İlham Əliyev Çinin nümayəndə heyətini qəbul edib

Azərbaycan - Çin münasibətləri müzakirə olunub

87
(Yenilənib 14:06 30.08.2018)
İlham Əliyev Çinin nümayəndə heyətini qəbul edib

BAKI, 30 avqust — Sputnik. Azərbaycan Respublikasının prezidenti İlham Əliyev Xarici Ölkələrlə Dostluq üzrə Çin Xalq Assosiasiyasının sədri xanım Li Syaolinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Sputnik Azərbaycan dövlət başçısının rəsmi saytına istinadən xəbər verir ki, İlham Əliyev Çinin Azərbaycan üçün etibarlı tərəfdaş və dost ölkə olduğunu vurğulayaraq, özünün Çin Xalq Respublikasına rəsmi səfəri və ölkə rəhbərliyi ilə görüşlərini məmnunluqla xatırlayıb. Prezident həmin səfərdən keçən dövr ərzində ikitərəfli münasibətlərimizin bütün istiqamətlərdə daha da inkişaf etdiyini, Çinin yüksək səviyyəli nümayəndə heyətlərinin Azərbaycana səfər etdiklərini vurğulayıb.

Dövlət başçısı qeyd edib ki, bu dövr ərzində siyasi və iqtisadi əlaqələrimiz daha da möhkəmlənib. Prezident İlham Əliyev xanım Li Syaolinin Azərbaycana səfərinin maraqlı və səmərəli keçəcəyinə, ölkələrimiz arasında əlaqələrin daha da genişlənməsi işinə xidmət edəcəyinə əminliyini bildirib.

Xarici Ölkələrlə Dostluq üzrə Çin Xalq Assosiasiyasının sədri xanım Li Syaolin Azərbaycana ilk dəfə səfər etdiyini deyərək, prezident İlham Əliyevlə görüşməsindən böyük şərəf hissi duyduğunu vurğulayıb. O bildirib ki, Bakıya gəldikləri qısa müddət ərzində paytaxtda gördüyü inkişaf prosesləri nümayəndə heyətinin üzvlərinə dərin təəssürat bağışlayıb.

Xanım Li Syaolin rəhbərlik etdiyi qurum haqqında dövlətimizin başçısına məlumat verib. O, prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın inkişaf etdiyini və bunun hər yerdə hiss olunduğunu qeyd edib. Qonaq Heydər Əliyev Fondu ilə birgə fəaliyyəti haqqında məlumat verdi, maraqlı layihələrin həyata keçirilməsi ilə bağlı imkanların mövcud olduğunu deyib.

Söhbət zamanı iqtisadi, humanitar sahələrdə əməkdaşlıq barədə danışıldı, çinli turistlərin Azərbaycana böyük maraq göstərdikləri qeyd olunub.

87
Teqlər:
görüş, nümayəndə heyəti, xanım Li Syaolin, Xarici Ölkələrlə Dostluq üzrə Çin Xalq Assosiasiyası, İlham Əliyev, prezident, Azərbaycan Respublikası
Əlaqədar
İlham Əliyev 3 rayonu birləşdirən yolla bağlı sərəncam verdi
İlham Əliyev: “Türkiyə və Azərbaycan bütün dövrlərdə bir-birinə dəstək olub”
Prezident İlham Əliyev Binəli Yıldırımı qəbul edib
İlham Əliyev Gəncə Şəhər İcra Hakimiyyətinə başçı təyin etdi
İlham Əliyev yeni avtomobil yolunun açılışında iştirak edib
Elektrik yarımstansiyası, arxiv şəkli

Azərbaycanda yeni istilik elektrik stansiyalarının tikilməsinə ehtiyac yaranıb

33
(Yenilənib 00:22 21.10.2020)
"Koronavirus (COVID-19) pandemiyasının qlobal energetika sektorunda enerjiyə tələbatın azalması ilə müşayiət olunan təsirləri bu il ölkəmizin elektrik enerjisi ilə bağlı göstəricilərini qismən azaldıb".

BAKI, 21 oktyabr — Sputnik. "Koronavirus (COVID-19) pandemiyasının qlobal energetika sektorunda enerjiyə tələbatın azalması ilə müşayiət olunan təsirləri bu il ölkəmizin elektrik enerjisi ilə bağlı göstəricilərini qismən azaldıb".

Sputnik Azərbaycan xəbər verir ki, bunu Energetika naziri Pərviz Şahbazov 20 oktyabr - Azərbaycan energetiklərinin peşə bayramı günü münasibətilə rəsmi mətbuatda dərc etdirdiyi məqalədə bildirib.

Onun sözlərinə görə, bu ilin 9 ayı ərzində elektrik enerjisinin istehsalı ötən ilin müvafiq dövrü ilə müqayisədə 0,8% azalaraq, 19,4 milyard kVt·st təşkil edib.

