Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Azərbaycan və Rusiya prezidentləri arasında təkbətək görüş olub

© Official website of President of Azerbaijan Republicİlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin Bakıda IX Azərbaycan-Rusiya Regionlararası Forumunun rəsmi açılış mərasimdə iştirak ediblər
İlham Əliyev və Rusiya Prezidenti Vladimir Putin Bakıda IX Azərbaycan-Rusiya Regionlararası Forumunun rəsmi açılış mərasimdə iştirak ediblər - Sputnik Azərbaycan
Abunə olmaq
Dövlət başçıları IX Azərbaycan-Rusiya Regionlararası Forumunun rəsmi açılış mərasimində iştirak ediblər

BAKI, 27 sentyabr — Sputnik. Heydər Əliyev Mərkəzində IX Azərbaycan-Rusiya Regionlararası Forumunun rəsmi açılış mərasimi olub. Sputnik Azərbaycan dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Rusiya Federasiyasının Prezidenti Vladimir Putin mərasimdə iştirak ediblər. Azərbaycan və Rusiya prezidentləri açılış mərasimində çıxış ediblər.

Daha sonra İlham Əliyevin Vladimir Putin ilə təkbətək görüşü olub. AZƏRTAC xəbər verir ki, Azərbaycan və Rusiya prezidentləri görüşdə çıxış edilbər. Sonra prezidentlər çay süfrəsi arxasında söhbəti davam etdiriblər.

Qeyd edək ki, Rusiya lideri bu gün səhər saatlarında Azərbaycana səfərə gəlib.

Xəbər lenti
0