“Tank biatlonu” müsabiqəsində iştirak edəcək Azərbaycan hərbçiləri Moskvaya yola düşüb

Azərbaycan hərbçilərinin növbəti zəfəri

243
Azərbaycan tankçıları "Tank biatlonu" müsabiqəsində öz qruplarında birinci olublar

BAKI, 28 iyul — Sputnik. Bu gün "Beynəlxalq Ordu Oyunları — 2018" yarışları çərçivəsində "Tank biatlonu" müsabiqəsinə start verilib.

Bu barədə Sputnik Azərbaycan-a Müdafiə Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.

Yarışların ilk günündə Azərbaycan tankçıları qruplarında yer aldıqları Zimbabve, Hindistan və Cənubi Afrika Respublikasından olan tank heyətləri ilə güclərini sınayıblar.

Azərbaycan tankçıları müsabiqənin şərtlərinə əsasən şərti hədəfləri sərrast atəşlə məhv edərək, marşrut üzrə müəyyən edilmiş məsafəni qısa müddətdə qət ediblər.

Beləliklə, yarışların ilk günü tank heyətlərimiz rəqiblərini xal hesabında xeyli geridə qoyaraq qrupda birinci olublar.

Qeyd edək ki, bu il 23 ölkədən tank heyətləri “Tank biatlonu” müsabiqəsində iştirak edir.

243