SİYASƏT
Ölkənin ictimai-siyasi həyatına, xarici siyasətə, beynəlxalq siyasi gündəmə dair məqalələr

İlham Əliyevlə Nikol Paşinyanın müzakirə etdiyi mövzular məlum oldu - RƏSMİ

© Official website of President of Azerbaijan RepublicПрезидент Ильхам Алиев принял участие во встрече Совета глав государств СНГ в узком составе в Душанбе
Президент Ильхам Алиев принял участие во встрече Совета глав государств СНГ в узком составе в Душанбе - Sputnik Azərbaycan
Abunə olmaq
Düşənbədə Azərbaycan Prezidenti ilə Ermənistanın baş naziri arasında söhbət olub

BAKI, 28 sentyabr — Sputnik. Düşənbədə MDB Sammiti çərçivəsində Azərbaycan Prezidenti İlham Əliyev ilə Ermənistanın baş naziri Nikol Paşinyan arasında söhbət olub.

Sputnik Azərbaycan xəbər verir ki, bu barədə Azərbaycan Prezidentinin mətbuat xidmətinin məlumatında deyilir.

Qeyd olunur ki, tərəflər Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına, tərəflərin təmas xəttində və Ermənistan ilə Azərbaycan arasındakı sərhəddə insidentlərin qarşısının alınması üçün atəşkəs rejiminin möhkəmlənməsinə dair danışıqlar prosesinə sadiq olduqlarını bildiriblər.

"Tərəflər müvafiq strukturlar arasında operativ əlaqə qurulması üçün mexanizmlərin yaradılmasını qərara alıblar", — deyə məlumatda vurğulanıb.

Xəbər lenti
0