Qəza

Zaqatalada maşın aşıb, sürücü ağır yaralanıb

58

BAKI, 21 oktyabr — Sputnik. Günorta saatlarında Zaqatala rayonunda sürücünün xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

“Report”un məlumatına görə, rayonun 1995-ci il təvəllüdlü Yuxarı Tala kənd sakini Nəzərov Abdukərim Cuma oğlu “VAZ-21064” markalı minik maşını ilə Zaqatala-Qax avtomobil yolunda hərəkətdə olarkən idarəetməni itirib və nəticədə avtomobil yol kənarına aşıb.

Qəzadan sonra sürücü A.Nəzərov ağır vəziyyətdə Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

Xəstəxanadan “Report”a bildirilib ki, zərərçəkmişə ağır qapalı kəllə-beyin travması diaqnozu qoyulub, müalicəsi Reanimasiya şöbəsində aparılır.

Faktla bağlı araşdırma aparılır. 

58