pandemiya yayılandan 14351 nəfər COVID-19-dan vəfat edib

BAKI, 4 avqust — Sputnik. Son bir sutka ərzində Rusiyada 5159 koronavirusa yeni yoluxma halı aşkarlanıb. Sputnik Azərbaycan Rusiya Operativ Qərargahına istinadən xəbər verir ki, bir gün ərzində qonşu ölkədə 144 nəfər ölüb.

Ümumilikdə Rusiyada bu xəstəliyə yoluxanların sayı 861423-ə çatıb. Rusiyada pandemiya yayılandan 14351 nəfər COVID-19-dan vəfat edib. Bir sutka ərzində virusdan sağalanların sayı isə 7878 nəfər olub. Bununla da bu ölkədə virusdan sağalanların sayı 661471-ə çatıb.

Xatırladaq ki, koronavirus infeksiyası ötən ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Hazırda virus dünyanın əksər regionları və ölkələrində yayılıb. Dünyada koronavirus infeksiyasına indiyədək yoluxanların sayı 18,2 milyonu keçib, 693 mindən çox adam isə virus səbəbilə ölüb.

Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) fevralın 11-də infeksiyanın törətdiyi xəstəliyin adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.

0