Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev

Prezident: "Almaniyadan olan şirkətlər bizə kömək göstərə bilərlər"

108
(Yenilənib 18:27 25.08.2018)
Dövlət başçısı bildirib ki, alman şirkətləri Azərbaycanda yaxşı tanınır

BAKI, 25 avqust — Sputnik. “Almaniyadan olan şirkətlər Azərbaycanda uzun illərdir fəaliyyət göstərir, onlar bir çox sahələrdə işləyiblər, müxtəlif layihələr icra ediblər. Yalnız dövlət vəsaiti hesabına Almaniya şirkətləri dəyəri 1 milyard dollardan çox layihələr icra ediblər və əminəm ki, gələcəkdə bu rəqəm daha da artacaq”.

Sputnik Azərbaycan-ın xəbərinə görə, bunu avqustun 25-də Bakıdakı Heydər Əliyev Mərkəzində Prezident İlham Əliyev Azərbaycan və Almaniyadan olan iş adamları ilə görüşündə deyib.

Dövlət başçısı bildirib ki, alman şirkətləri Azərbaycanda yaxşı tanınır, onların keyfiyyəti, texnologiyaları bizim ölkəmiz üçün çox böyük fayda verir: “Azərbaycan indi müasirləşmə dövrünü yaşayır, iqtisadi şaxələndirmə bizim əsas prioritetimizdir. Bütövlükdə deyə bilərəm ki, Azərbaycan iqtisadiyyatı çox sürətlə inkişaf edir. Son 15 il ərzində Azərbaycan iqtisadiyyatı 3 dəfədən çox artıb, ölkəmizin makroiqtisadi vəziyyəti sabitdir, xarici borc ümumi daxili məhsulun cəmi 20 faizini təşkil edir, işsizlik 5 faiz səviyyəsindədir. Son 15 il ərzində Azərbaycana 250 milyard dollar sərmayə qoyulubdur. Davos Ümumdünya İqtisadi Forumu Azərbaycan iqtisadiyyatını rəqabətqabiliyyətliliyinə görə dünyada 35-ci yerə layiq görüb və bu, onu göstərir ki, iqtisadi şaxələndirmə siyasəti Azərbaycanda uğurla aparılır. Biz əlbəttə ki, böyük neft-qaz resurslarına malikik, onları ixrac edirik, amma əsas məqsədimiz qeyri-neft sektorunun inkişafıdır və bu sahədə əlbəttə ki, Almaniyadan olan şirkətlər bizə kömək göstərə bilərlər.

Hazırda kənd təsərrüfatının inkişafı, turizm, informasiya-kommunikasiya sektoru, infrastruktur layihələri, o cümlədən dəmir yollarının modernləşdirilməsi, inşaat sektoru və digər sahələr prioritetlər sırasındadır. Əminəm ki, bu gün keçiriləcək söhbət nəticəsində yeni kontraktlar imzalanacaq, yeni əməkdaşlıq formatı yaradılacaq”.

108
Mövzu:
ABŞ-Türkiyə gərginliyi (15)
Əlaqədar
Angela Merkel Azərbaycana səfərə gəlib
Merkel Yerevanda Dağlıq Qarabağdan danışdı
"Rusiya qazından imtina edə bilmərik" – Merkel
Merkel Azərbaycana gələcək
Bakının Suraxanı qəsəbəsində qəzalı vəziyyətdə olan bina

Üstü bəzək, altı ciyər düşməni: bir kompensasiyanın ümidinə qalan məkandan REPORTAJ

8
Binada yaşayan bir ailəyə kompensasiya veirlmədiyi üçün bina tam sökülməyib və həmin şəxslər hələ də yarıuçuq evdə yaşayırlar.

İradə Cəlilova, Sputnik Azərbaycan

BAKI, 10 avqust — Sputnik. Bakının Suraxanı rayonu Xanlar Ələkbərov küçəsi 43 saylı binanın sakinləri şikayətlə redaksiyamıza müraciət ediblər.

Sakinlərin Sputnik Azərbaycan-a dediyinə görə, yaşadıqları binanın 110 yaşı və qəzalı vəziyyətdə olmasına baxmayaraq, onların vəziyyəti ilə maraqlanan yoxdur.

Bir ay öncə həmin küçədəki, 43 saylı binaya yaxın şəkildə tikilmiş (söykənmiş) 41 saylı bina sökülüb. Sakinlərə kompensasiya verilib və onlar binadan çıxarılıblar. 41 saylı binanın sakinləri də əşyalarını toplayıb çıxıblar.

