İlham Əliyev Düşənbədə MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə görüşündə iştirak edib

İlham Əliyevlə Nikol Paşinyan arasında qısa söhbət olub - VİDEO

13994
(Yenilənib 14:37 28.09.2018)
MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə görüşündə Əliyevlə Paşinyan yan-yana gəlib

BAKI, 28 sentyabr — Sputnik. Tacikistan Respublikasının paytaxtı Düşənbə şəhərində MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə görüşü olub. Sputnik Azərbaycan dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev görüşdə iştirak edib.

Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevi qarşılayıb. Azərbaycan və Tacikistan prezidentləri birgə foto çəkdiriblər. Sonra görüşdə iştirak edən dövlət başçılarının birgə fotoları çəkilib.

  • Düşənbədə MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası olub
    Düşənbədə MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası olub
    © Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi
  • Düşənbədə MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası olub
    Düşənbədə MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası olub
    © Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi
  • İlham Əliyev Düşənbədə MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə görüşündə iştirak edib
    İlham Əliyev Düşənbədə MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə görüşündə iştirak edib
    © Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi
  • İlham Əliyev Düşənbədə MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə görüşündə iştirak edib
    İlham Əliyev Düşənbədə MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə görüşündə iştirak edib
    © Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi
  • Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev
    © Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi
1 / 5
© Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi
Düşənbədə MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası olub

Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon çıxış edərək ölkəsinin MDB-yə sədrliyi dövründə görülən işlərdən danışıb. Bildirib ki, MDB-yə üzv ölkələrin birgə fəaliyyəti nəticəsində, demək olar, bütün sahələri əhatə edən əməkdaşlığa dair sənədlər hazırlanıb.

Tacikistanın MDB-yə sədrliyi dövründə 40-a yaxın iclas keçirilib, əməkdaşlığın genişləndirilməsi, terrorizm və ekstremizmlə, narkotiklərin qanunsuz dövriyyəsi, qanunsuz miqrasiya ilə mübarizə və s. məsələlər geniş müzakirə olunub. Həmçinin iqtisadi sahədə də səmərəli əməkdaşlıq olub.

Daha sonra Düşənbədə MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası olub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iclasda iştirak edib. İclasda sənədlər imzalanıb.

Bu arada, Ermənistan mətbuatında Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistanın Baş naziri Nikol Paşinyanın yan-yana gəldiklərini əks etdirən video-görüntü yayılıb. Görüntüyə əsasən, foto çəkdirdikdən sonra Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan ayaq üstü söhbət ediblər.

13994
Teqlər:
Tacikistan Respublikası, Ermənistan baş naziri Nikol Paşinyan, MDB Dövlət Başçıları Şurası, Azərbaycan Respublikası, İlham Əliyev, prezident
Əlaqədar
Azərbaycan Tbilisi memorandumunu rədd etdi – Ermənistanla əməkdaşlıq olmayacaq
Nazirlik Ermənistan millisinin Azərbaycana gəlməməsinə münasibət bildirdi
Gürcüstan və Ermənistandan Azərbaycana təhlükə ixrac olunur
Azərbaycan XİN: Ermənistan indi din amilini ortaya atıb