Böyük həcmdə zərərli məhsulların ölkəyə daxil olmasının qarşısı alınıb

© Sputnik / Ilham MustafayevMənşəyi məlum olmayan bu xəstəlik məhsuldarlığı xeyli aşağı salıb
Mənşəyi məlum olmayan bu xəstəlik məhsuldarlığı xeyli aşağı salıb - Sputnik Azərbaycan
Abunə olmaq
AQTA tərkibində zərərli orqanizmlər olan 24700 kq kartof məhsulunun ölkə ərazisinə daxil olmasının qarşısını alıb

BAKI, 3 sentyabr — Sputnik. İran İslam Respublikasından fitosanitar sertifikatla ixrac olunan və "Güllü-80" MMC–nin ünvanına göndərilməsi nəzərdə tutulan kartof məhsuluna Qida Təhlükəsizliyi Agentliyinin fitosanitar müfəttişləri tərəfindən baxış keçirilərkən həmin məhsulda zərərli orqanizm olduğu aşkar edilib.

Agentliyin mətbuat xidmətindən Sputnik Azərbaycan-a verilən məlumata görə, aşkar edilən zərərli orqanizmin karantin tətbiq edilən Kolorado kartof böcəyi (Leptinotorsa decemlineata Say) olması ehtimal edilərək, zərərli orqanizmin təsdiqlənməsi üçün məhsuldan və zərərvericidən nümunə götürülərək Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına göndərilib. Müayinələr nəticəsində, məhsullarda karantin tətbiq edilən Kolorado kartof böcəyi zərərvericisinin olması təsdiqlənib.

Aşkar edilmiş karantin tətbiq edilən zərərli orqanizmin təhlükəliliyi nəzərə alınaraq, Biləsuvar gömrük idarəsinin "Qoşa Təpə" gömrük postunda saxlanılan 67A995-10/67AA96-10 Dövlət nömrə nişanlı nəqliyyat vasitəsində olan 24700 kq kartof məhsulunun İran İslam Respublikasına qaytarılması üçün Dövlət Gömrük Komitəsinə müraciət edilib.

Qeyd edək ki, "Fitosanitar nəzarəti haqqında" Azərbaycan Respublikasının Qanuna əsasən, idxal olunan bitki və bitkiçilik məhsullarının zərərli orqanizmlərlə sirayətlənməsi riski mövcud olduqda, onların ölkə ərazisinə daxil olmasının və yayılmasının qarşısını almaq məqsədi ilə Qida Təhlükəsizliyi Agentliyi tərəfindən müvafiq tədbirlər həyata keçirilir.

Xəbər lenti
0