© Sputnik / Irade JELIL
Bakının Suraxanı qəsəbəsində qəzalı vəziyyətdə olan bina

Ancaq binada yaşayan bir ailəyə kompensasiya verilmədiyi üçün bina tam sökülməyib və həmin şəxslər hələ də yarıuçuq evdə yaşayırlar.

Bu heç, bu, dərdin yarısıdır.

43 saylı binanın sakinləri iddia edirlər ki, qonşu bina söküldükdən sonra onların onsuz da qəzalı vəziyyətdə olan binaları daha da təhlükəli vəziyyətə düşüb. Belə ki, divarlarda çatlar yaranıb, tavan aşağı əyilib.

Əvvəlcə onu deyək ki, sakinlərin sözlərinə görə, bina 1890-cı ildə tikilib. Bəzi sakinlərə ev bu binada sovet dövründə işlədikləri idarələr tərəfindən verilsə də, bəziləri sonradan binadan mənzil alıblar.

Binaya bütün kommunal xətləri sakinlər öz hesabına çəkdiriblər.

© Sputnik / Irade JELIL
Bakının Suraxanı qəsəbəsində qəzalı vəziyyətdə olan bina sakinləri

Binanın kanalizasiya sistemi olmadığı üçün binada olan mənzillərin suyu yaxınlıqdakı gölməçəyə axıdılır. Havalar bir balaca isti olan kimi isə iy-qoxu ətrafı başına alır.

Hələ bu azmış kimi, ərazi neft ərazisi olduğu üçün neft qoxusu da bu üfunətə qarışır.

Qısacası, 43 saylı binanın sakinləri deyirlər ki, onların yaşayışı yaşamaq deyil, gün saymaqdır.

Gün sayırlar ki, binaları nə vaxt plana düşəcək, onlar da kompensasiyalarını alıb, normal evə köçüb yaşayacaqlar.

  • Bakının Suraxanı qəsəbəsində qəzalı vəziyyətdə olan bina
    © Sputnik / Irade JELIL
  • Bakının Suraxanı qəsəbəsində qəzalı vəziyyətdə olan bina sakini
    © Sputnik / Irade JELIL
  • Bakının Suraxanı qəsəbəsində qəzalı vəziyyətdə olan bina sakini
    © Sputnik / Irade JELIL
  • Bakının Suraxanı qəsəbəsində qəzalı vəziyyətdə olan bina
    © Sputnik / Irade JELIL
  • Bakının Suraxanı qəsəbəsində qəzalı vəziyyətdə olan bina sakini
    © Sputnik / Irade JELIL
1 / 5
© Sputnik / Irade JELIL
Bakının Suraxanı qəsəbəsində qəzalı vəziyyətdə olan bina

Cəbrayıl rayonundan məcburi köçkün olan Mələk Babayeva Sputnik Azərbaycan-a bildirib ki, uzun illərdir ki, bu ünvanda yaşayır. Yaşadıqları evi ara-sıra təmir etsələr də divarlar, tavan ovulub tökülür.

Bina sakini Zöhrə Hüseynovanın sözlərinə görə, binanın 120 yaşı var. Hər il mənzillərini təmir etsələr də, yenə sıradan çıxır. Ərazi neft ərazisi olduğu üçün səhərlər ətrafda güclü neft qoxusu hiss edilir: "Bir il əvvəl Suraxanı İcra Hakimiyyətindən gəlib ölçdülər. Dedilər, mənzillər söküləcək. Çox sevindik. Ancaq bir ay əvvəl gəlib, 41 saylı binanı sökdülər. Sökülən binanın divarları bizim binaya bitişik olduğu üçün evlərimiz qəzalı vəziyyətə düşüb".

Hazırda binada yaşayan bəzi sakinlər evlərini qoyub kirayədə yaşayırlar.

© Sputnik / Irade JELIL
Bakının Suraxanı qəsəbəsində qəzalı vəziyyətdə olan binada mənzil

Evlərin əksəriyyətinin tavanı sıradan çıxıb, divarlarda rütubətin yaratdığı kif və evlərdə kəskin kif qoxusu var.

Paşa Abdullayev deyir ki, 50 ildir, bu binada yaşayır.

"Bina istismar müddətini uzun illər əvvəl bitirib. Ancaq biz evsiz qalmamaq üçün bacardığımız qədər təmir etmişik. İndi artıq təmir etməklə də iş bitmir. Etdiyimiz təmir 2-3 günə başımıza tökülür. Binanın daşları belə ovulub tökülür. Tavan-döşəmə çoxdan sıradan çıxıb. Birinci mərtəbədəkilər qorxurlar ki, ikinci mərtəbədə yaşayanların tavanı uçub başlarına tökülər. Yəni, qısacası, çıxılmaz vəziyyətdəyik", - deyən bina sakini qeyd edib ki, qonşu binanın sökülməsi onların evinin vəziyyətini daha da gərginləşdirib.

