İlham Əliyev Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun rektoru ilə görüşüb

Ölkə başçısı bu gün bir sıra mühüm görüşlər keçirib

19
(Yenilənib 13:27 25.10.2018)
Prezident İlham Əliyev oktyabrın 25-də BMT baş katibinin müavini Rəşid Xalikov və Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun rektoru Anatoli Torkunov ilə görüşüb

BAKI, 25 oktyabr — Sputnik. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 25-də BMT baş katibinin müavini Rəşid Xalikov ilə görüşüb. Sputnik Azərbaycan Preizdentin rəsmi saytına istinadən xəbər verir ki, BMT-nin baş katibi Antonio Quterreşin salamlarını və xoş arzularını dövlətimizin başçısı İlham Əliyevə çatdıran Rəşid Xalikov Bakı Humanitar Forumunun əhəmiyyətindən bəhs etdi, bu tədbirin beynəlxalq əməkdaşlığa mühüm töhfələrindən danışıb. 

Prezident İlham Əliyev Brüsseldə Avropa İttifaqı Şurasının prezidenti  Donald Tusk ilə görüşüb, 11 iyul 2018-ci il
© Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi

Prezident İlham Əliyev BMT baş katibinin müavini Rəşid Xalikovun Forumda iştirakına və çıxışına görə minnətdarlığını bildirdi. Dövlətimizin başçısı İlham Əliyev Rəşid Xalikovun Forumda iştirakının və çıxışının BMT-nin bu tədbirə böyük önəm verməsinin göstəricisi olduğunu vurğulayıb.

Azərbaycan Prezidenti baş katib Antonio Quterreş ilə ötən il BMT Baş Assambleyası çərçivəsində görüşünü məmnunluqla xatırladıb.

Dövlətimizin başçısı BMT baş katibinin salamlarına görə minnətdarlığını bildirib, onun da salamlarının Antonio Quterreşə çatdırılmasını xahiş edib.

İlham Əliyev BMT baş katibinin müavini ilə görüşüb
© Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi
İlham Əliyev BMT baş katibinin müavini ilə görüşüb

Görüşdə Azərbaycan ilə BMT arasında uğurlu əməkdaşlığın həyata keçirildiyi bildirilib, əlaqələrin perspektivləri ətrafında fikir mübadiləsi aparılıb.

Prezident İlham Əliyev bu gün, həmçinin Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunun rektoru Anatoli Torkunov ilə görüşüb.

Görüşdə VI Bakı Beynəlxalq Humanitar Forumunun əhəmiyyəti vurğulanıb, bu tədbirin beynəlxalq əməkdaşlığa mühüm töhfə verdiyi qeyd edilib.

Prezident İlham Əliyev Anatoli Torkunovun Forumda iştirakından məmnunluğunu bildirib.

Rektor Anatoli Torkunov Forumun dünyada humanitar əlaqələrin inkişafına töhfəsini vurğulayaraq, ölkəmizə xoş duyğularla gəldiyini və bu mötəbər tədbirdə iştirak etdiyini deyib.

19
Teqlər:
BMT-nin baş katibi Antonio Quttereş, Görüş, İlham Əliyev
Əlaqədar
İlham Əliyev Səudiyyə kralı ilə görüş təəssüratlarını açıqladı
İlham Əliyev ABŞ-da mühüm görüş keçirdi
İlham Əliyev önəmli görüş keçirib
Soçidə İlham Əliyev və Vladimir Putin arasında görüş olub