Bakının Qafqaz İslam ordusu tərəfindən azad edilməsinə həsr olunmuş hərbi parad. Bakı, 15 sentyabr 2018-ci il

"Azərbaycanın bu mürəkkəb vəziyyətdə yeganə dayağı yenə Türkiyədir"

32
(Yenilənib 18:45 17.09.2018)
Sovet Rusiyası isə regiona öz ərazisi kimi baxırdı və buranı əldən vermək istəmirdi

BAKI, 17 sentyabr — Sputnik. Bu gün Sputnik Multimedia Mərkəzində Müasir Türkiyə-Azərbaycan əməkdaşlığının əsasında nələrin dayandığı, tarixin iki ölkənin qarşılıqlı fəaliyyətinin əsas vektorunun formalaşmasına necə təsir etməsi barədə dəyirmi masa keçirilib. Dəyirmi masada Qafqaz tarixi mərkəzinin direktoru, siyasi icmalçı, Rizvan Hüseynov, tarix elmləri doktoru Firdovsiyyə Əhmədova, AMEA Tarix institutunun şöbə müdiri Natiq Məmmədzadə və media nümayəndələri iştirak edib.

Müasir Türkiyə-Azərbaycan əməkdaşlığına həsr olunmuş dəyirmi masa. Sputnik Multimedia Mərkəzi, 17 sentyabr 2018-ci il
© Sputnik / Murad Orujov
Müasir Türkiyə-Azərbaycan əməkdaşlığına həsr olunmuş dəyirmi masa. Sputnik Multimedia Mərkəzi, 17 sentyabr 2018-ci il

Türkiyə və Azərbaycan arasında olan münasibətlərdən danışan Firdovsiyyə Əhmədova qeyd edib ki, xalqlarımız arasında əlaqələr lap qədim dövrlərdən yaxşı olub, lakin son bir əsrdə bu əlaqələr yeni mərhələyə çıxıb: "100 il əvvəl Azərbaycanın bəzi maraqları ilə xarici qüvvələrin maraqları çox zaman üst-üstə düşürdü. Ümumiyyətlə region beynəlxalq rəqabət meydanına çevrilmişdi. Böyük Britaniyanın hərbi ekspedisiyası Bakının azad olunması ərəfəsində İranda idi və Bakıya daxil olmaq üçün fürsət gözləyirdi. Osmanlı imperiyasının müttəfiq olmasına baxmayaraq Almaniyanın bu regionda öz maraqları var idi. Sovet Rusiyası isə regiona öz ərazisi kimi baxırdı və buranı əldən vermək istəmirdi".

Müasir Türkiyə-Azərbaycan əməkdaşlığına həsr olunmuş dəyirmi masa. Sputnik Multimedia Mərkəzi, 17 sentyabr 2018-ci il
© Sputnik / Murad Orujov
Tarix elmləri doktoru Firdovsiyyə Əhmədova

Tarix elmləri doktoru qeyd edib ki, mayın 28-i Azərbaycan Cümhuriyyəti elan olunduqdan sonra iyunun 4-də rəsmi olaraq Osmanlı İmperiyası ilə sülh və dostluq haqqında müqavilə imzalandı: "Bu müqavilənin dördüncü bəndinə əsasən, Azərbaycan dövləti Osmanlı İmperiyasından hərbi yardım istədi. Bu yardımın da istənilməsində başlıca məqsəd hələ də azərbaycanlıların ermənilər tərəfindən təcavüzə məruz qalması, kütləvi qırğınların qarşısını almaq, eyni zamanda Azərbaycanın öz ərazi bütövlüyünü təmin etmək üçün lazımı bir addım idi. Nəticə etibarlı ilə Qafqaz İslam Ordusu adlı bir ordu formalaşdırıldı. Bu ordunun tərkibində azərbaycanlı hərbçilər də iştirak edirdi. 1918-ci ilin sentyabrın 14-də başlayan hücum nəticəsində Bakı Sentrokaspi diktaturası və Britaniya qüvvələrindən azad olundu, yəni Azərbaycan öz qədim paytaxtına qovuşdu".