P.Şahbazov bildirib ki, qarşıdakı illərdə isə elektrik enerjisinə tələbat və istehsal həcmləri ilə bağlı dinamikada əhəmiyyətli dərəcədə artım gözlənilir:

"2025-ci ilə qədər ölkəmizdə elektrik enerjisinə tələbatın 25,5 milyard kVt·st-a qədər artacağı, ixrac da nəzərə alınmaqla elektrik enerjisi istehsalının isə ötən ilə nisbətən 15% artımla 30 milyard kVt·st-a çatacağı proqnozlaşdırılır. Bu istehsal həcmlərinin bir qismi ötən il istismara verilmiş, qoyuluş gücü 409 МVt olan "Şimal-2" elektrik stansiyası, bu il təməli qoyulmuş və 2022-ci ildə istifadəyə verilməsi planlaşdırılan 385 МVt gücündə "Qobu" elektrik stansiyası hesabına əldə ediləcək".

Nazirin fikrincə, həmçinin bu prosesdə "Azərenerji" ASC-nin istehsal güclərinin optimallaşdırılması və bərpası nəticəsində yenidən istismara cəlb edilən 1300 MVt imkan gücündən istifadə ediləcək: "Eyni zamanda, təhlillər göstərir ki, tələbatın tam qarşılanması üçün yeni istilik elektrik stansiyalarının tikilməsinə də ehtiyac var".

33
Su təhcizatı işləri, arxiv şəkli

Həm Azərbaycanın, həm İranın arzusu reallaşır - "Xudafərin" hidroqovşağından şad xəbər

64
(Yenilənib 23:50 20.10.2020)
Azərbaycan və İran arasında birgə həyata keçirilən "Ordubad" və "Marazad" su elektrik stansiyaları layihələri üzrə işlər davam etdirilir.

BAKI, 20 oktyabr — Sputnik. "Xudafərin" hidroqovşağı bəndinin tikintisi demək olar ki, tamamlanıb, "Qız Qalası" hidroqovşağının bəndində isə işlər yekunlaşmaq üzrədir.

Sputnik Azərbaycan xəbər verir ki, bunu Energetika naziri Pərviz Şahbazov deyib.

O vurğulayıb ki, Azərbaycan, İran və Rusiyanın enerji sistemlərinin əlaqələndirilməsi üzrə proses davam edir: "Hər üç ölkənin müvafiq enerji şirkətlərinin razılığı ilə müəyyən edilmiş məsləhətçi şirkət tərəfindən layihənin texniki-iqtisadi əsaslandırılmasının hazırlanmasına başlanılıb. Eyni zamanda, "Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında Araz çayı üzərində "Xudafərin" və "Qız Qalası" hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi, istismarı, energetika və su ehtiyatlarından istifadə sahəsində əməkdaşlıq haqqında Saziş"dən irəli gələn vəzifələr də yerinə yetirilməkdədir.

"Xudafərin" hidroqovşağı bəndinin tikintisi demək olar ki, tamamlanıb, "Qız Qalası" hidroqovşağının bəndində isə işlər yekunlaşmaq üzrədir. "Xudafərin" hidroqovşağı üzrə tikinti xərclərinin və dəymiş ziyanın hesablanması, habelə su elektrik stansiyalarının qurğu və avadanlıqlarının alınması və quraşdırılması məsələlərinə baxılır. 1,6 milyard kubmetrdən çox sututumuna malik bu hidroqovşaqlar və ümumi qoyuluş gücü 280 meqavat gücündə olan bu stansiyalar Araz çayının su və enerji ehtiyatlarından hər iki tərəfin birgə istifadəsinə imkanlar yaradır".

O bildirib ki, bu layihələr iqtisadi və strateji aspektdən ölkəmiz üçün çox əhəmiyyətlidir:

"Bu layihələrin reallaşması Azərbaycana illik 368 milyon kilovat/saat elektrik enerjisi istehsalı, mövcud 252 min hektar torpaq sahəsi üzrə suvarmanın yaxşılaşdırılması və 8 min hektar yeni əkin sahələrinin suvarılması imkanı yaradacaq. Azərbaycanın suverenliyi, ərazi bütövlüyü əsas götürülməklə 2016-cı ildə bu layihələr üzrə sazişin imzalanması işğal olunmuş ərazilərimizin geri qaytarılacağına böyük inamın ifadəsi idi".

"Bu günlərdə müzəffər Ordumuzun Cəbrayıl şəhəri və rayonunun bıra sıra kəndlərini azad etməsi də Azərbaycan Prezidentinin uzaqgörən siyasətini, həmin ərazilərin bərpası zamanı bu hidroqovşaqlar və stansiyaların istifadəsinə əvvəlcədən hazırlıqla bağlı strateji baxışlarını bir daha nümayiş etdirdi. Azərbaycan və İran arasında birgə həyata keçirilən "Ordubad" və "Marazad" su elektrik stansiyaları layihələri üzrə işlər davam etdirilir", - deyə nazir bildirib.

64
Əlaqədar
İranla Azərbaycan arasında tarixi "Xudafərin Sazişi" imzalandı
İlham Əliyev: Xudafərin körpüsünün üzərində Azərbaycan bayrağı qaldırıldı
Nazirlikdən sərhədlərimizi qoruyanlara Xudafərin naminə zirehli hədiyyə - FOTO
Xudafərin körpüsünün üzərində Azərbaycan bayrağı - VİDEO
Ermənistan Xudafərin istiqamətində əməliyyat keçirməyə qadir deyil - MN