Beynəlxalq Ordu Oyunları — 2018 tədbiri

Üç qonşu ölkənin hərbçiləri Bakıda: Qoy, ən güclü qalib gəlsin!

108
(Yenilənib 10:37 01.08.2018)
"Dəniz kuboku"nun əsas məqsədi Xəzəryanı ölkələr arasında dostluq və sülhün möhkəmlənməsidir

BAKI, 31 iyul — Sputnik. "Beynəlxalq Ordu Oyunları — 2018" yarışları çərçivəsində Bakıda keçirilən "Dəniz kuboku"nun əsas məqsədi Xəzəryanı ölkələr arasında dostluq və sülhün möhkəmlənməsidir.

Müdafiə naziri Moskvada bir sıra tədbirlərdə iştirak edib
© Official website of President of Azerbaijan Republic

Sputnik Azərbaycan xəbər verir ki, bunu yarışda iştirak edən Azərbaycan nümayəndə heyətinin rəhbəri, I dərəcəli kapitan Sübhan Bəkirov yarışın açılış mərasimi ilə bağlı bu gün keçirilən mətbuat konfransında deyib. Onun sözlərinə görə, Azərbaycan bu yarışlarda 2015-ci ildən iştirak edir və hər il müsabiqəyə maraq daha da artır.

"Kubok iyulun 31-dən avqustun 8-dək keçiriləcək və üç mərhələdən ibarət olacaq. Kubokda Rusiya, Azərbaycan, Qazaxıstan və İrandan olan nümayəndə heyətləri iştirak edir" — Bəkirov bildirib.

Rusiya nümayəndə heyətinin rəhbəri Sergey Yekimov isə oyunların ən yüksək səviyyədə təşkil olunduğunu vurğulayıb: "Rusiya komandası üçün bu müsabiqə xüsusi əhəmiyyət kəsb edir. Bu il yarışlarda fərqli tip gəmilərdən — kiçik artilleriya gəmilərindən istifadə edəcəyik. Dəniz müsabiqələri həmişə qarşılıqlı anlaşma və dostluq xarakteri ilə fərqlənib".

İran nümayəndə heyətinin rəhbəri Şahram Həbibi çıxışında ölkəsinin bu yarışlarda ikinci dəfə iştirak etdiyini xatırladıb: "Bu, dostluq yarışıdır. Əminəm ki, hərbi sahədə əlaqələr ictimai, siyasi, mədəni sahələrdəki əlaqələrə təsir edəcək".

  • Beynəlxalq Ordu Oyunları — 2018 tədbiri
    "Beynəlxalq Ordu Oyunları — 2018" tədbiri
    © Sputnik / Murad Orujov
  • Beynəlxalq Ordu Oyunları — 2018 tədbiri
    "Beynəlxalq Ordu Oyunları — 2018" tədbiri
    © Sputnik / Murad Orujov
  • Beynəlxalq Ordu Oyunları — 2018 tədbiri
    "Beynəlxalq Ordu Oyunları — 2018" tədbiri
    © Sputnik / Murad Orujov
1 / 3
© Sputnik / Murad Orujov
"Beynəlxalq Ordu Oyunları — 2018" tədbiri

Həbibi, həmçinin ölkəsinin "Dəniz Kuboku-2018"də ABŞ-ın nümayəndə heyətinin müşahidəçi kimi iştirakına qarşı olmadığını da bildirib: "Qoy, baxsınlar və hərbi potensialımızı görsünlər. Sonra da gedib ölkələrində bu barədə danışsınlar".

Qazaxıstan nümayəndə heyətinin rəhbəri Kanat Niyazbekov isə yarışda, məhz ölkələrində istehsal olunan gəmilərlə iştirak etdiklərini vurğulayıb. O, çıxışının sonunda iştirakçılara uğurlar arzulayıb: "Qoy, ən güclü qalib gəlsin".

Daha sonra üç mərhələdə keçiriləcək 6 müsabiqədə iştirak sırası ilə bağlı püşkatma keçilib.

Qeyd edək ki, iyulun 28-dən avqustun 11-nə kimi keçiləcək "Beynəlxalq Ordu Oyunları-2018" ilə bağlı Azərbaycan, Belarus, Qazaxıstan, Çin, İran və Rusiyada 28 müsabiqə təşkil olunacaq. Yarışlarda Türkiyə, Pakistan, Bəhreyn, Səudiyyə Ərəbistanı və ABŞ isə müşahidəçi kimi iştirak edəcək.

108
Teqlər:
"Beynəlxalq Ordu Oyunları - 2018", kubok, dəniz, Bakı
Əlaqədar
Prezident Qarabağ, ordu və hərbi potensialdan danışdı
Ermənistanda hərbçilər qəzaya düşdü: Ölən və yaralı var
Hərbçi olmaq istəyənlər üçün həlledici gün çatdı