© Sputnik / Irade JELIL
Bakının Suraxanı qəsəbəsində qəzalı vəziyyətdə olan bina sakini

Əgər əvvəl binalar köhnə də olsa bir-birinə söykəndiyi üçün yaşamaq mümkün idisə, indi 43 saylı binaya yaxın olan 41 saylı bina sökülüb. Və 43 saylı binanın divarlarında çatlar əmələ gəlib.

Hazırda binada 15 mənzil var və burada 20 ailə yaşayır. Mənzillərə baş çəkib, qoxunu hiss etmək 43 saylı bina sakinlərinin necə yaşadığını bilmək üçün bəs edir.

Düzdür, Xanlar Ələkbərov küçəsində 2015-ci ildə bütün binaların fasadı təmir edilib. Böyük, xüsusi zövqlə seçilmiş darvazalar da qoyulub. Yəni kənardan baxsan, heç düşünməzsən ki, bu hasarın o tayında, bu darvazadan içəridə belə acınacaqlı vəziyyət hökm sürür.

Suraxanı Rayon İcra Hakimiyyətindən isə sakinlərə bildirilib ki, "gözləyin, nə vaxt binanız plana düşsə, o vaxt da çıxacaqsınız".

© Sputnik / Irade JELIL
Bakının Suraxanı qəsəbəsində qəzalı vəziyyətdə olan bina

Yəni nə olursa-olsun prosesləri tezləşdirmək mümkün deyil.

Qeyd edək ki, koronavirusun sürətlə yayıldığı bir dövrdə rütubət qoxulu, uçulub-sökülmək üzrə olan mənzillərdə uşaq saxlamaq o qədər də asan deyil. Binanın isə çox sayda kiçik sakinləri var...

Məsələ ilə bağlı Suraxanı Rayon İcra Hakimiyyəti ilə əlaqə yaratmağa çalışsaq da zənglərimiz cavabsız qaldı.

8
Əlaqədar
"Ölmüş" biri ilə birlikdə yaşayarsınız? - Xəbəriniz yoxdur, amma yaşayırsınız
Bakı sakinləri "mina"ların üstündə yaşayırlar: Hökumətin qərarları icrasız qalıb
Bir təklif var, reallaşması sual altında: nə yıxmağa yiyə dururlar, nə də qurmağa
Binanın divarları da aralanıb - Yataqxananın uçmaq təhlükəsi var – Reportaj
Onların koronavirusu lənətləmək üçün ayrı səbəbləri var: qazlı olmaq istəyirlər
Həbsxana, arxiv şəkli

Pandemiya "düşdü" - mindən artıq şəxs vaxtından əvvəl şərti azadlığa buraxılıb

10
(Yenilənib 11:22 10.08.2020)
Ötən ayın sonuna olan rəqəmlərə görə, həmin şəxslərin 983 nəfəri ancaq pandemiya dövründə azadlığa çıxan məhkumlardır.

BAKI, 10 avqust — Sputnik. Cari ildə 1253 nəfər vaxtından əvvəl şərti azadlığa buraxılıb. Sputnik Azərbaycan-ın xəbərinə görə, bu haqda Ədliyyə Nazirliyində ictimai iştirakçılıq və şəffaflıq mövzusunda keçirilən canlı yayımda İctimai Komitənin koordinatoru, Beynəlxalq İnsan Hüquqları Cəmiyyəti Azərbaycan Milli Bölməsinin rəhbəri Səadət Bənənyarlı məlumat verib.

Nazirlik rəsmisinin sözlərinə görə, ötən ayın sonuna olan rəqəmlərə görə, həmin şəxslərin 983 nəfəri ancaq pandemiya dövründə azadlığa çıxan məhkumlardır.

Qeyd edək ki, bundan öncə də ölkə başçısının sərəncamı ilə yaşı 65-dən yuxarı olan 176 məhkum azadlığa çıxıb.

10
Əlaqədar
Beş minə yaxın məhkuma elektron nəzarət vasitələri tətbiq edilib
Koronavirusa yoluxan məhbusların hamısı sağalıb - Ədliyyə Nazirliyi
Penitensiar müəssisələrdə epidemioloji cəhətdən gərgin mühit yoxdur
Həbsə alternativlər: kimlərin cəzası yumşaldılıb?