Здание Министерства иностранных дел Азербайджанской Республики в Баку

XİN öldürülən azərbaycanlı jurnalistlə bağlı məlumat yaydı

49
(Yenilənib 12:50 05.08.2018)
Əslən azərbaycanlı olan Rusiya jurnalisti Orxan Camal, operator Kirill Radçenko və rejissor Aleksandr Rastorquyev MAR-da qeyri-formal silahlı qrup olan "Vaqner" barədə film çəkirmişlər

BAKI, 2 avqust — Sputnik. Azərbaycan Xarici İşlər Nazirliyi Mərkəzi Afrika Respublikasında qətlə yetirilən rusiyalı jurnalistlərlə bağlı baş sağlığı verib. Sputnik Azərbaycan xəbər verir ki, bu barədə məlumat XİN-in rəsmi Twitter hesabında yerləşdirilib.

"Mərkəzi Afrika Respublikasında faciəvi şəkildə ölən rusiyalı jurnalistlərin doğmaları, yaxınları və həmkarlarına səmimi başsağlığımız veririk", — deyə məlumatda qeyd olunur. 

Qeyd edək ki, Mərkəzi Afrika Respublikasında (MAR) sənədli film çəkən rusiyalı jurnalistlərə axşam saat 6 radələrində 10 nəfər hücum edib. MAR-da vəziyyətin sabitləşməsi üzrə BMT missiyasından bildirilib ki, öldürülən rusiyalı jurnalistlərin cəsədləri Sibutadan 33 kilometr şimalda tapılıb. Rusiya İstintaq Komitəsi faktla bağlı cinayət işi başladıb və cinayətin araşdırılmasında MAR-dan olan həmkarlarına kömək etməyə hazır olduğunu bildirib.

Əslən azərbaycanlı olan Rusiya jurnalisti Orxan Camal, operator Kirill Radçenko və rejissor Aleksandr Rastorquyev MAR-da qeyri-formal silahlı qrup olan "Vaqner" barədə film çəkirmişlər. Məlumatlara əsasən, rusiyalıları blokpostda saxlayıblar və daha sonra onların ölüm xəbəri gəlib.

52 yaşlı Orxan Camal tanınmış azərbaycanlı politoloq, ictimai xadim Heydər Camalın oğludur. Heydər Camal özü 2016-cı ildə vəfat edib.

49
Teqlər:
Orxan Camalın qətli, Azərbaycan Xarici İşlər Nazirliyi, BMT, Rusiya İstintaq Komitəsi, Aleksandr Rastorquyev, Kirill Radçenko, Heydər Camal, Orxan Camal, MAR, Mərkəzi Afrika Respublikası
Əlaqədar
Dünyaca tanınmış azərbaycanlının oğlu Afrikada öldürüldü
Dünyaca məşhur müğənnidən hamını şoka salan addım
Dünyaca məşhur olan adamın evi Lənkəranda qorunur
Dünyaca məşhur "Cücələrim"in müəllifi