Müasir Türkiyə-Azərbaycan əməkdaşlığına həsr olunmuş dəyirmi masa. Sputnik Multimedia Mərkəzi, 17 sentyabr 2018-ci il
© Sputnik / Murad Orujov
AMEA Tarix institutunun şöbə müdiri Natiq Məmmədzadə

AMEA Tarix institutunun şöbə müdiri Natiq Məmmədzadə isə qeyd edib ki, 1918-ci ildə Osmanlı İmperiyasının, Qafqaz İslam Ordusunun Azərbaycana gəlişi işğalçılıq kimi qələmə verilib: "Lakin o dövrün sənədləri, Osmanlı dövlətinin və Azərbaycan Xalq Cümhuriyyətinin sərgilədiyi mövqe isə bunun bu cür olmadığını sübut edir. Bu cür fikirlərə ən tutarlı cavab, dəlil kimi Osmanlı qüvvələrinin Azərbaycanda olduğu bir vaxtda may ayından – noyabr ayına qədər olduğu vaxtda AXC-nin müxtəlif üzvləri, nazirləri Osmanlı komandanlığı tərəfindən ölkənin daxili işlərinə müəyyən dərəcədə qarışmaq cəhdlərinin qətiyyətlə qarşısını alıb. Hərbi hakimiyyətin AXC-nin daxili işlərinə müdaxiləsi hallar olduqda rəsmi olaraq AXC hökumətinin rəhbəri Fətəli Xan Xoyski Osmanlı İmperiyasına öz etirazını bildirirdi. Bir də Əlimərdan bəy Topçubaşovun müstəqil nazir kimi Osmanlı İmperiyasına göndərmək olar".

Müasir Türkiyə-Azərbaycan əməkdaşlığına həsr olunmuş dəyirmi masa. Sputnik Multimedia Mərkəzi, 17 sentyabr 2018-ci il
© Sputnik / Murad Orujov
Qafqaz tarixi mərkəzinin direktoru, siyasi icmalçı, Rizvan Hüseynov

Qafqaz tarixi mərkəzinin direktoru, siyasi icmalçı, Rizvan Hüseynov isə Azərbaycan yenidən müstəqillik əldə etdikdən sonra ölkələr arasında əlaqələrin xüsusi ilə inkişaf etməsinə diqqət çəkib: "Biz bütün dünyaya göstərdik ki, biz nəinki dostluq edirik, biz – Türkiyə və Azərbaycan bütün regiona və qitəyə fayda verə biləcək birgə layihələr həyata keçirə bilərik. Azərbaycan, Türkiyə və bir sıra ölkələr Yeni İpək yolunun bərpa edilməsinin təşəbbüskarlarıdır. Azərbaycan və Türkiyənin köməkliyi ilə yaradılan yeni iqtisadi model, tranzit layihələr ölkələr arasında qarşılıqlı münasibətlərin və inamın göstəricisidir. Dünyada buna dair başqa bir nümunə yoxdur. Dünyada, Yaxın Şərqdə baş verən qarşıdurma və qırğınların, demək olar ki hər gün şahidiyik. Bəzi ekspertlər bunu Üçüncü Dünya Müharibəsi kimi dəyərləndirirlər. Çünki İkinci Dünya Müharibəsində olduğu kimi faktorlar eyni ölkələridir. Bu mürəkkəb geosiyasi durumda hər bir ölkənin özünün iqtisadi, siyasi maraqları var. Azərbaycanın bu mürəkkəb vəziyyətdə yeganə dayağı yenə də Türkiyədir".

"Cənab prezident İlham Əliyev də öz çıxışında qeyd etdiyi kimi, Türkiyə nə qədər güclənsə, bir o qədər də Azərbaycan güclənəcək. Bu özü böyük bir siyasi mesajdır. Bu, onu göstərir ki, Azərbaycan və Türkiyə həm siyasətdə, həm iqtisadiyyatda, həm hərbidə və digər sahələrdə bir mövqedən çıxış edir. Bizə qarşı çıxan böyük ölkələr zaman keçdikcə bizim yürütdüyümüz siyasəti qəbul edir" — deyə R.Hüseynov qeyd edib.

32