Манаты и рубли разных номиналов

Bu günə olan rəsmi məzənnə açıqlanıb

104
(Yenilənib 11:09 12.10.2018)
ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub

BAKI, 12 oktyabr — Sputnik. Azərbaycan Mərkəzi Bankının bu günə olan rəsmi valyuta məzənnələrinə əsasən, ABŞ dollarının məzənnəsi dəyişməyərək 1,7000 manat olub. Avronun məzənnəsi 0,38% artaraq 1,9729 manat, Rusiya rublunun məzənnəsi isə 1,25% irəliləyərək 0,0257 manat təşkil edib.

Qeyd edək ki, oktyabr ayının 11-nə Mərkəzi Bankın açıqladığı rəsmi dollar/manat məzənnəsi 1,7000 manat olub. Avro/manat məzənnəsi 1.9655 manata qalxıb, rubl/manat məzənnəsi 0,0254 manata düşüb, türk lirəsi isə 0,2801 manata yüksəlib.

104
Teqlər:
rubl, dollar, manat, Mərkəzi Bank, məzənnə
Əlaqədar
Bu günə olan rəsmi məzənnə
Manat günə yeni məzənnə ilə başladı
Mərkəzi Bankın uçot dərəcəsi və üzən məzənnə barədə qərarı açıqlandı
Mərkəzi Bankdan son dəqiqə məzənnə xəbəri
Bu günə olan rəsmi məzənnə açıqlandı

Bakıda xəttə buraxılacaq əlavə avtobusların vaxtı açıqlandı

2
Sərnişinlərimizdən bunu anlayışla qarşılamalarını və “BakıKart”-ın balansının artırılmasını terminal olan ünvanlarda planlı həyata keçirmələrini xahiş edilir.

BAKI, 9 avqust - Sputnik. Xüsusi karantin rejiminin yumşaldılması ilə əlaqədar artan sərnişin tələbatının qarşılanması məqsədi ilə təşkil olunan 5 sayda əlavə M1 A, M2 A və M8 ekspress xətləri sabahdan fəaliyyətə başlayır.

Bakı Nəqliyyat Agentliyindən (BNA) Sputnik Azərbaycan-a verilən məlumata görə, saat 06:30-dan 21:00-dək fəaliyyətdə olacaq ekspress xətlər üzrə “BakuBus” MMC-nin istismarında olan 12 metrlik müasir və komfortlu avtobuslar sərnişinlərin xidmətində olacaq.

Tələbata uyğun olaraq xətlərə 18 metrlik avtobuslar da cəlb olunacaq. Bir neçə gündür test rejimində fəaliyyət göstərən M1 A və M2 A ekspres xətti üzrə avtobuslar mövcud M1 və M2 xəttinə dəstək xarakteri daşıyır. M8 xəttinin istifadəyə verilməsi ilə Maştağa, Zabrat, Sabunçu və bu istiqamətindəki digər yaşayış sahələrinin şəhər mərkəzi ilə birbaşa əlaqələndirməsi təmin olunacaq. Bu isə gündəlik 13000 sərnişinin şəhər mərkəzinə və əks istiqamətdə rahat gediş-gəlişinə şərait yaradacaq. Bu xətt üzrə bir istiqamətdə 9 dayanacaq məntəqəsi müəyyən edilib ki, bunlar da zəruri hesab edilən əsas cəlbetmə məntəqələridir.

Karantin rejimi ilə əlaqədar məhdud zaman çərçivəsində təşkil olunduğundan M8 xətti üzrə “BakıKart” ödəmə terminalı indiki mərhələdə zəruri hesab olunan məntəqələrdə quraşdırılır. Sərnişinlərimizdən bunu anlayışla qarşılamalarını və “BakıKart”-ın balansının artırılmasını terminal olan ünvanlarda planlı həyata keçirmələrini xahiş edirik.

BNA nəzərə çatdırır ki, M9 və M10 ekspres xətti üzrə avtobuslar qarşıdakı günlərdə fəaliyyətə başlayacaq.

2
Защитник Карабаха Аилтон Феррейра празднует забитый гол в ворота кипрского АПОЭЛ

“Qarabağ”ın Çempionlar Liqasında rəqibi bəlli olub

83
Qurbanovun baş məşqçisi olduğu komanda bir matçdan ibarət mərhələnin oyununu evdə keçirəcək. I təsnifat mərhələsinin qarşılaşmaları avqustun 18-19-da baş tutacaq.

BAKI, 9 avqust - Sputnik. Azərbaycan çempionu “Qarabağ”ın avrokubokların 2020/21 mövsümündəki ilk rəqibi müəyyənləşib.

Ağdam təmsilçisi Çempionlar Liqasının I təsnifat mərhələsində “Sileks” (Şimali Makedoniya) ilə üz-üzə gələcək.

Bu, İsveçrənin Nyon şəhərində keçirilən püşkatmada bəlli olub. Qurban Qurbanovun baş məşqçisi olduğu komanda bir matçdan ibarət mərhələnin oyununu evdə keçirəcək. I təsnifat mərhələsinin qarşılaşmaları avqustun 18-19-da baş tutacaq.

83
Qadın Honqkonqda valyutadəyişmə məntəqəsinin qarşısından keçir, arxiv şəkli

Çin turistləri cəlb etmək üçün daha bir yola əl atır

0
Ekskursiyalar zamanı ziyarətçilərin sayı adi haldakının yarısı qədər olacaq. Onlar maskada olmalıdırlar.

BAKI, 9 avqust — Sputnik. Çinin Şandun, Şansi, Henan, Şensi, Quyçjou və Qansu əyalətlərində 500-dən artıq turist obyekti daha çox ziyarətçi cəlb etmək məqsədilə biletlərin qiymətini endiriblər.

Sputnik Azərbaycan "RİA Novosti"-yə istinadən bildirir ki, ilin sonunadək səyahətçilər görkəmli yerlərə 20-50% güzəştli qiymətlərlə baxa bilərlər.

Ekskursiyalar zamanı ziyarətçilərin sayı adi haldakının yarısı qədər olacaq. Onlar maskada olmalıdırlar, obyektə girməmişdən əvvəl isə hərarətləri ölçüləcək və sağlamlıqları barədə məlumat daşıyan xüsusi QR-kodu göstərməlidirlər.

Məsələn, Quyçjou əyalətində hökumət apreldən iyuladək bütün 420 turistik görməli yer üçün pulsuz biletlər təklif edib. Hazırda bu hüquqa yalnız tibb işçiləri malikdirlər, digər şəxslər isə biletin haqqının yarısını ödəyirlər. Biletləri yalnız onlayn almaq olar.

Məmurlar bildirirlər ki, çevik qiymət siyasətinin sayəsində obyektlərdə turistlərin sayı ötənilki göstəricilərin təxminən yarısını təşkil edib.

0