Вид на Москву-реку, фото из архива - Sputnik Azərbaycan
RUSİYA
Rusiya Federasiyasına dair aktual məqalələr

Azərbaycandan Rusiyaya gedən turistlərin sayı dəyişib

© Sputnik / Ilya Pitalev / Mediabanka keçidMoskvada turistlər
Moskvada turistlər - Sputnik Azərbaycan
Abunə olmaq
Dünyanın 206 ölkəsi və müxtəlif ərazilərindən Rusiyaya gedən turistlərin sayı 14 milyon 912 min nəfərə çatıb

BAKI, 16 avqust — Sputnik. Bu il Azərbaycandan Rusiyaya gedən turistlərin sayı azalıb.

2018-ci ilin birinci yarımilində Rusiyaya turist axınında 1,5%-lik artım olub. Beləliklə, dünyanın 206 ölkəsi və müxtəlif ərazilərindən Rusiyaya gedən turistlərin sayı 14 milyon 912 min nəfərə çatıb.

Sputnik Azərbaycan-ın məlumatına görə, bu barədə Rusiyanın Turoperatorlar Assosiasiyası (ATOP) Rusiyanın Federal Təhlükəsizlik Bürosunun Sərhəd Xidmətinə istinadla xəbər verib.

Əvvəllər də olduğu kimi, Rusiyaya gedən turistlərin üçdə ikisindən çoxunu (68,7%) MDB ölkələri və postsovet məkanından olanlar təşkil edib. Ümumilikdə sabiq SSRİ-dən (üç Baltikyanı dövlət istisnadır) yanvardan iyuna qədər Rusiyaya 10 milyona yaxın turist gedib ki, bu da ötən ilin birinci yarısı ilə müqayisədə 3,5% azdır.

Rusiyaya turist axınının aşağı düşdüyü ölkələr sırasında Azərbaycan da var. Rusiyaya turist axınının azaldığı ölkələr bunlardır: Ukrayna (I yer —2,8%), Qazaxıstan (II yer —3,5%), Özbəkistan (III yer —5,10%), Tacikistan (V yer —9%), Azərbaycan (VI yer —1,3%), Ermənistan (VIII yer — 4,3%) və Qızğızıstan (X yer — 4,6%). Rusiyaya gedən turistlər arasında artım Gürcüstan, Abxaziya və Türkmənistandan olan turistlər arasında müşahidə edilib.

Rusiyaya uzaq xaricdən turist axınında da artım müşahidə edilib. Bu ölkələrdən şimal qonşumuza 4,5 milyonadək turist gəlib. Bu ilin ilk 6 ayı ərzində gələn turistlərin sayı 2017-ci ilin analoji dövrü ilə müqayisədə 14,1% artıb.

https://ria.ru/tourism/20180816/1526659218.html

Xəbər lenti
0